Dünya
ekoloqlarının COP29-dan gözləntiləri
çoxdur
Ekologiya bir elm kimi XX əsrin
ikinci yarısında formalaşmışdır. Bunun obyektiv səbəbləri
var idi. Dünyada əhalinin sayı artdıqca sosial-iqtisadi, maddi problemlər
də çoxalırdı.
Üstəlik, əvvəllər
insanlar aza qane olurdularsa, yaşayış standartları
dəyişdiyi üçün
onların istəkləri
də artırdı.
Belə olan halda insan yaşayış
ehtiyaclarını ödəmək
üçün təbii
ehtiyatları talamağa
başladı. Təbii
ehtiyaclar isə tükənməz deyil. Ona görə də təbii ehtiyacla təbii ehtiyatlar arasında
"mübarizə" getdikcə
qızışdı. Hətta
o dərəcədə ki
bəşəriyyət ekoloji
fəlakətlə üz-üzə
qaldı. İndi dünyanın bütün
ekoloqları bu fəlakətin qarşısını
almağın yollarını
arayırlar.
Bu gün təbiətin ən böyük bəlası antropogen təsirlərdir.
Meşələrin və heyvanların
məhv edilməsi faciə, landşaft, iqlim və atmosferin
çirklənməsi böyük
təhlükədir. Bu
faciə və təhlükə özünü
anomal iqlim şəraitində, təbii
fəlakətlərin artmasında
və ərzaq məhsulları istehsalının
azalmasında qabarıq
büruzə verir.
Azərbaycan da
zaman-zaman ekoloji problemlərin həll edilməsi üçün
müxtəlif tədbirlər
həyata keçirir.
Amma yenə də problemlər olur. Ölkəmizdə ekoloji problemlərin əsas mənbəyi qlobal ekoloji proseslər və onların lokal təsirləridir. Su mənbələrinin azalması,
sənaye müəssisələrinin
və nəqliyyatın
atmosferi çirkləndirməsi
kənd təsərrüfatında
yararlı torpaqların
sıradan çıxmasına
səbəb olur. Üstəlik də biomüxtəliflik, meşələr,
flora və fauna yaxşı
qorunmur. Sadalanan və sadalanmayan digər problemlər Azərbaycanda "yaşıl
iqtisadiyyat", "yaşıl
enerji" və "yaşıl zona" kimi vacib addımların
atılmasını zəruri
edir. Və bəri başdan qeyd edək ki, bu istiqamətdə
təsirli tədbirlər
də görülür.
Onlardan biri elektrik enerjisi istehsalının qoyuluş
gücündə bərpaolunan
enerji mənbələrinin
payını 2026-ci ilədək
24, 2030-cu ilə kimi isə 30 faizə çatdırmaqdır. Bu
hədəfə çatmaq
üçün Prezident
İlham Əliyev işğaldan azad edilmiş əraziləri 2021-ci ildə
"yaşıl zona"
elan etmişdir. Ötən iki il regionda bərpaolunan
enerji mənbələrindən
istifadəni artırmaq
üçün "Masdar",
"ACWA Power", "China Gezhouba Group
Overseas Investment", "Total Energies",
"Nobel Energy Management", bp kimi xarici şirkətlərlə
əməkdaşlıq edilir.
Bu istiqamətdə
230 MVt gücündə
olan "Qaradağ"
Günəş-Elektrik Stansiyasının
istismara verilməsi daha əlamətdar hadisədir.
"Yaşıl iqtisadiyyat"ın inkişafı
ekoloji problemlərin həlli yolunda atılan ən gərəkli addımdır.
Bu həm də təkcə Azərbaycanda deyil, bütün dünyada geniş vüsət alıb. Çünki ətraf mühitin çirklənməsi, azalan
təbii ehtiyatlar və artan tələbat
fonunda dayanıqlı
inkişafa nail olmaq üçün bu gün "yaşıl iqisadiyyat"ın
genişləndirilməsi tələb
olunur. Təsadüfi deyil ki, Prezident
İlham Əliyev tərəfindən təsdiq
edilmiş "Azərbaycan
2030: sosial-iqtisadi inkişafa
dair Milli Prioritetlər"də 5-ci prioritet
"Təmiz ətraf
mühit və "yaşıl artım" ölkəsi"dir.
Qeyd edək ki, Azərbaycanda qurulmuş təkrar emal prosesi "yaşıl iqtisadiyyat"ın
inkişafına, rəqabətqabiliyyətli
sənaye məhsullarının
istehsalının genişləndirilməsinə,
ekoloji vəziyyətin
yaxşılaşdırılmasına xidmət edir. Müasir iqtisadiyyatda "təkrar emal" vacib məsələdir. İstehlak prosesindən sonra tullantıların bir qismini yenidən
istifadəyə yararlı
hala gətirməklə
müxtəlif sahələrdə
yaranan qıtlığın
qarşısını almaq
mümkündür. Ümumiyyətlə,
yenidən istifadəsi
mümkün olan materialların dövri olaraq istehlak prosesinə daxil edilməsi sayılan təkrar emalda əsas məqsəd təbii sərvətlərin
israfının və
ekoloji çirklənmənin
qarşısını almaq,
eləcə də əlavə xammal bazası yaratmaqdır.
Azərbaycanın gələcək
iqtisadi inkişafı
ekoloji təmiz texnologiyaların tətbiqi,
təmiz enerji mənbələrindən istifadə,
tullantıların təkrar
emalı və çirklənmiş ərazilərin
bərpası sahəsində
görülən uğurlu
işlərdən asılıdır.
Bu istiqamətdə ölkədə həyata
keçirilən tədbirlərin
nəticələri əsas
verir deyək ki, Azərbaycan dünyanın indiki ekoloji "dağıntılar"
şəraitindən çıxması
üçün gərəkli
addımlar atır.
BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi
qərarı da bu səbəbdən dolayı alınıb.
Ona görə də deyə bilərik ki, dünya ekoloqlarının
COP29-dan gözləntiləri çoxdur.
Züleyxa
ƏLİYEVA,
Azərbaycan.-2024.-
2 mart, № 48.- S.11.