Ölkəmizdə
idmana xüsusi diqqət var
Azərbaycan dünyada
azsaylı ölkələrdəndir
ki, idmana öz təqvimində xüsusi gün ayırıb və 5 Mart tarixini "Bədən tərbiyəsi və idman günü" olaraq elan edib.
Məhz idman sahəsinə göstərilən
yüksək qayğının
əsas səbəbi idman siyasətinin daim diqqət mərkəzində olmasıdır.
Bədən tərbiyəsi
və idman günü dövlət başçısı cənab
İlham Əliyevin
2005-ci il 4 mart tarixli Sərəncamına
əsasən təsis
edilib.
5 mart tarixinin
"Bədən tərbiyəsi
və idman günü" kimi müəyyən edilməsinin
səbəbi 29 il bundan əvvəl, yəni 1995-ci ilin həmin günündə
Ümummilli Lider Heydər Əliyevin Bakı İdman Sarayında dünya və
Avropa çempionatlarının
qalibləri, mükafatçıları
ilə görüşməsi
ilə bağlıdır.
Bu görüş həm də ölkəmizin idman həyatında gələcəkdə
atılacaq addımlarla
yadda qaldı.
Respublikamızda bədən
tərbiyəsi və
idmanın inkişafı
Ulu Öndər Heydər Əliyevin
1993-cü ildə respublikamıza
rəhbərliyə başlamasından
sonra dövlət siyasətinin prioritet istiqamətlərindən birinə
çevrildi. Bu məqsədlə 1994-cü ildə
Gənclər, İdman
və Turizm Nazirliyi yaradıldı. Ulu Öndər mütəmadi olaraq idmançıları qəbul
edərək, onlarla görüşdü, qayğılarının
həlli istiqamətində
göstərişlər verdi.
1997-ci ildə cənab
İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərlik
etməyə başlaması
ilə ölkəmizin
idman həyatında yeni mərhələyə
start verildi. İdmanın inkişafı
istiqamətində bütün
zəruri addımlar atıldı, bölgələrdə olimpiya
kompleksləri, idman zalları yaradıldı və maddi texniki
baza formalaşdı. İdmançılarımızın yerli və beynəlxalq
yarışlara cəlb
edilməsi istiqamətində
zəruri addımlar atıldı.
Bu siyasət İlham Əliyev respublika prezidenti seçildikdən sonra daha geniş vüsət aldı. Uğurlu idman siyasəti nəticəsində
ölkəmiz dünyanın
qabaqcıl idman ölkəsinə çevrildi.
Ulu Öndərin idman sahəsində yaratdığı xoş
ənənə cənab
Prezident tərəfindən
də davam etdirildi. Hər il idmançıların dövlət başçısı
tərəfindən qəbul
edilməsi, onların
mükafatlandırılması onlara yüksək nailiyyətlər qazanmaları
üçün stimul
verdi. Görülən
işlər intensivləşdikcə
müsbət nəticələr
də özünü
göstərməyə başladı.
Bundan sonra idmançılarımızın olimpiadalardan ölkəmizə
medallarla dönməsi
ənənə halını
aldı və beynəlxalq yarışlarda
himnimizin səslənməsi,
bayrağımızın ucaldılması
hər bir azərbaycanlının qüruruna
səbəb oldu.
Heydər Əliyevin
idmanla bağlı bir fikrini hər
zaman xatırlayırıq.
Ulu Öndər deyirdi: "İnanıram
ki, idman, bədən tərbiyəsi
Azərbaycanda getdikcə
kütləvi xarakter alacaq". Ölkəmizdə
həyata keçirilən
mütərəqqi idman
siyasəti nəticəsində
Ulu Öndərin bu arzusu həyata
keçdi. Prezident İlham Əliyevin diqqət və qayğısı idmanı
yeniyetmə və gənclər arasında daha da kütləviləşdirdi.
Belə ki, respublikamızın idman sahəsində qazandığı
uğurlarla yanaşı,
paytaxtda və bölgələrdə yaradılan
idman kompleksləri və idman bazaları
idmanın kütləviləşməsinə
gətirib çıxardı.
İdman zallarında məşq etmək hər kəs üçün əlçətan
oldu. Ölkəmizdə
müntəzəm olaraq
keçirilən idman
yarışları, idmançılarımızın
yarışlarda qazandıqları
çoxsaylı qələbələr
bu sahədə əldə edilmiş tərəqqinin təzahürləridir.
Dövlət başçısının
iştirakı ilə
2023-cü ilin 21 dekabr
tarixində Xankəndi
stadionunda azərbaycanlı
azarkeşlərin iştirakı
ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın
"Qarabağ" və
Bakının MOİK komandaları
arasında oyun keçirildi. Xankəndi şəhəri azad olunduqdan sonra burada kütləvi tədbir kimi ilk olaraq futbol
yarışının keçirilməsi
həm də idmana verilən qiymətdir. Dövlət başçısının şəhid
övladları, qazilərlə
birlikdə izlədiyi
futbol matçı hər zaman yaddaşlarımızda qalacaqdır.
Eləcə də, həmin gün dövlət başçısı
artıq ənənə
halını almış
görüşlərdən birini idmançılarla keçirərək, onları
ilin yekunlarına görə növbəti dəfə mükafatlandırdı.
İdman sahəsində
qazanılan uğurlarla
yanaşı, ölkəmiz
ən böyük idman yarışlarının
yüksək səviyyədə
təşkilatçısına çevrilib. İndiyədək ölkəmizdə
I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1, Euro2020-nin oyunları
kimi mötəbər
yarışlar keçirilib.
İdmanın kütləviləşməsinin
və gənclərin
idmana marağının
artırılmasının, habelə vətənpərvər
ruhda tərbiyənin uğurlu nəticəsini həm də ordumuzun Vətən müharibəsindəki qələbəsi
göstərdi. Hərbi
qulluqçularımızın fiziki cəhətdən hazırlıqlı olmaları,
onların göstərdiyi
şücaət diplomatik
müstəvidə aparılan
uğurlu danışıqlarla
vəhdət təşkil
edərək qalibiyyətimizi
təmin etdi. Hazırda Azərbaycan Ordusunun hərbi qulluqçuları dünyanın
ən hazırlıqlı
hərbçilərinin sırasında
yer alırlar.
Savaşda qazandığımız
Zəfər idmançılarımız
tərəfindən yarışlarda
uğurla davam etdirilir. Şuşamızda,
Laçınımızda, Xankəndimizdə və işğaldan azad olunmuş bütün ərazilərimizdə məğrurluqla
dalğalanan şanlı
bayrağımız idman
yarışlarında da
hər zaman qürurla ucaldılacaqdır.
Qarşıda bizi
Fransanın paytaxtı
Paris şəhərində baş tutacaq XXXIII Yay Olimpiya Oyunları
gözləyir. Əminik
ki, idmançılarımız
ölkəmizi ən yaxşı səviyyədə
təmsil edib, qələbələrlə vətənə
dönəcəklər. Bu
ölkədə himnimizi
səsləndirməklə, bayrağımızı qaldırmaqla
dövlətimizin və
xalqımızın gücünü
bir daha nümayiş etdirəcəklər.
Adil ƏLİYEV,
Milli Məclisin
Sədr müavini,
Gənclər və idman komitəsinin
sədri
Azərbaycan.-2024.-
5 mart, № 50.- S.5.