O, zəngin yaradıcılığı,
çoxsaylı araşdırmaları
ilə ədəbiyyatşünaslığımızın
inkişafına böyük
xidmətlər göstərib.
Görkəmli ədəbiyyatşünas
alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi
üzvü Həmid Araslının pedaqoq kimi, elmi rəhbər
kimi gördüyü
işlər bu günədək minnətdarlıqla
xatırlanır.
Həmid Araslı
1909-cu ildə qədim
Gəncə şəhərində
dünyaya gəlib. Dövrünün mükəmməl
təhsilli alim-ruhanilərindən
olan atası Hacı Məhəmmədtağı
Ərəszadə qəzetlərdə
çıxış edər,
şəriət məsələləri
ilə bağlı mühazirələr oxuyardı.
Onun ərəb dilindən etdiyi bəzi tərcümələri
və qələmə
aldığı "Vəşrihi-fəraiz"
adlı kitab alimin kitabxanasında saxlanılır. Həmid Araslının anası Dürrübəyim xanım
da savadlı qadın idi.
Həyatın qəm-qüssə,
kədər üzünü
Həmid Araslı körpə ikən görüb. Atası vəfat edəndə o, iki yaşına çatmamışdı.
Anası onun dünyagörüşünün formalaşmasında böyük
rol oynayıb. Dürrübəyim xanım
oğlunda xalq yaradıcılığına dərin
maraq oyada bilib.
O, 1915-ci ildə Gəncənin
Şah Abbas məscidi nəzdindəki
mədrəsədə təhsil
almağa başladı.
Çox keçməyib
ki, həyatın daha bir ağır
zərbəsi ilə üzləşib, anasını
da itirib. Qohumlarının himayəsində
yaşamalı olub. Uşaq yaşlarından oxumağa, öyrənməyə
marağı böyük
olan Həmid Araslı təhsilini
1922-ci ildə Gəncə
Darülmüəllimi Seminariyasında
davam etdirib.
İyirmi yaşında,
1929-cu ildə Bakıya
gəlib. Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun (hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti) Dil və ədəbiyyat
fakültəsinə daxil
olub. Həm aspiranturada təhsil alıb, həm də keçmiş
SSRİ Elmlər Akademiyasının
Azərbaycan filialının
nəzdində təşkil
edilmiş Əsaslı
kitabxananın Şərq
şöbəsinin müdiri
işləyib. Həmin
illərdə Şərq
əlyazmalarını toplayaraq
Əlyazmalar Fondunu yaratmaq kimi mühüm
bir işlə də məşğul olub. Tezliklə yaratdığı fondun direktoru olub. 1936-cı ildə o, Azərbaycan Yazıçılar İttifaqına
üzv qəbul edilib.
1938-ci ildə Həmid
Araslı işdən
azad edilib. Səbəbi fondda saxlanılan əlyazmalar içərisində sovet
ideologiyasına uyğun
olmayan nümunələrin
aşkar edilməsi idi. O, 1938-1939-cu illərdə
Azərbaycan Nəşriyyatının
Bədii ədəbiyyat
şöbəsində redaktor
vəzifəsinə qəbul
edilib.
1943-cü ildə "XIII-XVI əsrlərdə Azərbaycan
ədəbiyyatı" mövzusunda
dissertasiya müdafiə
edərək filologiya
elmləri namizədi elmi adını alıb. 1944-cü ildə
Həmid Araslı Azərbaycan Dövlət Universitetində Yaxın Şərq ədəbiyyatı
kafedrasının müdiri
vəzifəsinə təyin
edilib. 1954-cü ildə
"XVII-XVIII əsrlər Azərbaycan
ədəbiyyatı tarixi"
mövzusunda doktorluq dissertasiyası müdafiə
edən alim filologiya elmləri doktoru, 1955-ci ildə professor elmi adlarını alıb. Azərbaycan SSR Elmlər Akademiyasının müxbir
üzvü, 1968-ci ildə
həqiqi üzvü seçilib.
O, Azərbaycan Elmlər
Akademiyasının Nizami
adına Ədəbiyyat
və Dil İnstitutunun baş elmi iş-çisi, şöbə müdiri, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin
elmi katibi, direktor müavini, eyni zamanda Azərbaycan
Dövlət Universitetinin
Yaxın Şərq ədəbiyyatı kafedrasının
müdiri (1944-1962), Azərbaycan
EA-nın Nizami adına Ədəbiyyat və Dil İnstitutunun
Mətnşünaslıq şöbəsinin
müdiri (1954-1955),Yaxın
və Orta Şərq Xalqları İnstitutunun (hazırda Şərqşünaslıq İnstitutu)
Ədəbiyyat şöbəsinin
müdiri (1968-1970), 1970-ci ildən
ömrünün sonunadək
həmin institutun direktoru vəzifəsində
çalışıb.
Həmid Araslı
Azərbaycan ədəbiyyatı
tarixinin sistemləşdirilərək
elmi istiqamətdə öyrənilməsində müstəsna
xidmət göstərib.
O, ikicildlik "Müxtəsər
Azərbaycan ədəbiyyatı
tarixi"nin (1943-1944), üçcildlik
"Azərbaycan ədəbiyyatı
tarixi"nin (1957-1960) əsas
müəlliflərindəndir.
"XVII-XVIII əsrlər Azərbaycan
ədəbiyyatı tarixi"
(1956) kitabında alim qədim əlyazma, cüng və təzkirələr əsasında
ədəbiyyatımızın öyrənilməmiş mərhələsini
araşdırıb. Şifahi
xalq ədəbiyyatının
ən görkəmli mütəxəssislərindən sayılan ədəbiyyatşünas
alim Azərbaycan folkloru, xüsusilə də "Kitabi-Dədə
Qorqud" və "Koroğlu" dastanları,
aşıq yaradıcılığı
haqqında sanballı
elmi əsərlərin
müəllifidir. Həmid
Araslı Məhəmməd
Füzulinin əsərlərinin
beş cilddə elmi-tənqidi mətnini hazırlayıb, Xaqani, Məhsəti, Nizaminin lirik şeirləri, Nəsimi, Xətai, Saib Təbrizi, Qövsi Təbrizi, Vidadi, Vaqif və
başqa şairlərin
əsərlərini ilkin
mənbələr və
əlyazmalar əsasında
nəşr etdirib.
Akademik Həmid
Araslı 1983-cü il
noyabrın 20-də Bakıda
vəfat edib. Fəxri xiyabanda dəfn olunub.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2024.-
3 mart, № 49.- S.10.