Fransanın
niyyəti baş tutmayacaq
Fevralın 17-də Münxendə
Bakı və İrəvanın liderlər
səviyyəsində keçirdiyi
görüş Ermənistan-Azərbaycan
arasında normallaşmaya
nail olunması üçün əhəmiyyətli
irəliləyiş kimi
dəyərləndirildi. Almaniyanın
təşəbbüsü ilə baş tutan bu ikitərəfli
görüş bir daha sübut etdi ki, iki
ölkə arasında
normallaşmaya nail olunması üçün
kənar vasitəçilərə
ehtiyac yoxdur.
Çünki Vətən
müharibəsinin üzərindən
ötən dövrdə
də izlədik ki, başda Fransa olmaqla, kənar qüvvələrin
bu prosesdə "vasitəçi" kimi iştirak cəhdləri əlaqələrin normallaşmasına
yox, daha da kəskinləşməsinə
xidmət edir. Hər kəs xatırlayır, ötən
il məhz Fransa Prezidenti Emmanuel Makronun təxribatı nəticəsində
Azərbaycan İspaniyanın
Qranada şəhərində
oktyabrın 5-nə planlaşdırılan
beştərəfli görüşdən
imtina etmişdi.
Almaniya Kansleri Olaf Şoltsun təşəbbüsü ilə
keçirilən ikitərəfli
Münxen görüşündən
sonra Makronun siyasi, hərbi təxribatlara əl atması hazırda da Fransa tərəfindən
eyni məkrli ssenarinin davam etdirildiyini, Cənubi Qafqazda sülhün əldə olunmaması üçün bütün
çirkin yola getdiyini deməyə əsas verir.
Sözügedən görüşdən
sonra, iki ölkə arasında normallaşma istiqamətində
imkanların yarandığı
bir dövrdə Nikol Paşinyanın tələsik Parisə yola düşməsi və burada Azərbaycana qarşı böhtanlar səsləndirməsi
də bunu açıq göstərdi.
Ermənistanı silahlarla
təchiz edərək,
onu müharibəyə,
revanşa qızışdıran
Makronun ölkəmizə
qarşı şər,
böhtan səsləndirməsi,
guya Azərbaycanın
Ermənistana hücum
edəcəyi kimi sərsəm iddialar irəli sürməsi isə bir başqa
tragikomik və Fransa Prezidentinin həyasızlığını əks etdirən növbəti çirkin oyunlar oldu.
Ermənistan və
beynəlxalq təşkilatlar
üzərindən qurulan
məkrli oyunlar
Artıq "Qarabağ
münaqişəsi" deyə
bir problem yoxdur. Azərbaycanın torpaqlarını işğaldan
azad etməsi, suverenliyini tam təmin etməsi və Qarabağda separatizmin kökünü
kəsməsi sayəsində
iki ölkə arasında münasibətlərin
normallaşmasına da
geniş imkanlar açılıb. Amma hadisələrin bu məcraya yönəlməsi
müstəmləkəçi Fransanı qətiyyən qane etmir.
Torpaqlarımızın işğal altında olduğu müddətdə
də Fransa vasitəçi kimi münaqişənin nizamlanması
istiqamətində heç
bir addım atmadı, məsələnin
Ermənistanın xeyrinə
dondurulması üçün
dəridən-qabıqdan çıxdı.
Çünki münaqişənin
həll olunacağı
təqdirdə yalan vədlərlə aldatdığı
erməni lobbisindən
aldığı pullar
kəsiləcək, işğal
altındakı ərazilərimizdə
yeraltı və yerüstü sərvətlərimizi
talaya bilməyəcəkdi.
Lakin Azərbaycanın
Vətən müharibəsindəki
Zəfəri Parisin məkrli planlarını da alt-üst etdi, suverenliyimizin bərpası isə Fransanın separatizmə dəstəyini birdəfəlik
kəsdi.
Baş verən
reallıqlar sayəsində
Cənubi Qafqazdan qovulan Fransa siyasi iradəsi olmayan Ermənistan üzərindən məkrli
və qanlı oyunlara başladı.
Bir yandan ölkəmizə qarşı
Avropa Parlamenti kimi qərəzli qurumların vasitəsilə
qətnamə adı altında "kağız
parçaları" qəbul
etdirməyə, bir yandan da Ermənistana
hərbi dəstək
göstərməyə başladı.
Beynəlxalq qanunları
ayaqlar altına atan Fransanın Ermənistanın timsalında
təcavüzkarı dəstəkləməsi,
separatizmə yaşıl
işıq yandırması
isə İrəvanı
müharibəyə qızışdırır.
44 günlük müharibə,
eləcə də 23 saatlıq antiterror tədbirləri zamanı
"dəmir yumruq"la
ordusunun başının
əzilməsini unudan
Ermənistan revanşa
iştahlanır.
Fevral ayında
Ermənistan tərəfindən
törədilən hərbi
təxribat, erməni snayperinin Azərbaycan əsgərini yaralaması
da bunu aydın
ortaya qoyur.
Həm də elə bu faktın
özü göstərir
ki, Fransanın təhriki ilə savaşa meyillənməsi
Ermənistanın özünə
baha başa gəlir. Fevraldakı təxribatdan dərhal sonra ermənilərin layiqli cavabları verildi. Fransanın Ermənistanı silahlandıraraq
Azərbaycan qarşısında
gücləndirmək cəhdinin
uğursuz olduğunu təsdiqlədi.
Bir sözlə,
baş verən proseslər Ermənistanın
sülhdən başqa
çıxış yolu
olmadığına dəlalət
edir. İrəvan Azərbaycanın beynəlxalq
hüququn prinsipləri
çərçivəsində irəli sürdüyü
şərtləri qəbul
etməli və Fransanın təhriki ilə özünün sonu olacaq müharibəyə
hazırlaşmamalıdır.
Həmçinin iki
ölkə arasında
normallaşma prosesi beynəlxalq gündəlikdən
düşməlidir. Çünki
Fransa kimi qərəzli ölkələr
olmayan məsələləri
süni şəkildə
şişirdib "problem"
kimi qələmə vermək istəyirlər.
Berlin görüşü və Makronun gözlənilən təxribatı
2024-cü il fevralın
28-29-da Azərbaycan xarici
işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan
arasında Almaniyanın
paytaxtı Berlin şəhərində
danışıqlar aparılıb.
Nazirlər və onların heyətləri arasında "Sülhün
və dövlətlərarası
münasibətlərin təsis
edilməsi haqqında
ikitərəfli Saziş"
layihəsinin müddəaları
üzrə mövqelər
müzakirə edilib. Bəzi əsas məsələlər üzrə
əlavə işin davam etdirilməsinə ehtiyac olduğu bildirilib.
Bu faktın özü də göstərir ki, Azərbaycan ilə Ermənistan arasında normallaşmaya nail olunması üçün
kənar vasitəçilərə
ehtiyac yoxdur. Əksinə, qərəzli
vasitəçilərin prosesə
burunlarını soxmaları
vəziyyəti müsbət
yox, mənfi istiqamətə yönləndirir.
O da mümkündür
ki, Makron Münxendə Ermənistan-Azərbaycan
liderlərinin görüşündən
sonra etdiyi kimi, Bakı və İrəvan xarici işlər nazirlərinin Berlindəki
sözügedən görüşündən
sonra da təxribatlara əl atsın...
Ancaq özünü
vasitəçi kimi prosesə pərçimləmək
istəyən Fransanın
Ermənistana silah-sursat
verməsi, bölgəni
yenidən münaqişə,
müharibə ocağına
çevirmək kimi murdar cəhdləri boşa gedəcək.
Cənubi Qafqazın
lider ölkəsi olan Azərbaycan milli maraqlarını təhdid edən bütün güclərlə
lazımınca mübarizə
aparmaq və onları yerlərində otuzdurmaq gücündə,
qüdrətindədir.
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2024.-
3 mart, № 49.- S.5.