Enerji
siyasətinin yeni hədəfləri
Əsas prioritet Avropaya "yaşıl enerji"nin önəmli ixracatçılarından
biri olmaqdır
Ötən həftə
Bakı növbəti
mötəbər tədbirə
- "Cənub Qaz Dəhlizi" Məşvərət
Şurası çərçivəsində
nazirlərin 10-cu və
"Yaşıl Enerji"
Məşvərət Şurası
çərçivəsində nazirlərin 2-ci iclaslarına
evsahibliyi etdi. Budəfəki iclaslarda Azərbaycanın Avropa enerji təhlükəsizliyində
oynadığı rol,
bərpaolunan enerji mənbələri üzrə
potensialı və Xəzərdən Avropaya
"yaşıl enerji"nin
ixrac perspektivləri müzakirə
olundu və həmçinin Azərbaycanın
potensial enerji imkanları dünyaya təqdim edildi.
Azərbaycan və
Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq
təşkilat, 44 şirkətin
təmsil olunduğu sözügedən iclaslarda
çıxış edən
Prezident İlham Əliyev ölkəmizin indiyədək enerji siyasəti istiqamətində
atdığı addımlar,
reallaşdırdığı layihələr barədə
məlumat verdi, eyni zamanda mövcud
potensialdan, imzalanan sazişlərdən söz
açıb, gələcək
perspektivləri, nəzərdə
tutulan layihələri
dəyərləndirdi. Dövlət
başçısının çıxışı həm
də müəyyən
ölkələrə müraciət
xarakteri daşıdı.
Əldə etdiyimiz gəlirlərdən bərpaolunan
enerjiyə sərmayə
yatırtmaqla bu sahəyə töhfə verməyin önəmini diqqətə çatdırdı.
Azərbaycan qazına
olan tələbat getdikcə artır
Öncə onu
deyək ki, "Cənub Qaz Dəhlizi" Məşvərət
Şurası çərçivəsində
nazirlər toplantısı
2015-ci ilin fevral ayından etibarən keçirilir və bu il tədbirin
10 ili tamam olur. Budəfəki toplantıda dünya bir daha Azərbaycanın
enerji potensialına, ölkəmizin bu sahədə nəyə qadir olduğuna şahidlik etdi.
Prezidenti İlham
Əliyev "Cənub
Qaz Dəhlizi" Məşvərət Şurası
çərçivəsində nazirlərin 10-cu və
"Yaşıl Enerji"
Məşvərət Şurası
çərçivəsində nazirlərin 2-ci iclasları
zamanı "Euronews" televiziyasına
müsahibəsindəki fikirləri
ilə reallıqları
göstərdi.
Ötən il bu sahədə Azərbaycanın əldə
etdiyi nailiyyətlərə
diqqət edək:
2023-cü ilin ən
mühüm hadisəsi
"Abşeron" qaz-kondensat
yatağında təbii
qazın kommersiya hasilatıdır. Çünki
bu, "Şahdəniz"dən
sonra ikinci nəhəng qaz ehtiyatlarının kəşfi
deməkdir.
"Abşeron" qaz-kondensat
yatağı ölkəmizin
gələcək şaxələndirmə
layihələrinin resurs
bazasını təşkil
edəcək. Bu layihənin ilk fazası artıq təsdiq edilib. Orada illik hasilatın
1,5 milyard kubmetr həcmində olması gözlənilir.
İkinci faza ilə bağlı razılıq əldə edildikdən sonra daha 4-5 milyard kubmetr həcm əlavə ediləcək
ki, onun böyük əksəriyyəti
beynəlxalq bazarlara nəql olunacaq.
Növbəti nailiyyət
isə Azərbaycanın
daha iki ölkə - Macarıstana
və Serbiyaya qaz nəql etməsi
oldu. Bununla da Avropaya qaz
təchizatımızın coğrafiyası genişlənmiş
oldu. Hazırda Azərbaycan 8 ölkəyə
qaz nəql edir ki, onlardan
altısı Avropa ölkəsidir.
Prezident həmçinin
mövud potensialı dəyərləndirərək nəzərdə tutulan digər layihələr barədə də ətraflı məlumat verdi. Bəlli oldu ki, Azərbaycan
qazına olan mövcud tələbat getdikcə artır. Ölkəmizin ixtiyarında
mənbələr var
və nəqliyyat marşrutlarımız yerindədir.
Ötən il ərzində Azərbaycan
qardaş Türkiyə
vasitəsilə Trans-Balkan
boru kəməri sistemindən istifadə etmək razılığına
gəlib. Bu isə şaxələndirmə
layihəsi daxilində
növbəti şaxələndirmə
deməkdir. Daha artıq alternativlər və seçimlər ola bilər. Çünki onların hər biri enerjinin
şaxələndirilməsi, enerji təhlükəsizliyinin
maksimum səmərəliliklə
təmin olunması kimi vahid məqsədə
xidmət edir.
"Azərbaycanda kifayət
qədər qaz yoxdur" deyənlərə
ünvanlanan mesaj
Gələcək planlara
nəzər yetirsək
görərik ki, həqiqətən də,
Azərbaycanın çox
əlverişli imkanları
və potensialı var. Gələn ilin ilk rübündən
etibarən "Azəri-Çıraq-Günəşli"
dərin qaz layihəsi çərçivəsində
təbii qazın hasilatı gözlənilir.
Bu, çox böyük ehtiyata malik olmaqla ümidverici
strukturdur. Uzun illərdir ki, "Azəri-Çıraq-Günəşli" Azərbaycanın neft ixracının əsas mənbəyidir. Hazırda
kəşfiyyata başlanılması
ilə bağlı tərəfdaşlarla razılığa
gəlinib və bu əlavə töhfə olacaq. Prezidentin də söylədiyi kimi, ilkin mərhələdə
hasilat təqribən yarım milyard kubmetr olacaq, ancaq bir neçə
il ərzində bu rəqəm 3-4 dəfə artacaq. Bu, "Şahdəniz"
və "Abşeron"
yataqlarından hasil ediləcək həcmlərlə
yanaşı, yeni mənbə olacaq. Bununla yanaşı, "Ümid" qaz-kondensat yatağının ikinci fazasının işlənilməsi
ilə bağlı planlar var ki,
potensial olaraq oradan da 3-4 il
ərzində 2-3 milyard
kubmetr qaz əldə etmək olar.
Beləliklə, bütün
bu planlar tamamilə realdır, onlar müfəssəl təhlilə, məlumata,
informasiyaya və bizim maliyyə resurslarına, habelə investorlarla razılaşmalarımıza
əsaslanır. Layihələrin
bəziləri investorlarla
birlikdə icra olunacaq, bəziləri isə SOCAR-ın özü tərəfindən
həyata keçiriləcək.
İlham Əliyev
əminliklə vurğuladı
ki, bütün bunlar potensialın olduğunu və getdikcə
artdığını göstərir.
Bu, eyni zamanda Azərbaycanı istəməyən qüvvələrə
də bir mesaj oldu. Prezidentin
dediyi kimi, illərdir ki, ortalıqda yayılan və Avropa istehlakçılarının artmaqda
olan ehtiyaclarını
ödəmək üçün
"Azərbaycanda kifayət
qədər qaz yoxdur" kimi bütün şayiələr
bir daha onu göstərdi ki, onlar tamamilə
əsassızdır və
bizim potensialımızın
qarşısını almaq,
beynəlxalq birliyə
və istehlakçılara
yanlış mesaj göndərmək üçün
Azərbaycana qarşı
yürüdülən kampaniyanın
bir hissəsi idi.
Göründüyü kimi, Azərbaycanın enerji gündəliyi çox zəngindir və ölkəmiz həm ənənəvi enerji mənbələri, həm də bərpa-olunan enerji üzrə Avropanın enerji xəritəsini yenidən formalaşdırır.
Bütün bu uğurlar İlham Əliyevin milli maraqlara söykənən
xarici siyasətinin sayəsində mümkün
olub.
Azərbaycan artıq
mühüm yolu qət etməyə başlayıb
Azərbaycan ənənəvi
enerji rezervləri ilə yanaşı, həm də alternativ enerji üzrə böyük potensiala malikdir. Ölkəmizin quruda, suda bərpaolunan enerjisinin texniki potensialı 292 QVt gücündə qiymətləndirilir.
Bundan başqa, bərpaolunan enerji mənbələrinin iqtisadi
potensialı isə 27
QVt həcmində dəyərləndirilir.
2022-ci ilin dekabrında
4 ölkənin Buxarestdə
imzaladığı "Azərbaycan,
Gürcüstan, Rumıniya
və Macarıstan hökumətləri arasında
"yaşıl enerji"nin
inkişafı və ötürülməsi sahəsində
strateji tərəfdaşlıq
haqqında Saziş"ə
əsasən, 4 MVt-lıq
"yaşıl enerji"
Qara dənizin dibi ilə Avropaya
nəql olunacaq. Yəni Azərbaycan "Qara Dəniz Yaşıl Kabel" layihəsi ilə Avropaya "yaşıl enerji"nin önəmli ixracatçılarından biri
olmağı planlaşdırır.
İlham Əliyev
"Euronews" televiziyasına müsahibəsində bildirib
ki, Azərbaycanın bərpaolunan enerji layihələrinin gündəliyi
çox iddialıdır.
Beynəlxalq Maliyyə
Korporasiyasının hesablamalarına
əsasən, Xəzər
dənizinin Azərbaycan
sektorunda potensialı
157 giqavat təşkil
edir. Azərbaycan artıq bu mühüm
yolu qət etməyə başlayıb:
"Biz ola bilsin ki, 10 ilə
ölkədə bərpaolunan
enerjidən maksimum dərəcədə istifadə
etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı
planlaşdırırıq".
Bir sözlə,
İkinci Qarabağ müharibəsindəki böyük
zəfərdən sonra
Cənubi Qafqazda yaranan reallıqları məharətlə dəyərləndirən
İlham Əliyev irəli sürdüyü
qlobal təşəbbüslərlə,
həyata keçirdiyi
mütərəqqi islahatlarla
Azərbaycanın gələcək
uğurlarının konturlarını
müəyyənləşdirir. Məhz İlham Əliyevin təşəbbüsü
ilə reallaşan qlobal enerji layihələri
ilə Azərbaycanın
beynəlxalq nüfuzu,
siyasi çəkisi artmaqdadır. Dünyanın
geosiyasi və geoiqtisadi gündəmini düzgün qiymətləndirən
dövlət başçısı
verdiyi sözünə,
vədinə sadiqliyi ilə Azərbaycana dünyada ən etibarlı tərəfdaş
statusunu qazandırıb.
Hazırda Azərbaycan
Avropanın enerji təminatında açar
rolunu oynayan dövlətlərdən biri
kimi qəbul olunur. Bu, ölkə
sərhədlərindən kənarda, özü də ən yüksək səviyyələrdə
etiraf edilir. Bu prosesi dəyərləndirən
İlham Əliyev deyir ki, Azərbaycanın
başlatdığı və
Avropa İttifaqının,
o cümlədən tərəfdaş
ölkələrin dəstəklədiyi
enerji layihələri
Avropanın enerji xəritəsini tamamilə
dəyişib. Çünki
Azərbaycan tərəfdaşları
ilə birgə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən enerji
kəməri çəkməklə
yeni rekordlara imza atıb.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2024.-
5 mart, № 50.- S.4.