Dövlətimiz
yaradıcı insanlara
böyük diqqət
göstərir
Onlar dəyərli əsərləri
ilə dünya ədəbiyyatına əvəzsiz
töhfələr verirlər
Mart ayının 3-də dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da Ümumdünya Yazıçılar Günü
kimi qeyd olunur. Həmin gün Yer üzünün
harasında olursa-olsun,
yaradıcı insanlar
peşə bayramlarının
sevincini yaşayırlar.
Belə günlərdə
ədəbiyyat tarixini
dəyərli əsərləri
ilə zənginləşdirən
yazıçılar hörmətlə
xatırlanır.
Peşə bayramlarının
tarixini öyrənmək
həmişə oxucularda
böyük maraq doğurur. Bunu nəzərə alıb qısa da olsa,
Ümumdünya Yazıçılar
Gününün tarixinə
nəzər salmaq istəyirik. Yüz ildən çox yaşı olan bu peşə bayramı 1921-ci ildən
PEN-klub tərəfindən
(bu ad ingiliscə
üç sözün-poets
(şair), essayists (oçerkçi) və nvelists (novella, roman müəllifi) - ilk hərflərindən yaranan qısaltmadır) qeyd olunmağa başlayıb. PEN-klubunun ilk beynəlxalq konqresi 1923-cü ildə Londonda keçirilib.
1986-cı il yanvarın
12-dən 18-dək PEN-klubun sayca 48-ci beynəlxalq konqresi baş tutub.
Həmin tədbirin
iştirakçıları mart ayının 3-nü
"Yazıçının Ümumdünya Sülh Günü" elan edilməsi barədə qərar qəbul edirlər. Həmin vaxtadək artıq dünyanın yüzdən
çox ölkəsində
PEN-klub mərkəzləri
fəaliyyət göstərirdi.
Bir sıra ölkələrdə bu tədbir sadəcə
"Yazıçı Günü"
adlanır və bir növ daha
çox fərqlənmiş
ədibləri təbrik
etmək və mükafatlandırmaq üçün
münasib gün kimi qeyd olunur.
Bu bayram "Dördüncü hakimiyyət"in
- demokratik mətbuatın
mənfi aspektlərinə
qarşı çıxmağa,
yalan yazılara, məqsədli təhriflərə,
faktların bilərəkdən
saxtalaşdırılmasına, yaxud siyasi, qrup
və şəxsi maraqlar naminə gerçəyin qərəzli
şəkildə yozulmasına
yol verməməyə
çağıran peşə
bayramıdır.
Qeyd edək ki, PEN-klub Azərbaycanda
da yaradılıb. Üzvləri də kifayət qədər tanınmış adamlardır.
Bu təşkilat ölkəmizdə 2011-ci ildə
yaradılıb və
prezidenti postuna tanınmış yazıçı
Çingiz Abdullayev seçilib. Bütün dünyada fəaliyyət göstərən PEN-klubların
məqsəd və vəzifələri respublikamızda
uğurla həyata keçirilir. Ölkəmizdə
PEN-klubun məqsədlərindən
biri də Azərbaycan ədəbiyyatını
və yazıçılarını
dünya ölkələrində
tanıtmaqdır. Tanıtmaq
isə təbiidir ki, ilk növbədə
tərcümə vasitəsilə
mümkündür.
Yaradıcı insanlar
Ümumdünya Yazıçılar
Gününün keçirilməsini
müsbət qarşılayırlar.
Dünyanın bir çox ölkəsində
fəaliyyət göstərən
PEN-klublar sıralarında
yüzlərlə yazıçını
birləşdirir. Yeri
gəlmişkən, onu
da bildirək ki, bəzi ölkələrdə
heç yazıçılar
birliyi də yoxdur. Əslində, yazıçılıq sovet
dövründə ideoloji
bir peşə idi. Əgər belə demək mümkünsə, o dövrün
rəhbərliyi yazıçılara
ideoloji cəbhənin
nümayəndəsi kimi
baxırdı. Yazıçıların
əksəriyyəti o vaxtlar
ideologiyaya xidmət
edən əsgərləri
xatırladırdı.
Ölkəmizdə də
sıralarında 2000 çox
yaradıcı insanı
birləşdirən Azərbaycan
Yazıçılar Birliyi
fəaliyyət göstərir.
Yazıçılar Birliyi
1934-cü il iyunun 13-də
Bakıda Azərbaycan
Yazıçılarının I Qurultayında yaradılmışdır.
O vaxta qədər Azərbaycan yazıçıları
ayrı-ayrı ədəbi
birliklərin və məclislərin tərkibində
fəaliyyət göstərmişlər.
1923-cü ildə Azərbaycan
yazıçılarını bir təşkilatda birləşdirmək zərurəti
meydana çıxarkən
bir neçə yazıçı çap
etdirdikləri müraciətdə
"Türk ədib və şairlər ittifaqı dərnəyi"
təsis etdiklərini
bildirmişdilər. Həmin
ədəbi birlik
"İldırım" adlanırdı. "Qızıl
qələmlər" ədəbi
cəmiyyəti də
təxminən bu dövrlərdə formalaşmış
və ətrafına gənc ədibləri yığmışdı. Bu
cəmiyyət əsaslı
və ədəbi təşkilat kimi 1925-ci il dekabrın 25-də Bakıda yaradılmış
və dövrünün
ədəbi dərnəklərini
öz ətrafında
birləşdirmişdi. "Qızıl qələmlər"
cəmiyyəti tez-tez
müşavirələr, ədəbi
gecələr, görüşlər,
məruzələr təşkil
edir, tədbirlər həyata keçirirdi. Belə tədbirlər isə yazıçıları
bir təşkilat kimi ətrafına toplayır, onların yaradıcılığına müsbət
təsir göstərirdi.
1927-ci il iyul ayının əvvəllərində
Azərbaycan yazıçılarının
birinci ümumi yığıncağında bütün
ədəbi qüvvələri
bir təşkilat ətrafında birləşdirmək
qərara alındı.
Beləliklə, Azərbaycan
Yazıçılar Cəmiyyətinin
müvəqqəti idarə
heyəti yarandı. Bakıda Ümumazərbaycan
yazıçılarının birinci və ikinci qurultayı çağırıldı.
1991-ci ildə Sovetlər
Birliyi dağıldıqdan
sonra postsovet ölkələrindəki yaradıcı
təşkilatları gözdən
salmaq üçün
onların üzərinə
qərəzli və haqsız hücumlar təşkil edildi. Həmin dövrdə cəmiyyətin aparıcı
qüvvəsi olan yazıçı və şairlər, həmçinin
üzv olduqları yaradıcı təşkilatlar
dövrlərinin ən
çətin günlərini
yaşadı. Yaradıcılıqdan,
yazıçılıqdan uzaq olanlar Yazıçılar
Birliyinin də ləğv olunmasını
tələb edirdilər. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə
xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən
sonra Yazıçılar
Birliynin, həmçinin
bütün yaradıcı
təşklilatların qorunub
saxlanmasına və fəaliyyət göstərməsinə
nail oldu. Bu gün dövlətimiz
yazıçılara böyük
diqqət və qayğı göstərir.
Onların sosial və məişət problemlərinin həll olunması istiqamətində
çox mühüm addımlar atır.
Azərbaycanın yazıçı
və şairləri Məhsəti Gəncəvi,
Xaqani Şirvani, Nizami Gəncəvi, Qətran Təbrizi, İmadəddin Nəsimi, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə,
Hüseyn Cavid , Səməd Vurğun, Abdulla Şaiq, Süleyman Rüstəm, Mkayıl Müşfiq, Məmməd
Səid Ordubadi, Süleyman Rəhimov, Anar, Elçin, Mövlud Süleymanlı,
İsmayıl Şıxlı
və yüzlərlə
başqaları zaman-zaman
dəyərli əsərləri
ilə dünya ədəbiyyatına əvəzsiz
töhfələr vermişlər.
Bu günlər
Zəfər tariximizi yazan Azərbaycan yazıçıları hər
il Ümumdünya Yazıçılar Gününü
böyük sevinc və uğurlarla qeyd edirlər. Həmişəki kimi, yazıçılarımız bu il də
həmin gün yeni əsərləri ilə həm oxucularını sevindirəcək,
həm də ədəbiyyat tariximizi daha da zənginləşdirəcəklər.
Vahid MƏHƏRRƏMOV,
Azərbaycan.-2024.-
3 mart, № 49.- S.10.