Heydər Əliyev MərkəzindəQarabağ FK - 30 mövsüm səfərdəsənədli filminin təqdimatı olub

 

Martın 1-də Heydər Əliyev MərkəzindəQarabağ FK - 30 mövsüm səfərdəadlı sənədli filmin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə hökumət rəsmiləri, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, idman ictimaiyyətinin nümayəndələri və mədəniyyət xadimləri iştirak ediblər.

Filmdə “Qarabağ” futbol klubunun yerli çempionatda və avrokuboklarda uğurlu çıxışı, Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra “İmarət” stadionunun taleyi, “köhlən atlar”ın sabiq futbolçusu, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovdan bəhs olunub.

Mədəniyyət Nazirliyinin, “Salnaməfilm” və “Azərbaycanfilm”in ortaq layihəsi olan dördhissəli filmdə xarici jurnalistlərin və futbolçuların “İmarət” stadionu, “Qarabağ” klubu ilə bağlı hazırladıqları materiallar və onların fikirləri də yer alıb.

 

Azərbaycan.-2024.- 2 mart, ¹ 48.- S.12.