Misirdəki
Britaniya Universitetində
COP29 konfransı ilə
bağlı tədbir
keçirilib
Azərbaycanın Misirdəki
səfiri Elxan Poluxovun, BMT nümayəndələrinin
və misirli alimlərin və gənclərin iştirakı
ilə Misirdəki Britaniya Universitetində noyabrda Bakıda keçiriləcək COP29 iqlim
konfransının əhəmiyyəti
və misirli gənc mütəxəssislərin
bu mötəbər tədbirdə fəal iştirakı ilə bağlı müzakirələr
aparılıb.
AZƏRTAC
Misirdəki Britaniya Universitetinin mətbuat
açıqlamasına istinadla xəbər verir ki, tədbirdə
çıxış edən BMT İnkişaf
Proqramının (UNDP) Misir üzrə nümayəndəsi
Françesko Fraskatti Azərbaycanda keçiriləcək COP29
iqlim konfransının əhəmiyyətindən
danışıb. O qeyd edib ki, Misirdə
baş tutan COP27 və BƏƏ-də təşkil edilən
COP28 konfransları iqlim
dəyişikliyi ilə
mübarizə sahəsində
mühüm mərhələlər
oldu. Azərbaycanda keçiriləcək COP29 isə
bu sahədə daha böyük uğurlarla əlamətdar
ola bilər.
Səfir E.Poluxov
iştirakçılara COP29 iqlim konfransına hazırlıq prosesi haqqında ətraflı məlumat verib, bu mötəbər tədbirin ən yüksək səviyyədə
keçirilməsinə xüsusi
diqqət yetirən Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə
yaradılan Təşkilat
Komitəsinin fəal iş apardığını
vurğulayıb. O əlavə
edib ki, diplomatik nümayəndəliklər
Azərbaycandakı COP29 iqlim
konfransı çərçivəsində
birgə işləmək
üçün beynəlxalq
tərəfdaşları cəlb
etməyə çalışırlar.
Səfir, həmçinin
iqlim sammitinin gənclər tərəfindən
hazırlanan simulyasiya
modelində iştirak
edən Britaniya Universiteti tələbələrinin
fəaliyyətini yüksək
qiymətləndirib.
Misirdəki Britaniya
Universitetinin rektoru Mohammed Lütfi çıxışında qeyd
edib ki, onun rəhbərlik etdiyi ali təhsil
ocağının iqlim
tədqiqatları ilə
məşğul olan alimləri COP29 konfransına
hazırlıq məsələlərində
Azərbaycanın səfirliyi
ilə sıx əməkdaşlıq etməyə
hazırdır. Onun sözlərinə görə,
misirli və universitetdə çalışan
əcnəbi alimlər
bununla bağlı yeni təşəbbüslərlə
çıxış edəcəklər.
Rektor diqqətə çatdırıb ki, Misirdəki Britaniya Universiteti artıq iki ildir BMT-nin
İnkişaf Proqramı
ilə birlikdə ekologiya layihələri həyata keçirir.
Mohammed Lütfi
Azərbaycanda keçiriləcək
COP29 iqlim konfransına
töhfə vermək
məqsədilə BMT-nin
himayəsi altında tələbələrdən ibarət
Təşəbbüs qrupunun
yaradılması təklifini
irəli sürüb.
O, habelə tələbələrin
gənclərdən ibarət
iqlim sammiti simulyasiyası modelində
fəal iştirak etdiklərini vurğulayıb.
Rektor bildirib ki, bu təşəbbüsdə
dünyanın 60 ölkəsindən
65 universitetin 300 tələbəsi,
habelə 100-dən çox
alim və ekspert təmsil olunur. “COP27 və COP28 iqlim konfranslarında təcrübələrini təqdim
etdikləri birinci və ikinci tədbirlərdə iqlim sammitinin simulyasiya modelində iştirak edən Britaniya Universitetinin tələbələri,
həmçinin Bakıda
keçiriləcək COP29 iqlim sammitində iştirakla bağlı arzularını bildiriblər”,
-deyə Mohammed Lütfi qeyd edib.
Azərbaycan.-2024.-
2 mart, № 48.- S.11.