Cənubi
Qafqaza gələn yol Azərbaycandan başlayır
Bunu başa düşməyənin
başı daşa dəyə bilər
Dünyada nüfuz
dairəsi uğrunda gərgin mübarizə gedir. Bu mübarizəni
hətta münaqişə
də adlandırmaq olar. O münaqişə ki, Rusiya-Ukrayna müharibəsi timsalında
artıq dünya savaşına keçib.
Türkiyənin tanınmış
hərbi və siyasi eksperti Metə Yarar bildirir ki, indi
üçüncü dünya
savaşı bayraq qaldırılmadan aparılır,
bir çox ölkələrdə isə
bu, müxtəlif terror təşkilatlarının
əli ilə həyata keçirilir. O, buna Rusiya-Ukrayna müharibəsini, Yaxın
Şərqdə müxtəlif
dövlətlərə qarşı
terror təşkilatlarının
apardıqları silahlı
mübarizəni, o cümlədən
açıq və gizli savaşları misal çəkir. Metə Yarar deyir ki, Rusiya-Ukrayna
müharibəsi deyilən
bir şey yoxdur, döyüşən
birləşmiş Qərblə
Rusiyadır.
Məlumdur ki,
Emmanuel Makron ciddi siyasətçi deyil. Bu səbəbdən
onun bu yaxınlarda NATO-nun Rusiya ilə savaşa girməsi barədə
bəyanatı da ciddi qarşılanmadı. İlk növbədə
blokun üzvləri onun bu bəyanatına etiraz etdilər.
Avropanın iqtisadi lokomotivi olan Almaniyanın Kansleri Olaf
Şolts isə NATO-nun Ukraynaya qoşun göndərməsinin
"qoca qitə"yə gətirə biləcəyi fəlakətlər
barədə xəbərdarlıq etdi. Rusiyanın da buna
cavabı gecikmədi. Vladimir Putin açıq şəkildə
bildirdi ki, ölkəsinin belə bir halda düşmənə
cavab verə biləcək güclü silahları var. Bunu belə
də başa düşmək olar: əgər Rusiya
üçün təhlükə olarsa, o, nüvə zərbəsi
endirməkdən çəkinməyəcək.
Bu gün
regionumuzda - Cənubi Qafqazda da geopolik oyunlar gedir. Çünki bölgəmiz
Rusiyanı Cənub cinahdan mühasirəyə almaq, həm də
Çin və şimal qonşumuzu əhəmiyyətli ticarət
marşrutlarından məhrum etmək üçün əlverişli
məkandır. Qərb Cənubi Qafqazda Fransanın vasitəsi
ilə möhkəmlənmək istəyir. Hazırda
Fransanın Ermənistanı yedəyinə alıb sülh
müqaviləsinin bağlanmasına imkan verməməsinin əsas
səbəbi də budur. Əvvəlcə bir ovuc ermənini
Qarabağa qaytarıb beynəlxalq mandatla bölgəyə gəlməyə
cəhd etdi. Amma bu, baş tutmadı. Ona görə də indi
hansı yolla olursa-olsun, Ermənistanda hərbi cəhətdən
mövcud olmağa çalışır.
Artıq uydurma bəhanə
də tapıblar - sən demə, Azərbaycan Ermənistana hərbi
təcavüz edib torpaqlarını işğal edəcək.
Prezident İlham Əliyev Qərbin bu uydurmasına fevralın
28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin
nümayəndələrini qəbul edərkən demişdir:
"Bu baxımdan Cozef Borelin qeyri-adekvat bəyanatları bizi
çox məyus edib. Əvvəla, onun bu bəyanatları
heç bir reallığı əks etdirmir və beynəlxalq
hüququn normalarına ziddir. İkincisi, Azərbaycan tərəfi
bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş
təhdid kimi qiymətləndirir. Belə ki, Borel bildirib ki, Azərbaycan
Ermənistana hücum edərsə, bunun acı nəticələrini
görəcək. Əvvəla, Borel bu məlumatı haradan
alıb ki, Azərbaycan Ermənistana hücum etməyi
planlaşdırır? Bizdə belə planlar yoxdur. Onlar cənab
Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın
guya Azərbaycanın Ermənistana hücuma
hazırlaşması ilə bağlı ölkəmizin
demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin
bir hissəsidir".
Qərb 30 ildən
çox keçmiş Dağlıq Qarabağ münaqişəsinin
həllinə heç bir fayda verməyən "həmsədr
institutu"nu "ölməz Kaşşey"ə
çevirmək istəyirdi. Lakin 44 günlük Vətən
müharibəsi buna imkan vermədi. Savaşdan dərhal sonra
Prezident İlham Əliyev həmsədrlərə artıq belə
bir instituta ehtiyac olmadığını bəyan etdi. Həm
də təkcə bəyan etmədi, buna nail oldu.
İndi isə
Avropa Parlamenti Azərbaycanı şantaj etməklə məşğuldur.
Bu qurumun heç bir əsası olmadan ölkəmizə
qarşı sanksiyaların tətbiqi ilə bağlı
çağırış etməsi, yumşaq desək, siyasi ədalətsizlikdən
başqa bir şey deyil. Amma bu və ya digər qurumun bu və
ya digər formada hədə-qorxu və şantajı ölkəmizi
haqlı mövqeyindən geri döndərə bilməz.
Əksinə, əgər kimsə bölgədə nüfuz
sahibi olmaq istəyirsə, Prezident İlham Əliyevin dediyi
kimi, "buranın aparıcı ölkəsi,
iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri
olan Azərbaycan ilə işləməlidir". Və bilməlidir
ki, Cənubi Qafqaza gələn yol Azərbaycandan
başlayır.
Rüstəm
KAMAL,
Azərbaycan.-2024.-
3 mart, № 49.- S.6.