Füzuli - Azərbaycan poeziya məktəbinin yeni mərhələsi

 

 

Görəsən, zaman keçdikcə ədəbi proses irəli gedir, yoxsa geriləyir? Əlbəttə, bu suala birmənalı cavab vermək olmur. Əgər ədəbi proses zamanla irəli gedirsə, onda niyə çağdaş ədəbiyyatda Nizami Gəncəvi səviyyəsində bir şair mütəfəkkir yetişə bilmir? Bu cür ritorik suallara cavab vermək çox çətin olduğundan, sadəcə, faktın özünü nəzərə almaq lazımdır ki, bəli, ədəbi proses var zaman-zaman onun böyük şəxsiyyətləri yetişir.

Tarixboyu şeir-sənət ocağı kimi tanınmış Azərbaycan ədəbiyyatda folklorda həmişə öz yoluna malik olmuş, bir sıra xüsusiyyətlərə görə başqa xalqlardan fərqlənmişdir.

Bu fərqlər özünü hər şeydən əvvəl bədii sözün forma məzmun gözəlliyinin vəhdətdə təqdim edilməsində, eləcə bütün əsərlərin canını qanını təşkil edən dərin humanizmdə göstərmişdir.

Məhz tükənməz xalq poeziyasından qidalanan Xaqani, Nizami, Nəsimi, Füzuli kimi sənətkarlar Azərbaycan şeirini xüsusi bir istiqamətlə aparmış, dünya poeziyasının polifoniyasında onun səsinin seçilməsinə nail olmuşlar.

Forma qüsursuzluğu, sözlərin poetik imkanından maksimum istifadə, mənanın çoxlaylılığı hər layın xüsusi təyinata malik olması, təsvir tərənnümlərdə ədəb dairəsinə ciddi riayət edilməsi, dərin rəmzilik, mümkün qədər az sözlə mümkün qədər çox poetik fiqurun verilməsi s. Azərbaycan poeziya məktəbinin əsas üslubi xüsusiyyətlərindəndir.

Mərhələdən-mərhələyə zənginləşə-zənginləşə gələn bu poetik üslub Məhəmməd Füzuli yaradıcılığında artıq kamal zirvəsini fəth edir. Yeni ustadın, yeni müəllimin gəlməsi ilə bu məktəbin şagirdlərinin sayı sürətlə artır. Əslində, bunu məktəb adlandırmaq - onun statusunu bir qədər aşağı salmaq deməkdir; belə bir ifadə daha doğru olar ki, Nizaminin təsis etdiyi, professoru rektoru olduğu Azərbaycan poeziya universitetinin ənənələrini Füzuli yeni mərhələdə canlandırdı, davam etdirdi özünü bu yeni universitetin rektoru elan etdi.

Füzuli Azərbaycan poeziya universitetində yeni fakültələr açdı ki, bunlardan ən aparıcısı - Qəm fakültəsi oldu.

 

Mənəm ki, qafiləsalari-karivani-qəməm,

Müsafıri-rəhi-səhrayi-möhnətü ələməm.

Həqir baxma mənə, kimsədən saqınma kəməm.

Fəqiri-padşahasa, gədayi-möhtəşəməm.

Sirişki-cövr mülazim, bəlavü dərd-həşəm.

 

Füzuli ilahi məhəbbətlə dünyəvi duyumu balla qaymaq kimi bir-birinə elə təbii şəkildə qarışdırdı ki, ondan sonra gələn sənətkarlar artıq bunları bir-birindən ayıra bu məhəbbətin dadından doya bilmədilər. Füzulinin sintez etdiyi bu məhəbbətin sayəsində qəm şirinləşdi, əzab, cəfa ləzzətə mindi. Füzuli qəmini şirinləşdirən, əzabı yüngülləşdirən vasitələrdən biri yumordur. Bu yumor da şairin başqa bədii vasitələri kimi sözün dərin qatlarında yerləşir hər oxucuya camal göstərmir.

Füzuli yeni-yeni poetik obrazlar tapıb, bunlara yeni-yeni poetik funksiyalar aşıladı. Məsələn, it obrazı. Klassik poeziyada, xalq arasında alçaq, həqir sayılan, söyüş yerinə işlədilən bu obraz Füzulidə gözəlləşdi, bədiiləşdi. Həm sufi ədəbiyyatında mələk obrazının sinonimi kimi:

 

Parə-para cigərim itlərinə nəzr olsun,

Ol səri-kuyə əgər düşsə güzarım bu gecə.

 

Həm dünyəvi mənasında işlətdi bu obrazı:

 

Təbiəti-səgi-şəbgərd qılmışam hasil;

İşim qara gecə ta sübh naləvü fəryad,

versələr ona şakir, desələr ona şad.

 

Klassik poeziyada folklorda əsasən mənfi mənada, şər qüvvə kimi işlədilən "dövran", "çərx", "fələk" obrazları da Füzulidə bəzi hallarda müsbət məna kəsb edir.

Azərbaycan poeziya məktəbinin Füzuli mərhələsinin özünəməxsusluqlarından biri gözlənilməzlik effektidir. Qəflətən oxucunun qarşısına gözləmədiyi bir məna çıxır bu məna qafil zərbə kimi hazırlıqsız oxucunu şoka salır.

Poetik təzadın misilsiz ustadı olan böyük Füzuli eyni zamanda poetik adiləşdirmənin ustadıdr: yəni ən ağlasığmaz hadisələri adi məişət hadisələrinin köməyi ilə izah etmək sanki Füzulini çağdaş anlamda realizəyə qaytarır, onun obrazlarına inanmamağı mümkün etmir. Şairin bütün dövrlərdə qəlbləri fəth edə bilməsi məhz bu "halal sehrin" sayəsində mümkün olur.

Bütün bunlar dahi Azərbaycan şairi mütəfəkkiri Məhəmməd Füzulini minillik ədəbiyyatımızın gəlişməsində, boy verməsində növbəti mərhələyə qaldıraraq onun dünya lirikasının inkişafındakı rolunu bir daha təsdiq edir. Bu isə Azərbaycan ədəbiyyatının mədəniyyətinin qlobal kontekstdə qədər yüksək bir mövqe tutmasından xəbər verir.

Füzuli ədəbi məktəbinin ən böyük nümayəndələrindən biri olan Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyar üzünü qrafomanlara tutub deyirdi:

 

Şair ola bilməzsən, anan doğmasa şair,

Missən, a balam, hər sarıköynək qızıl olmaz!

 

Dahi Füzulini məhz anası şair doğmuşdu öz zəhmətkeşliyi ilə həm alim olmuşdu. Bu baxımdan Füzuliyə mütəfəkkir-şair adı çox yaraşır. Bununla yanaşı, Füzuli böyük lirikdir sənətkarlıq baxımından onun poeziyasının misli-bərabəri yoxdur desək, yanılmarıq.

Şeirə cila verərkən Füzulinin işlətdiyi poetik təsir vasitələrindən biri - gözlənilməzlik effektidir. Bunun təsir mexanizmi ondan ibarətdir ki, klassik poeziyaya bələd olan oxucu beytin birinci misrasından sonra hansı fikrin, obrazın gələcəyini təxmin edərək gözləyir. Lakin tamamilə başqa, daha gözlənilməz təsirli fikir, yaxud obraza rast gəldikdə əvvəlcə çaşır, sonra isə estetik ləzzət razılıq hissi keçirir. Ancaq bu gözlənilməzliyi Füzuli necə deyərlər, oxucunun özünə qızıl nəlbəkidə qoymur. Bəzən oxucu həmin mənaya varmaq üçün xeyli düşünməli, baş sındırmalı olur.

Bayaq dediyimiz kimi, Füzulinin əksər beytləri bu cür gözlənilməzlik effekti üzərində qurulub. İndi həmin beytlərdən bir neçəsi üzərində müşahidələr aparaq:

 

Göz xətindən mərdümün məhv etmədən bulmaz murad

Zaye eylər hüsnünü xəttin səvad üzrə səvad.

 

Onu da qeyd edim ki, Füzuli eyni sözlərlə şeirin bədənini ruhunu yaratmaq üçün əksər hallarda sözlərin çoxmənalılığından faydalanır, faktiki çoxmənalılıq olmadıqda isə həqiqi bir sehrkar kimi yeni mənalar yaradır. Bu beytdə belədir: "xətt" sözü həm gözəlin üzünün cizgilərini, həm yazı xəttini ifadə edir poetik məna, beytin fiziki gözəlliyi bu vasitə üzərində qurulmuşdur. Beytin açması belədir:

Aşiqin gözü gözəlin üzünün cizgilərini o zaman seyr edə, ondan murad ala bilər ki, öz bəbəyini məhv etsin. Yəni o qədər ağlasın, göz yaşı töksün ki, gözünün qarası yuyulub getsin.

Bir xalq mahnısında olduğu kimi:

 

Ağlama, ceyran balası, ağlama,

Gedər gözlərin qarası, ağlama.

 

Əlbəttə, birinci misranın qarşıya sual qoyduğu aydındır: gözün qarasının yuyulub getməsi ilə gözəlin üzünün cizgilərini seyr edib kam almaq arasında kimi məntiqi bağlılıq ola bilər?

Ancaq sən demə, var imiş. Klassik poeziyada gözəlin üzünün cizgiləri çox vaxt yazıya, həm müqəddəs, ilahi yazıya, Quran səhifələrinə bənzədilib. Füzuli gözəlin üzünün cizgilərini gözəl xəttə, gözəl yazıya bənzədir. Bu gözəl yazını aşiqin görməsi üçün gərək onun əksi göz bəbəyinə düşsün; göz bəbəyi isə qaradır. Qara kağız üzərində isə qara mürəkkəblə yazmaq olmaz. Deməli, gözəlin hüsnündən aşiqin gözünün murad alması üçün mütləq göz bəbəyi, göz qarası təmizlənməli, yuyulub getməlidir.

Başqa bir beytində böyük şair yazır:

 

Yeridir, əksinə ayinə dəmir bənd ursa,

üçün qurşı durur sən kinti bihəmtayə?

 

Məlumdur ki, aynanı, güzgünü dəmir çərçivə bənd içində saxlayarlar. Füzuli bu bəndin, əslində, güzgünün özünə deyil, gözəlin güzgüdəki əksinə, surətinə vurulduğunu yazır. Bəs gözələ üçün günahkarlar, divanələr kimi dəmir bənd vurulmalıdır? Ona görə ki, bu cür gözəl bir məxluqla qarşı-qarşıya durmağa, tayı-bərabəri olmayan bir gözələ özünü tay tutmağa cəsarət etmişdir. Bundan böyük günah, cinayət olarmı? bu cinayətə görə gözəlin əksi dəmir bəndlə cəzalandırılmağa tamamilə layiqdir:

 

Tiz çəkməzsən cəfa tiğin məni öldürməyə,

Öldürər axır məni bir gün bu ehmalın sənin.

 

Məşuq cəfa qılıncını çəkib aşiqi öldürməlidir. Bu ölüm aşiq üçün səadətdir bu səadətin tez baş verməsini arzulayır. Ancaq məşuq ləng tərpənir, qılıncı çəkməyə tələsmir. Bu lənglik, ehmal tərpənmək isə aşiqin ürəyini sıxır, ömrünü çürüdür. aşiq qorxur ki, məşuqun qılıncının dadlı zərbəsini gözləyə-gözləyə, beləcə vüsala çatmadan, cəfa qılıncının zərbəsini dadmadan mənasız bir ölümlə ömrünü sona çatdırsın bu dünya həyatında qarşıya qoyduğu məqsədə yetməsin. Amma digər tərəfdən aşiq bir şeylə təsəlli tapır ki, əvvəl-axır məşuqun ehmal hərəkəti onu öldürəcəkdir. Elə buradan da beytin ruhu öz camalını göstərir. Aşiq bu dünyadakı ölümü ilə əbədi həyata - Tanrısına qovuşacaq. Məhz buna görə qılıncın tez çəkilməsini - vüsalın tez başlanmasını arzulayır:

 

Şamlar qanlı yaşını mövcünə, əlbətta, dəyər,

Hər necə kim götürür çərxi-miiəlla ətəyin.

 

Axşam vaxtı üfüqün qızarması aşiqin qanlı göz yaşının dalğasına bənzədilmişdir. Bu dalğalar o qədər coşqundur, o qədər yüksəyə qalxır ki, uca fələk qədər yüksək olsa da, ətəyini qədər cəld yığışdırsa da, mütləq onlara dəyməlidir.

Füzulinin oxucunu düşündürməyə, baş sındırmağa vadar edən çoxsaylı beytlərindən biri budur:

 

Duzəxə girməz sitəmindən yanan,

Qabili-cənnət deyil əhli-əzab.

 

Şair yazır ki, gözəlin zülmündən yanan, əzab çəkən cəhənnəmə girməyəcəkdir, cəhənnəmlik olmayacaqdır. İlk baxışdan adama belə gəlir ki, ikinci misradakı fikir birinci misradakı obrazdan doğmalıdır: yəni cəhənnəm yanmaq üçündür. Sənin sitəmindən, zülmündən yananlar da elə cəhənnəm əzabı çəkirlər; daha onların bir cəhənnəmə girməsinin mənası var? Ancaq Füzulinin dühası ondadır ki, o, həmişə oxucudan bir baş yüksəkdə durur oxucunun ağlına gələ biləcək fikri, obrazı heç vaxt təkrar etmir. Elə Füzulinin gözlənilməzlik effekti buradan doğur.

İkinci misranı oxuyan, onu dərk edib anlayan oxucu heyrətini gizləyə bilmir: gözəlin sitəmindən yanan ona görə cəhənnəmə girə bilməz ki, o, artıq cənnətə qəbul edilmişdir. Cənnət əhlidir. Cənnətə qəbul edilmişlər isə əzab əhli, cəhənnəm sakinləri deyildirlər.

Bu obrazı, bu məntiqi, bu təzadı dərk edən, mənimsəyən, onun sevincini yaşayan oxucu uzun müddət bu sehrli təsirdən yaxa qurtara bilmir, Füzuli obrazlarının ölməzliyi içərisində həyatın faniliyini məişət xırdalıqlarını unudur. Füzuli dünyasına qovuşaraq ülviləşir, özünü xoşbəxt hiss edir.

Əsl böyük sənətin məqsədi elə bu deyilmi?!

 

Teymur KƏRİMLİ,

Akademik

Azərbaycan.-2024.- 3 mart, № 49.- S.11.