YAP Sədrinin
müavini ilə Ulusal Birlik Partiyasının
Sədri arasında görüş olub
Martın 2-də III Antalya Diplomatiya Forumu çərçivəsində
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin
müavini – Mərkəzi
Aparatın rəhbəri
Tahir Budaqov ilə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş
naziri, Ulusal Birlik Partiyasının
(UBP) Sədri Ünal Üstel arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə
Tahir Budaqov xalqlarımız arasında
ortaq dəyərlərə
və tarixi ənənələrə əsaslanan
dostluq və qardaşlıq münasibətlərinin
nümunəvi xarakter
daşıdığını vurğulayıb. O, Azərbaycan
ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında
sıx təmasların
olduğunu, müxtəlif
sahələri əhatə
edən çoxşaxəli
və qarşılıqlı
faydalı əməkdaşlıq
üçün geniş
imkanların mövcudluğunu
diqqətə çatdırıb.
Beynəlxalq münasibətlər
sisteminin hazırkı
reallıqlarının Türk
dünyası üçün
də yeni çağırışlar yaratdığını
söyləyən T.Budaqov
mövcud gerçəkliklər
fonunda xalqlarımızın
həmrəyliyi və
Türk dünyasında
səmərəli işbirliyinin
həyata keçirilməsinin
başlıca prioritetlərdən
olduğunu deyib. O, Azərbaycanın ərazi
bütövlüyü və
suverenliyinin tam bərpasından sonra yaranmış reallıqlar
nəticəsində Türk
dünyasında da münasibətlərin keyfiyyətcə
yeni mərhələyə
yüksəldiyini vurğulayıb:
“Azərbaycan Prezidenti
İlham Əliyev Türk dünyasında əməkdaşlığın dərinləşdirilməsinə, Türk Dövlətləri
Təşkilatının (TDT) gücləndirilməsinə xüsusi
önəm verir və bu yöndə
uzaqgörən siyasət
həyata keçirir.
Dövlətimizin başçısının
da qeyd etdiyi
kimi, bizim ailəmiz Türk dünyasıdır”.
YAP Sədrinin müavini
Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətinin
hakim partiyaları arasında işbirliyinin genişləndirilməsinin də
xüsusi diqqət mərkəzində olduğunu
diqqətə çatdırıb.
2023-cü ilin noyabrın
14-də Yeni Azərbaycan
Partiyası, Ədalət
və İnkişaf Partiyası və Ulusal Birlik Partiyası
arasında üçtərəfli
Anlaşma Memorandumunun
imzalanmasının milli
maraqlara əsaslanan qarşılıqlı faydalı
əməkdaşlıq üçün
etibarlı zəmin yaratdığını bildirən
Tahir Budaqov qarşıda duran bütün hədəflərin
gerçəkləşdiriləcəyinə
əminliyini ifadə edib.
Ulusal Birlik Partiyasının Sədri
Ünal Üstel Şimali Kipr Türk Cümhuriyyətinin
Azərbaycanla münasibətlərə
böyük önəm
verdiyini diqqətə
çatdırıb. “Xalqlarımızı
ortaq dəyərlər
birləşdirir və
bizim gücümüz
birliyimizdədir”, - deyən
Ü.Üstel birgə
təşəbbüslər əsasında hazırda Türk dünyasının
yüksələn gücə
çevrildiyini vurğulayıb.
O, Türk Dövlətləri
Təşkilatının IX Zirvə Görüşündə
ŞKTC-nin təşkilata
müşahidəçi üzv
statusunda qəbul olunmasının əhəmiyyətindən
bəhs edərək,
Azərbaycanın qardaş
dəstəyinin Şimali
Kipr Türk xalqı tərəfindən
yüksək qiymətləndirildiyini
və heç zaman unudulmayacağını
bildirib.
Bu ilin iyul ayında TDT-nin Şuşada keçiriləcək qeyri-rəsmi
Zirvə görüşündə
Azərbaycan Prezidentinin
dəvəti əsasında
Şimali Kipr Türk Cümhuriyyətinin
də təmsil olunacağını məmnunluqla
diqqətə çatdıran
Ünal Üstel bu faktın dostluq və qardaşlıq münasibətlərimizin
sarsılmazlığını bir daha təsdiq
etdiyini vurğulayıb.
Hakim partiyalar arasında əməkdaşlığın
yüksələn xətt
üzrə inkişafının
təqdirəlayiq olduğunu
diqqətə çatdıran
UBP Sədri deyib: “Türkiyə, Azərbaycan
və Şimali Kiprin iqtidar partiyalarının ötən
il imzaladıqları Anlaşma Memorandumu işbirliyinin əsas istiqamətlərini müəyyənləşdirən
“yol xəritəsi” kimi böyük əhəmiyyət daşıyır.
Memorandumun yüksək
səviyyədə icrası
bizə əhəmiyyətli
uğurlar qazandıracaq”.
Görüşdə qarşılıqlı maraq
doğuran digər məsələlər, o cümlədən
iki ölkə arasında təhsil və turizm sahələrində əməkdaşlıq
məsələləri barədə
müzakirələr aparılıb.
Azərbaycan.-2024.-
3 mart, ¹ 49.- S.2.