Avropa parlamentinin növbəti rəzilliyi

 

 

Bu korrupsiyalaşmış qurum özünü tamamilə gözdən salıb

 

 

 

Müxtəlif siyasi mərkəzlərin, xüsusilə erməni lobbisinin  aləti rolunda çıxış edən Avropa Parlamenti insan haqları demokratiya pərdəsi altında siyasi təxribatlar törətməkdə davam edir. Müstəqil qərar vermək iqtidarında olmayan AP-nin bu günlərdə Azərbaycana qarşı növbəti qərəzli qətnamə qəbul etməsi bunun əyani təzahürüdür. 

Belə ki, qurumun Xarici Əlaqələr Komitəsi tərəfindən hazırlanan faktların tamamilə təhrif olunduğu  "Ümumi xarici təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabatı" başdan-başa böhtan, yalan iftiralarla doludur.

Bu qərəzli hesabat Avropa Parlamentinin yeni seçkilərə hazırlaşdığı bir dövrdə qəbul edilib, həmçinin ölkəmizə qarşı çağırışları da məhz erməni lobbisinin pulu ilə fəaliyyət göstərən AP-nin  rüşvətxor deputatları səsləndirirlər...

Amma Avropa İttifaqı onun şər yuvasına çevrilmiş qurumu AP yaxşı bilir ki, heç bir hüquqi, siyasi dəyərə malik olmayan bu kağız-kuğuz  parçalarını qəbul etməklə ölkəmizə heç bir təzyiq göstərə bilməzlər.

Çünki Azərbaycan milli maraqlarını beynəlxalq hüququn normaları çərçivəsində həll edib. Buna görə ölkəmizi suverenliyini ərazi bütövlüyünü təmin etməsi ilə bağlı günahlandırmaq cəhdləri tamamilə əsassız, qərəzli əbəsdir.

Fevralın 28-də Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdiyi zaman bu məsələyə toxunaraq söylədi ki, Azərbaycan öz ərazi bütövlüyünü suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Həmçinin dövlət başçısı təəssüf hissi ilə qeyd etdi ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib.

 

 

 

Qarayaxma kampaniyası

 

 

 

Ümumiyyətlə, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi, ərazisində separatizmin kökünü kəsməsi erməni lobbisinin sözü ilə oturub-duran bəzi Qərb ölkələrinin təsisatlarının xoşuna gəlməyib buna görə xüsusilə son dönəmlər ölkəmizə qarşı təşkilatlanaraq "səlib yürüşü"nə çıxıblar. Antitürk, antiislam, anti-Azərbaycan qüvvələrin yuvasına çevrilən Avropa Parlamentinin rüşvətxor deputatları da iş-güclərini bir kənara qoyaraq qarayaxma kampaniyasına başlayıblar ard-arda ölkəmizə qarşı əsassız qətnamələr  qəbul edirlər.

Həmçinin son zamanlar Fransanın Azərbaycana qarşı təxribatı, Avropa İttifaqının Xarici Siyasət Təhlükəsizlik məsələləri üzrə ali komissarı Cozep Borelin guya Azərbaycanın Ermənistana hücum edəcəyi barədə yanlış iddiası sair göstərir ki,  Qərb Azərbaycana qarşı təşkilatlanıb. Qətnamələr qəbul etməklə, qeyri-adekvat bəyanatlar verməklə ölkəmizə təzyiq göstərməyə çalışırlar.

AŞPA-da Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərarın qəbulu da Qərbin ölkəmizə total hücumunun bir başqa nümunəsidir.

Ancaq Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdiyi zaman Prezident İlham Əliyev bildirdi ki, əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik.

 

 

 

İkili standartlar, ədalətsiz mövqelər

 

 

 

Avropa Parlamentinin Azərbaycana qərəzi bu günün, dünənin işidir. İndi demokratiya adı altında ölkəmizə qarşı riyakar qətnamələr qəbul edən AP Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu 30 illik böyük bir müddətdə təcavüzkara qarşı bircə dənə olsun qətnamə qəbul etməyib.

Erməni lobbisinin pullarını ciblərinə yığan AP deputatlarını heç zaman Ermənistanın işğalçılıq siyasəti nəticəsində yüz minlərlə soydaşımızın tarixi yurdlarından didərgin salınması, qaçqına, məcburi köçkünə çevrilməsi məsələsi  maraqlandırmayıb. Hələ Birinci Qarabağ müharibəsindən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı hərbçilərə, mülki şəxslərə qarşı qırğınlar törədilib, beynəlxalq hüquq normalarının beynəlxalq humanitar hüququn tələblərinə zidd olaraq mülki əhali girov götürülüb, olmazın işgəncələrə məruz qalıb, onlar xüsusi amansızlıqla öldürülüb. Həmin insanların meyitləri kütləvi məzarlıqlarda basdırılıb. Amma bu günə qədər İrəvan əsir girov düşmüş 4000-ə yaxın azərbaycanlının taleyi barədə heç bir məlumat vermir. Eyni zamanda işğal dövründə ondan sonra torpaqlarımızda mina terroru həyata keçirən Ermənistan dəqiq mina xəritələrini Azərbaycana təqdim etmir.

Di gəl ki, Ermənistan tərəfindən törədilən bütün bu digər insanlıq cinayətlərini, beynəlxalq hüquqazidd əməlləri avroparlamentarilər görmürlər, ya da görmək istəmirlər...

 

 

Saxta iddialarla dolu "kağız parçaları"

 

 

 

AP-nin Xarici Əlaqələr Komitəsi tərəfindən hazırlanmış sözügedən qərəzli hesabatı qətiyyətlə pisləyən Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələyə münasibətdə bildirib ki, bu Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsidir: "Bəyanatlarında ərazi bütövlüyü suverenliyə hörməti aşılayan Avropa İttifaqının bir qurumu olan Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyü suverenliyinə qarşı nümayiş etdirdiyi bu hörmətsizlik, ölkəmizin öz suveren ərazilərində heç bir mülki əhalinin hədəf alınmadığı antiterror tədbirlərini pisləməsi ərazilərimizdə separatçılığın Ermənistanın keçmiş işğalçılıq siyasətinin təşviq olunması bir daha göstərir ki, Avropa Parlamenti üçün beynəlxalq hüquq Avropa İttifaqının maraqları yox, parlament üzvlərinin şəxsi maraqları üstünlük təşkil edir".

Göründüyü kimi, Avropa Parlamenti növbəti dəfə Azərbaycana qarşı obyektivlikdən uzaq böhtan xarakterli riyakar qətnamə qəbul etməklə ölkəmizə düşmən münasibətini bir daha ortaya qoydu.

Ancaq korrupsioner qurumun kampaniya xarakterli anti-Azərbaycan fəaliyyəti ölkəmizin ədalətli mövqeyinə təsir göstərmək iqtidarında deyil. Sadəcə AP gerçəklikdən uzaq "kağız parçaları" qəbul etməklə özünü gözdən, nüfuzdan salır.

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2024.- 2 mart, ¹ 48.- S.10.