Rosen
Dimitrov Jelyazkov: "Azərbaycan xalqı İlham Əliyevə
səs verməklə sabitliyi və davamlı inkişafı
seçib"
Martın 4-də
Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi
səfərdə olan Bolqarıstan Respublikası Xalq Məclisinin
sədri Rosen Dimitrov Jelyazkovun başçılıq etdiyi
nümayəndə heyətini qəbul edib.
Qonağı səmimiyyətlə
salamlayan Milli Məclisin sədri, nümayəndə heyətinin
üzvlərini ötən
gün qeyd olunan Bolqarıstanın Milli bayramı münasibətilə təbrik
edib. Spiker bu səfərin Rosen Dimitrov Jelyazkovun Azərbaycana ilk səfəri olduğunu bildirərək,
inamını ifadə
edib ki, bu səfər ölkələrimiz və
parlamentlərimiz arasında
əlaqələrin daha
da möhkəmlənməsinə
və genişlənməsinə
töhfə verəcək.
O, bildirib ki, Azərbaycan və Bolqarıstan dost və strateji tərəfdaş ölkələrdirlər.
2015-ci ildə imzalanmış
strateji tərəfdaşlıq
haqqında Birgə Bəyannamə münasibətlərimizi
keyfiyyətcə yeni mərhələyə qaldırıb.
Söhbət zamanı
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin müxtəlif vaxtlarda Bolqarıstana rəsmi və işgüzar səfərlərinin, həmçinin
Bolqarıstan Prezidenti
Rumen Radevin ölkəmizə səfərinin
əhəmiyyətini vurğulayan
Milli Məclisin sədri, ikitərəfli münasibətlərin inkişafında
ali və yüksək səviyyəli
qarşılıqlı səfərlərin
və görüşlərin
müstəsna rolundan
söz açıb. Spiker, bu mənada
Azərbaycan Prezidentinin
ötən ilin dekabrında Serbiyada Rumen Radevlə keçirdiyi görüşün
xüsusi əhəmiyyətini
ifadə edib.
Görüşdə dövlətlərarası münasibətlərin
inkişafında enerji
sahəsində əməkdaşlığın
əsas yer tutduğu vurğulanıb,
iqtisadiyyat, enerji, elm-təhsil, mədəni və
humanitar sahələrdə
də əməkdaşlığın
əhəmiyyəti qeyd
olunub. Bildirilib ki, yüksək səviyyəli ardıcıl
siyasi təmaslar digər sahələrdə
də əlaqələrin
inkişafına zəmin
yaradır. Həmçinin,
Qara dəniz və Transxəzər nəqliyyat dəhlizlərinin
əhəmiyyəti vurğulanaraq,
bu sahədə əməkdaşlıq qeyd
olunub.
Keçən il
Bolqarıstan Respublikasına
rəsmi səfərini
məmnuniyyətlə xatırlayan
spiker Sahibə Qafarova, ölkələrimiz
arasındakı əlaqələrin
inkişafında qanunverici
orqanların müsbət
rolunu vurğulayaraq bildirib ki, sədrlər,
həmçinin dostluq
qrupları səviyyəsində
həyata keçirilən qarşılıqlı
səfərlər, keçirilən
görüşlər, onu
deməyə əsas verir ki, bu
gün parlamentlərimiz
arasında yaxşı
əməkdaşlıq əlaqələri
mövcuddur. Bu əməkdaşlığın parlamentlərin profil komitələri arasında
da davam etdirilməsinin vacibliyi qeyd olunub.
Milli Məclisin
sədri parlamentlərimiz
arasında beynəlxalq
parlament təşkilatları
çərçivəsində əməkdaşlığın daha da inkişaf
etdirilməsinin önəmini
qeyd edərək, təəssüflə vurğulayıb
ki, bir sıra
parlament təşkilatları
Azərbaycana qarşı
ikili standartlar nümayiş etdirirlər.
O, Avropa Şurası Parlament Assambleyasının
Azərbaycan nümayəndə
heyətinin etimadnaməsini
ratifikasiya etməməsinin
ikili standartlardan başqa bir şey olmadığını
qeyd edib.
Görüşdə qonağa regionda mövcud olan vəziyyət barədə
də məlumat verən Milli Məclisin sədri xatırladıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi
başa çatdıqdan
sonra Azərbaycanın
sülhün irəli
aparılması üçün
təşəbbüslərinə baxmayaraq, Ermənistanın
siyasi və hərbi təxribatları,
son 3 ildə üzərinə götürdüyü
öhdəliklərə əməl
etməməsi, ərazilərimizdə
yaradılmış qanunsuz
separatçı rejimə
davamlı dəstəyi
ötən ilin sentyabrında Azərbaycanın
antiterror tədbirləri
həyata keçirməsinə
səbəb oldu. Onun sözlərinə görə, bu tədbirlər beynəlxalq
hüquq normalarına
tam uyğun olub və nəticədə
Azərbaycan öz suverenliyini bərpa edib.
O, diqqətə çatdırıb
ki, Azərbaycan dəfələrlə bəyan
edib ki, sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur və ölkəmiz müsbət
nəticə əldə
etmək üçün
səylərini davam etdirir. Sahibə Qafarova ötən ay Münxendə Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin kansler Olaf Şoltsun
vasitəçiliyi ilə
bir araya gəldiyini, daha sonra isə Almaniya paytaxtında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin
də sülh sazişi üzrə danışıqlar apardığını
xatırladıb.
Bolqarıstan Respublikası
Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkov rəsmi dəvətə və Bolqarıstanın Milli bayramı münasibətilə təbriklərə
görə təşəkkürünü
bildirib. Rosen Jelyazkov Azərbaycan Respublikasında keçirilən
növbədənkənar prezident
seçkilərinin uğurla
başa çatması
və cənab İlham Əliyevin Azərbaycan
Respublikasının Prezidenti
seçilməsi münasibətilə
təbriklərini çatdırıb.
Bolqarıstan parlament nümayəndə heyətinin
də seçkiləri
müşahidə etdiyini
deyən spiker, seçici fəallığını
xüsusi qeyd edib, bu seçkilərin azad və şəffaf şəkildə baş tutduğunu, Azərbaycan xalqının İlham Əliyevə səs verməklə sabitliyi və davamlı inkişafı seçdiyini
deyib.
Ölkəsinin Azərbaycanla
bütün sahələrdə
əməkdaşlıqda maraqlı
olduğunu deyən spiker, bu gün
enerji sahəsində mövcud olan uğurlu əməkdaşlığa
toxunub, bu əməkdaşlığın ölkəsini enerji istehlakçısından tranzit
ölkəyə çevirdiyini
bildirib. Qonaq, yaşıl enerji layihəsi çərçivəsində
Qara dənizin dibi ilə çəkiləcək
elektrik kabeli layihəsinə Bolqarıstanın
da qoşulmaq niyyətində olduğunu
qeyd edib. Həmçinin, Bolqarıstanın
"Həmrəylik halqası"
layihəsi üzrə
əməkdaşlığın inkişafında maraqlı
olduğu bildirilib.
Qonaq Azərbaycanın
regionda davamlı sülhün bərqərar
olunması, həmçinin
delimitasiya-demarkasiya işlərinin
aparılması və
bölgənin nəqliyyat
infrastrukturunun bərpa
olunması işlərindəki
rolunu təqdir edərək deyib ki, gələcəkdə
bolqar şirkətləri
də Qarabağda aparılan yenidənqurma və bərpa işlərində iştirak
edə bilərlər.
Vurğulanıb ki, bu ilin sonunadək
Bakı şəhərində
baş tutacaq VI Hökumətlərarası komissiya
çərçivəsində keçiriləcək Biznes
Forumda iştirak edəcək bolqarıstanlı
iş adamlarının
da bu sahədə
fəal iştirakı
gözlənilir.
Azərbaycanın Cənubi
Qafqazın aparıcı
ölkəsi, o cümlədən
enerji məsələlərində
Bolqarıstanın əsas
tərəfdaşı olduğunu
deyən Rosen Jelyazkov, ölkəmizi
BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyası - COP29-a ev
sahibliyi etməsi üçün seçilməsi
münasibətilə təbrik
edib, bunu Azərbaycanın ekologiya sahəsinə göstərdiyi
diqqət və qayğının təzahürü
adlandırıb. O, Bolqarıstanın
COP29 kimi mötəbər
tədbirin həyata keçirilməsində Azərbaycana
hər cür dəstək göstərməyə
hazır olduğunu bildirib.
Xalq Məclisinin
sədri AŞPA-da təmsil olunan parlament nümayəndə
heyətimizin quruma geri qayıtması məsələsinə toxunaraq
qeyd edib ki, Bolqarıstan qurumda Azərbaycan nümayəndə heyətinin
səlahiyyətlərinin yenidən
ratifikasiya olunmasını
dəstəkləyir. O, deyib
ki, beynəlxalq parlament təşkilatlarında
məcburedici addımların
atılması qəbul
olunan deyil, məsələ
yalnız dialoq yolu həll olunmalıdır.
Görüşdə dövlətlərarası və
parlamentlərarası əməkdaşlığın
inkişaf perspektivləri
və digər qarşılıqlı maraq
doğuran məsələlər
ətrafında da fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2024.-
5 mart, № 50.- S.3.