İlham Əliyevin qlobal enerji layihələri beynəlxalq əməkdaşlığın
unikal formatını yaradıb
Tarixinin ən qüdrətli Azərbaycanının
qazandığı böyük
uğurlardan biri də Avropanın enerji təminatında açar rolunu oynamasıdır. Azərbaycanın
gələcək uğurlarının
zəmanəti olan qlobal enerji layihələri
bu gün Avropanın enerji xəritəsini tamamilə
dəyişib. Açıq
dənizlərə çıxışa
malik olmasa da, Azərbaycan artıq mühüm nəqliyyat-tranzit şəbəkəsini
yaradıb. Tərəfdaşları
ilə birgə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft-qaz
kəməri çəkməklə
yeni rekordlara imza atıb.
Bütün bunlar
dünyanın geosiyasi
və geoiqtisadi gündəmini düzgün
qiymətləndirən, tam
müstəqil siyasət
yürüdərək sözünün
sahibi, etibarlı tərəfdaş olduğunu
isbatlayan Prezident
İlham Əliyevin
qlobal təşəbbüsləri
sayəsində reallaşıb.
Martın 1-də Bakıda,
"Gülüstan" sarayında
"Cənub Qaz Dəhlizi" Məşvərət
Şurası çərçivəsində
nazirlərin 10-cu və
"Yaşıl Enerji"
Məşvərət Şurası
çərçivəsində nazirlərin 2-ci iclasları
zamanı İlham Əliyev bir daha Azərbaycanın enerji potensialını və ümumilikdə ölkəmizin iqtisadi imkanlarını dünyaya
təqdim etdi.
Bu bir həqiqətdir ki, hazırda Rusiya-Ukrayna müharibəsinə görə
rəsmi Moskvaya tətbiq edilən sanksiyalar üzündən
Avropanın enerji təminatında əsas ümidi Azərbaycana qalıb. 2022-ci ilin iyul ayının 18-də
"Azərbaycan Respublikası
ilə Avropa Komissiyası tərəfindən
təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair
Anlaşma Memorandumu"nun
imzalanması da bir daha təsdiqlədi
ki, Avropanın bu gün Azərbaycan
qazına böyük
ehtiyacı var.
Həqiqətən də,
real hədəf olan yerdə Azərbaycan bir çox Avropa ölkəsini neft, neft məhsulları, neft-kimya məhsulları ilə təchiz edir. Rusiya-Ukrayna müharibəsi başlayandan
sonra isə Azərbaycana qaz təchizatı və ya mövcud qaz təchizatının artırılması ilə
bağlı bir çox Avropa ölkəsindən müraciət
olunub. Təbii ki, ölkəmiz də tərəfdaşlarının
ehtiyaclarını qarşılamaq
üçün əlindən
gələni əsirgəmir.
Çünki hazırda
Azərbaycanın qaz təchizatının kifayət
qədər şaxələndirilmiş
coğrafiyası var. Bəzi ölkələr artıq Azərbaycandan elektrik enerjisi almağa başlayıb.
Prezident İlham
Əliyevin də vurğuladığı kimi,
bu gün Azərbaycan 8 ölkəyə
qaz nəql edir ki, onlardan
altısı Avropa ölkəsidir. Ötən
il Avropada istifadəyə verilmiş
interkonnektor layihələrinin
təməlində ilk
növbədə "Cənub
qaz dəhlizi" layihəsi dayanır. İkincisi isə onlar Azərbaycana Avropada mümkün qədər çox məntəqələri əhatə
etməklə bağlı
səyləri davam etdirməyə imkan verəcək.
Mərasimdə çıxış
edən Albaniyanın Baş naziri Edi Rama çox
maraqlı xatırlatma
etdi. Onun sözlərinə görə,
8 il əvvəl nazirlər səviyyəsində
keçirilən iclasda
İlham Əliyev çox dəyərli fikir səsləndirərək
vurğulayıb ki,
"Cənub qaz dəhlizi" beynəlxalq
əməkdaşlığın unikal formatının təməlini qoyur. Bu, ölkələr, şirkətlər və maliyyə institutları arasında olan yeni əməkdaşlıq
təcrübəsi gələcək
illər ərzində
bir çox digər sahəni də əhatə edəcək.
Göründüyü kimi, İlham Əliyevin 8 il əvvəlki uzaqgörənliyi
indi reallığı
əks etdirir. Nəyi nə zaman etmək lazım olduğunu yaxşı bilən, sözü imzası qədər keçərli
olan və yürütdüyü tam
müstəqil siyasətlə
Azərbaycanı dünyada
etibarlı tərəfdaş
kimi tanıdan İlham Əliyevin illər öncə söylədiyi fikirlər
həqiqətən də
bu yeni "Enerji İpək yolu" olan "Cənub qaz dəhlizi"ni sıx əməkdaşlıq baxımından
körpüyə çevirdi.
Bu layihə ölkələri, şirkətləri,
maliyyə institutlarını
elə bir formatda bir araya
gətirdi ki, onun təklif etdiyi imkanlara dair istəyi daha da artırdı.
Bu gün bu format elə
bir körpü rolunu oynayır ki, artıq onun tərkib hissəsini "yaşıl
enerji" təşkil
edir.
"Azərbaycan etibarlı
tərəfdaş olduğunu
artıq sübut edib. Bizim sözümüz
imzamız qədər
dəyərlidir. Əminəm
ki, qarşımıza
qoyduğumuz bütün
planlar həyata keçiriləcəkdir, çünki
təkcə keçən
ilin göstəriciləri
bunun sübutudur".
Prezidentin bu bəyanatı isə onu deməyə əsas verir ki, tarixinin ən
qüdrətli Azərbaycanının
lideri kimi İlham Əliyev hər zaman sözünə, vədinə
sadiqliyi, başladığı
istənilən qlobal layihəni vaxtında uğurla gerçəkləşdirdiyi
kimi, bundan sonra da qarşıdakı
hədəflərə nail
olmaq üçün
əlindən gələni
əsirgəməyəcək.
Gələcək hədəfləri
də açıqlayan
dövlət başçısı
onlardan yalnız bir neçəsini səsləndirdi. İlk növbədə gələn
il "Azəri-Çıraq-Günəşli"
dərin qaz layihəsi çərçivəsində
təbii qazın hasilatı gözlənilir.
Bu, çox böyük ehtiyata malik olmaqla ümidverici
strukturdur. Uzun illərdir ki, "Azəri-Çıraq-Günəşli" Azərbaycanın neft ixracının əsas mənbəyidir. Hazırda
kəşfiyyata başlanılması
ilə bağlı tərəfdaşlarla razılığa
gəlinib və bu əlavə töhfə olacaq. İlkin mərhələdə
hasilat təqribən yarım milyard kubmetr olacaq, ancaq bir neçə
il ərzində bu rəqəm 3-4 dəfə artacaq. Bu, "Şahdəniz"
və "Abşeron"
yataqlarından hasil ediləcək həcmlərlə
yanaşı, yeni mənbə olacaq. Bununla yanaşı, "Ümid" qaz-kondensat yatağının ikinci fazasının işlənilməsi
ilə bağlı planlar var ki,
potensial olaraq oradan da 3-4 il
ərzində 2-3 milyard
kubmetr qaz əldə etmək olar.
Bütün bu
planlar tamamilə realdır, onlar müfəssəl təhlilə,
məlumata, informasiyaya
və Azərbaycanın
maliyyə resurslarına,
habelə investorlarla razılaşmalara əsaslanır.
Layihələrin bəziləri
investorlarla birlikdə
icra olunacaq, bəziləri isə
SOCAR-ın özü
tərəfindən həyata
keçiriləcək.
Azərbaycanda
potensial var və bu, artmaqda davam edir. İlham Əliyev Azərbaycana
qarşı çirkin kampaniya aparan, ölkəmizin enerji
potensialı ilə bağlı uydurma və tamamilə yalan məlumatlar
yayan dairələrə mesaj da ünvanlayaraq onlara
xatırlatma etdi: "Uzun illərdir ki, ortalıqda yayılan
və Avropa istehlakçılarının artmaqda olan
ehtiyaclarını ödəmək üçün "Azərbaycanda
kifayət qədər qaz yoxdur" kimi bütün şayiələr
bir daha onu göstərdi ki, onlar tamamilə əsassızdır
və bizim potensialımızın qarşısını
almaq, beynəlxalq birliyə və istehlakçılara
yanlış mesaj göndərmək üçün Azərbaycana
qarşı yürüdülən kampaniyanın bir hissəsi
idi".
Prezident eyni
zamanda Azərbaycanın COP29-a evsahibliyindən də söz
açdı. Azərbaycanın dünyanın ən
böyük toplantısına evsahibliyi etmək şərəfinə
nail olduğunu söyləyən dövlət
başçısı bu məsələdə də ölkəmizə
qarşı kampaniyaların aparıldığını dedi.
Lakin beynəlxalq birliyin verdiyi qərar dəyişmədi.
Beləliklə də,
Prezidentin söylədiyi kimi, COP29-un Azərbaycanda təşkil
edilməsi ilə bağlı yekdil qərar beynəlxalq
birliyin ölkəmizə hörmətinin əlaməti oldu.
İlham Əliyev dedi ki, Azərbaycanın tədbirə
evsahibliyi etmək, bu işə töhfə vermək istəyi
ölkənin "yaşıl gündəliyi"ni
nümayiş etdirir.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2024.-
3 mart, № 49.- S.4.