Avropanın iftira məkr yuvası

 

 

"Avropa Parlamenti Azərbaycana qarşı qərəzli davranışlarından əl çəkmir. Bu qurumun reallıqlardan tamamilə uzaq məsələləri gündəmə gətirərək ölkəmiz əleyhinə qərəzli qətnamə qəbul etməsi bunu bir daha təsdiq edir".

Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Müsahibimiz söyləyib ki, Avropa Parlamentinin deputatları qəbul etdikləri sənədin dəyərsiz kağız parçası olduğunu yaxşı bilirlər: "Sadəcə olaraq, günbəgün güclənən, regionda aparıcı qüvvəyə çevrilən, ərazilərində suverenliyini tam bərpa edən qüdrətli Azərbaycanın uğurlarını həzm edə bilmirlər. Avropa təsisatları regionda lokomativ rolunu oynayan ölkəmizə qarşı qərəzlərini beynəlxalq tədbirlərə evsahibliyi etməyimiz ərəfəsində daha çox nümayiş  etdirirlər. Bu baxımdan, Avropa Parlamentinin növbəti ədalətsiz qətnaməni ölkəmizdə keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlərinin 10-cu Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclası ərəfəsində qəbul etməsi təsadüfi deyil".

Deputatın sözlərinə görə, həmin qətnamədə Azərbaycana qarşı sanksiyaların tətbiq olunmasına   ölkəmizlə enerji sahəsində əməkdaşlığın dayandırılmasına çağırış olunur. Lakin Avropa Parlamentinin belə qərəzli qətnamələrinə Avropa İttifaqı ona üzv dövlətlər tərəfindən belə, məhəl qoyulmur. Onlar da bu kağız parçasında yazılanların iftira böhtandan başqa bir şey olmadığını anlayırlar. Ona görə bu gün ölkəmizdə keçirilən sözügedən tədbirlərdə 23 Avropa ölkəsi, 6 beynəlxalq təşkilat 40-dan çox biznes strukturunun nümayəndəsi iştirak edir Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunun artırılması ilə bağlı müzakirələr aparılır.

Azər Badamov həmin qətnamənin müəlliflərini üç qrupa ayırır. Bildirib ki, qətnamənin lehinə səs verən birinci qrup deputatlar erməni sifarişlərinin icraçısıdırlar. Məlumdur ki, Brüsseldə yaşayan erməni Kaspar Karapetyan Avropaya qaçaqmalçılıq yolu ilə almazlar gətirir həmin qiymətli daş-qaşların bir hissəsini erməni lobbisinin maraqlarını təmin etmək üçün Avroparlamentin deputatlarına verir. İkinci qrupa isə azərbaycanofob islamofob siyasət yürüdən millətçi parlamentarilər daxildir. Onlar islam dininə olan qərəzləri ucbatından müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycana qarşı  da ikili standartlardan yanaşırlar. Yəni Avroparlamentin bir qrup deputatının həmin sənədin lehinə səs verməsinə əsas səbəb Azərbaycanın islam ölkəsi kimi tanınmasıdır. Deputat həmin təşkilatda oturan parlamentarilərin bir qisminin isə Fransanın sifarişlərini icra etdiyini vurğulayıb. Onun sözlərinə görə, Avropa Parlamentində bəzi deputatlar Makron hakimiyyətindən təlimatlar alır ona uyğun hərəkət edirlər. Ona görə bu üç qrupa daxil olan deputatlar Azərbaycanın adı gələndə sənədin ədalətli olub-olmamasına diqqət belə etmədən, müvafiq dairələrin könlünə xoş olan, "lazımi" addımları atırlar. Azər Badamov Avroparlamentin Azərbaycana qarşı qərəzli qətnamələr qəbul etməsinə baxmayaraq, Avropanın biznes strukturlarının ölkəmizlə əməkdaşlıq etməkdə  maraqlı olduqlarını da vurğulayıb.

Deputat həmçinin onu da deyib ki, bu gün Azərbaycan əleyhinə qətnamə qəbul edən deputatlar yaxın gələcəkdə keçiriləcək Avropa Parlamenti seçkilərində ermənilərin dəstəyinə maliyyəsinə göz dikiblər. Görünür, ermənilər Rusiyadan gizli yollarla gətirilən almazları Belçikada cilalayıb sataraq qazandıqları böyük pullarla avropalı deputatları ələ almağı bacarırlar. Ermənilər o qədər hiyləgərdirlər ki, onlar Avropada brilyant biznesini ələ almaq üçün Rusiyanı Qərbin  sanksiyaları ilə bazardan çıxardırlar. Təbii ki, bu həm Rusiyaya vurulan zərbədir.

"Avropa İttifaqı Cənubi Qafqazda ayrı-seçkilik etməkdə davam edir. Ermənistan Gürcüstanın Avropaya inteqrasiyasına xüsusi güzəştlər tətbiq etdikləri halda, Azərbaycana qarşı qərəz nümayiş etdirir. Halbuki Aİ-nin regionda əsas iqtisadi əməkdaşı Azərbaycandır. Ona görə ölkəmizə qarşı belə riyakar münasibət qəbuledilməzdir", - deyə deputat əlavə edib.

Azər Badamov sonda vurğulayıb ki, Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur: "Qərbin mütləq monopoliya dövrü  artıq başa çatır, bu cür populizmin onlara heç bir xeyri olmayacaq. Azərbaycan haqq yolundadır. Avropa Parlamentinin ya Makron hakimiyyətinin ölkəmizə qarşı nümayiş etdirdikləri düşmən mövqeləri bizi bu yoldan heç vaxt döndərə bilməz. Bu gün riyakar qüvvələrin sülhpozucu siyasəti sabah özlərinin əleyhinə çevriləcək".

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2024.- 2 mart, № 48.- S.10.