Laşa
Darsaliya: Gürcüstan
sülh dialoqu üçün öz platformasını təklif
edir
Tbilisi Ermənistan
və Azərbaycan arasında sülh müqaviləsinin
bağlanması prosesinin inkişaf etdirilməsində
maraqlıdır və danışıqlar üçün
öz platformasını təklif edir.
AZƏRTAC xəbər verir ki, bunu
Gürcüstanın xarici
işlər nazirinin müavini Laşa Darsaliya Antalyada keçirilən Diplomatik Forumda deyib. Onun sözlərinə görə, Tbilisi üçün regionda sülh vacibdir. O ümid edir ki, İrəvan və Bakı razılığa gələcək
və bundan hər iki tərəf
faydalanacaq.
Darsaliya qeyd edib ki, Gürcüstan
Ermənistan və Azərbaycan arasında ikitərəfli danışıqlarda
mövcud olan müəyyən çətinlikləri
görür, başa düşür və nəzərə alır. Bu məqsədlə Tbilisi əvvəllər də dinc qonşuluq
təşəbbüsü ilə çıxış
edib və danışıqlar aparılması
baxımından hər
iki ölkəyə dəstək təklif edib.
“Biz - Cənubi
Qafqazın üç
ölkəsi arenamıza
kənar oyunçuları
buraxmaq əvəzinə,
əməkdaşlığı davam etdirməliyik”, - deyən Darsaliya vurğulayıb ki, regionda sülhə alternativ yoxdur, bu səbəbdən Tbilisi danışıqları
və Cənubi Qafqazda sabitliyin bərqərar olmasını
dəstəkləyir.
Gürcüstan xarici
işlər nazirinin müavini, həmçinin
xatırladıb ki, Tbilisi Ankara və Bakı ilə ənənəvi strateji əlaqələrin
inkişafında maraqlıdır:
“Bir neçə ay əvvəl biz Ermənistanla münasibətlərimizi yenilədik,
onları strateji tərəfdaşlıq səviyyəsinə
qaldırdıq. İnanırıq
ki, bu, regionda
əməkdaşlıq prosesinə
böyük töhfə
verəcək”.
Nazir müavini
regionda həyata keçirilən kommunikasiya
layihələrinə də
toxunub, regionun imkanlarını, eləcə
də Orta Dəhlizin inkişaf perspektivlərini diqqətə
çatdırıb.
Xatırladaq ki,
Gürcüstan İrəvanla
Bakı arasında münasibətlərin tənzimlənməsi
üçün dəfələrlə
platforma təklif edib. Xüsusən Tbilisi qonşuluğun sülh təşəbbüsü
üçün platforma
yaratmaq ideyası ilə çıxış
edib ki, bu platforma çərçivəsində
üç ölkə
arasında mədəni,
iqtisadi və digər xarakterli məsələləri həll
etmək mümkün
olacaq.
Azərbaycan.-2024.-
5 mart, № 50.- S.2.