Antalya Diplomatiya Forumu mühüm qlobal platforma kimi...

 

 

Belə bir deyim var: müharibə siyasətin zorakı vasitələrlə davamıdır. Diplomatiya isə dövlətin ürəyi, siyasətin beynidir. Bəşəriyyətin çoxəsrlik təcrübəsi göstərir ki, qlobal böhran növü olan savaş diplomatik imkanların tükəndiyi zaman başlanır. Eyni zamanda müharibə hərb meydanında bitsə , mübarizə diplomatiya masasında davam edir. Diplomatik krizis isə toqquşma - qarşıdurma, ziddiyyət tənəzzül deməkdir.

 

 

 

Diplomatiya böhranı beynəlxalq tendensiya kimi...

 

 

 

II Dünya müharibəsindən sonra bəşəriyyət sülhə, sabitliyə təhlükəsizliyə ümidli idi. Düşünülürdü ki, artıq bütün tərəflər - güc səlahiyyət sahibləri cahanı fəlakətə sürükləyən müharibənin qorxunc mənzərəsindən dərs alıblar - adekvat nəticə çıxarıblar. Artıq bütün problemlərin, ən kəskin məsələlərin mübahisələrin həlli yolları diplomatik kanallarda mövcuddur. Amma...

 Gözləntilər özünü doğrultmadı, beynəlxalq münasibətlərin hegemon qüvvələri müharibəni - hərb yolunu istisna etmədilər.

Bu gün dünyada güc mərkəzlərinin sərt geostrateji mübarizəsi fonunda diplomatiya böhranı müşahidə edilir desək, qətiyyən yanılmarıq. Xüsusilə , XXI əsrin üç onilliyi lokal regional qarşıdurmalarla səciyyəvidir. Məsələn:

- Yaxın Şərqdə "siyasi qiyamət" müşahidə edilir - ölkələrin sərhədləri qanla yenidən cızılır, kənar qüvvələr tərəfindən lidersizləşdirmə, mənəviyyatsızlaşdırma, dövlətsizləşdirmə əməliyyatları aparılır. Liviya, Suriya, Misir, Tunis, İraq başqa dövlətlər "geosiyasi tort"un ayrı-ayrı dilimləri kimi geopolitik iştah sahiblərinin hədəfinə çevriliblər;

- Postsovet - MDB məkanının da geosiyasi palitrası hegemon güc mərkəzlərinin müdaxilələri nəticəsində dövlət çevrilişləri, "rəngli ssenari"lər, inqilab xaos planları ilə "rəngarəng"dir;

- Nəhayət, hərbi-siyasi qarşıdurma Avropaya da sıçrayıb, Avrasiyanı ağuşuna alıb. Belə ki, Rusiya-Ukrayna müharibəsi beynəlxalq münasibətlərdə diplomatiya böhranının növbəti ən kəskin fazasını təşkil edir. Bəzi ekspertlər bu savaşı III Dünya müharibəsi kimi səciyyələndirir, digərləri isə yeni dünya nizamının formalaşdığını qeyd edirlər. Amma bütün hallarda növbəti "dünya müharibəsi" diplomatik masada başa çatmalıdır.

Bütün hallarda müasir beynəlxalq münasibətlər sistemində geosiyasi böhran aradan qalxmadan ədalətli yeni dünya düzəni formalaşdırmaq mümkün deyil. Ona görə konstruktiv xarakterli yeni təşəbbüslərə ehtiyac var. Bu təşəbbüslər müsbət imicə, bəlli, aydın niyyətə yüksək etimada malik qüvvələr tərəfindən gəlməlidir. Buna etibarlı dialoq platformasının yaradılması ilə nail olmaq mümkündür.

 

 

 

Rəcəb Tayyib Ərdoğan: "XXI əsr böhranlar çağına çevrilməkdədir"

 

 

 

Bu baxımdan, Türkiyə Cümhuriyyətində 2024-cü il 1-3 mart tarixlərində keçirilən Antalya Diplomatiya Forumu (ADF) böyük əhəmiyyətə malikdir.

Artıq ənənə halını alan bu il üçüncüsü düzənlənən forum beynəlxalq müstəvidə ikitərəfli çoxşaxəli münasibətlərin inkişafı, dünya ölkələrini maraqlandıran qlobal məsələlərin dialoq diplomatiya platformasında həll edilməsi baxımından olduqca əhəmiyyətli faydalıdır.

ADF nəzər yetirdiyimiz aktual çağırışlar, regional qlobal problemlər fonunda bu il "Böhranlar dönəmində diplomatiyanı önə çıxarmaq" mövzusunda keçirildi. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan forumun açılış mərasimində çıxışı zamanı müasir beynəlxalq münasibətlər sisteminin aktual məsələlərinə toxunaraq, bəşəriyyəti narahat edən problemlərin həllində diplomatiyanın xüsusi rolunu vurğuladı. Dövlət başçısı qeyd etdi ki, XXI əsr böhranlar çağına çevrilməkdədir. Belə bir vəziyyətdə beynəlxalq müstəvidə krizisləri aradan qaldırmaq üçün ən səmərəli vasitə məhz diplomatiyadır.

 

 

 

148 ölkədən 4700 nümayəndə 50-dən artıq panel iclasında...

 

 

 

Təbii ki, bu regional miqyaslı, qlobal məzmunlu mötəbər tədbirdə dövlət hökumət başçılarının, nazirlərin, regional beynəlxalq təşkilatların təmsilçilərinin, nüfuzlu siyasətçilərin, ekspertlərin, elm adamlarının, media vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı bəşəriyyət üçün aktual problemlərin fikir təcrübə mübadiləsi əsasında, dialoq müstəvisində çözülməsi üçün olduqca əhəmiyyətlidir. Bu, mövqeyi üst-üstə düşməyən, gərginlik yaşayan ölkələr üçün dialoq imkanları yaradan önəmli təşəbbüsdür. Bütün bunları nəzərə alaraq qeyd edə bilərik ki, ADF, öz növbəsində, Dünya İqtisadi Forumu, Münhen Təhlükəsizlik Konfransı, Doha Forumu kimi əhəmiyyətli platformalarla eyni sırada dayanan, hətta bəzi cəhətlərinə görə onlardan üstün olan vacib diplomatiya arenasıdır.

Dünyanın 148 ölkəsindən 4700 nümayəndənin qatıldığı foruma beynəlxalq müstəvidə olduqca yüksək diqqət maraq var idi. Forum çərçivəsində keçirilən 50-dən artıq panel iclasında regional beynəlxalq təhlükəsizlik problemləri, o cümlədən dünyanın müxtəlif bölgələrində münaqişələr müharibələr, terrorizm, miqrasiya, islamofobiya, iqlim dəyişiklikləri, epidemiyalar, qida ve enerji təhlükəsizliyi, süni intellektin tətbiqinin riskli nəticələri digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

 

 

 

Geosiyasi diqqət Azərbaycana yönəlib

 

 

 

III Antalya Diplomatiya Forumunda Azərbaycan nümayəndə heyətləri uğurla təmsil olundu. Forum çərçivəsində keçirilən görüşlər zamanı ikitərəfli çoxşaxəli münasibətlərin inkişafı, həmçinin regional təhlükəsizlik əməkdaşlıq məsələləri ilə əlaqədar səmərəli fikir mübadiləsi aparıldı.

Ümumiyyətlə, Azərbaycan hər zaman konstruktiv ideyalarla faydalı təşəbbüslərlə çıxış edir, sülh, sabitlik qarşılıqlı faydalı əməkdaşlıq tərəfdarı olduğunu nümayiş etdirir. Hərb meydanında qalib gələn Azərbaycanın diplomatik müstəvidə strateji addımları bölgədə yeni təhlükəsizlik əməkdaşlıq mühiti formalaşdırır. Cənubi Qafqazın bir əsrlik geosiyasi arxitekturası dəyişir, uzun illər hərbi-siyasi toqquşma məkanı olan, gərginliyin narahatlığın hökm sürdüyü regionda həm inteqrasiya, həm əməkdaşlıq üçün yeni imkanlar meydana çıxır ki, bu da bölgədə bütün dövlətlər üçün faydalı perspektivlidir.

Bəzi qərəzli dairələr reallıqları dəyişdirmək üçün müəyyən cəhdlər etməyə çalışsalar da, siyasi gündəm , sülh gündəliyi bəllidir: rəsmi Bakının mövqeyi (müharibə bitib, reallıqları heç kim dəyişdirə bilməz!) tam adekvat yanaşma kimi qəbul olunur, Azərbaycanın gücü nüfuzu beynəlxalq səviyyədə əsla gözardı edilmir. Nəhayət, dərk etiraf edilir ki, Azərbaycan ilə Ermənistan məhz rəsmi Bakının təklif təqdim etdiyi beş baza prinsipi əsasında nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Başqa yol ( "yol xəritəsi"), yaxud prosesə mane olmağa çalışanların heç bir şansı alternativ imkanları yoxdur.

Postmüharibə dövründə Azərbaycan dövləti Ermənistanla münasibətlərin normallaşmasının - sülh müqaviləsinin imzalanmasının, kommunikasiyaların bərpasının vacibliyini daim vurğulayır. Bu, eyni zamanda Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına da etibarlı zəmin yaradır. Paralel olaraq Bakı Ankaranın birgə təşəbbüsü olan yeni əməkdaşlıq platformaları bütün tərəflər üçün siyasi iqtisadi mənfəət vəd edir. Bütün bunlar öz növbəsində Avrasiyada hərbi-siyasi qarşıdurmanın öz yerini konstruktiv münasibətlərə verməsi, böhranlar dövründə diplomatiyanın önə çıxarılması baxımından son dərəcə önəmlidir.

Prezident İlham Əliyevin milli maraqlara əsaslanan müstəqil, uzaqgörən məqsədyönlü siyasəti nəticəsində Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycanın beynəlxalq diplomatiyada mühüm rolu var ölkəmiz olduqca yüksək qlobal nüfuza malikdir. Çünki:

- Azərbaycana etibarlı tərəfdaş kimi böyük inam etimad var. Ölkəmiz bu gün bir-biri ilə əks mövqelərdə - zidd geosiyasi qütblərdə dayanan tərəflərlə hər hansı bir gərginliyə malik deyil, əksinə, qarşılıqlı faydalı bərabərhüquqlu tərəfdaşlığa sahibdir;

- Azərbaycan dialoq işbirliyi məkanı olduğunu artıq təsdiqləyib. Bu vaxta qədər güc mərkəzlərinin nümayəndələrinin bir çox görüşləri məhz Bakıda baş tutub, regional beynəlxalq təhlükəsizliyə dair mühüm müzakirələr Azərbaycanın paytaxtında aparılıb. Dialoq əməkdaşlıq məkanı olan Bakı Cənubi Qafqazın diplomatiya paytaxtı kimi xarakterizə edilir. Bu, dərin strateji diplomatiyanın nəticəsidir;

- Azərbaycan daim beynəlxalq hüquqa hörmət olunmasının tərəfdarıdır. Uzun müddət Ermənistanın işğalçı terrorçu siyasətindən əziyyət çəkən Azərbaycan hər zaman beynəlxalq hüquq normalarına riayət edilməsini vacib prinsip kimi əsas götürüb bu gün belədir;

- Sadaladığımız məqamlar diplomatiyanın önə çıxarılmasında açar rolunu oynayan geosiyasi koordinatlardan birinin məhz Azərbaycan olduğunu təsdiqləyir.

Nəticə etibarilə, dünya yeni nizam axtarışında diplomatiyanın önə çıxarılması çağırışı qarşısındadır. Dost, qardaş strateji müttəfiq olan Azərbaycan ilə Türkiyə isə bəşəriyyət üçün bu taleyüklü məsələdə öz tarixi-siyasi məsuliyyətini dərk edərək vacib təşəbbüslərlə çıxış edir, ortaq geosiyasi iradə nümayiş etdirirlər.

 

 

 

Partiya diplomatiyası effektiv amil kimi...

 

 

 

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti ADF- uğurla təmsil olundu. YAP nümayəndə heyəti ADF-nin bir sıra panel iclaslarına qatıldı. Eyni zamanda nümayəndə heyətinin rəhbəri Tahir Budaqovun forum çərçivəsində Türkiyə Cümhuriyyətinin vitse-prezidenti Cevdet Yılmaz AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini Zafer Sırakaya ilə səmərəli məhsuldar görüşləri keçirildi.

Görüşlər zamanı YAP nümayəndə heyətinin səfərinin forumda yüksək səviyyədə iştirakının Azərbaycan-Türkiyə dostluq qardaşlıq münasibətlərinin daha bir bariz nümunəsi olduğu diqqətə çatdırıldı. "Bir millət, iki dövlət" prinsipinə dostluğa, qardaşlığa, strateji müttəfiqliyə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin əsrlərin sınağından şərəflə çıxdığı dünyada nümunəvi xarakter daşıdığı qeyd olundu. Azərbaycan-Türkiyə birliyinin Türk dünyasında rifah tərəqqiyə xidmət etdiyi, sinxron fəaliyyətin Türk Dövlətləri Təşkilatının güc mərkəzinə çevrilməsinə hədəfləndiyi xüsusi vurğulandı. Həmçinin ölkəmizin öz ərazi bütövlüyünü suverenliyini bərpa etməsinin, Azərbaycan ilə Türkiyənin birgə təşəbbüsləri nəticəsində Türk dünyasında həmrəyliyin güclənməsinin bəzi dairələri ciddi narahat etdiyi, dövlətlərimizə qarşı ədalətsiz qərəzli mövqe sərgiləndiyi, amma belə cəhdlərin istər Azərbaycanın, istərsə Türkiyənin müstəqil prinsipial siyasətinə təsir göstərə bilməyəcəyi vurğulanaraq, iki qardaş ölkənin öz inkişaf yolunda inamla irəlilədikləri bildirildi. Bir daha qürurla ifadə edildi ki, Türkiyə Azərbaycanın beynəlxalq platformalarda da bir-birini fəal şəkildə dəstəkləməsi milli maraqlarımızın təmin olunması strateji hədəflərin gerçəkləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir. Bu birlik Türk Dövlətləri Təşkilatının güc mərkəzi kimi inkişafı üçün yeni imkanlar parlaq perspektivlər yaradır. Eyni zamanda Azərbaycan-Türkiyə birliyinin güclənməsində iqtidar partiyaları arasında münasibətlərin mühüm rolu nəzərə çatdırıldı. YAP ilə AK Parti arasındakı əlaqələrin Azərbaycan-Türkiyə münasibətlərinin çox önəmli tərkib hissəsi kimi əhəmiyyəti qeyd edilərək qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafı baxımından vacibliyi vurğulandı.

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri, Ulusal Birlik Partiyasının Sədri Ünal Üstel arasında keçirilən görüşdə isə xalqlarımızın ortaq dəyərlərə tarixi ənənələrə əsaslanan dostluq qardaşlıq münasibətlərinin nümunəvi xarakter daşıdığı, Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında sıx təmasların olduğu, müxtəlif sahələri əhatə edən çoxşaxəli qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanların mövcudluğu diqqətə çatdırıldı. Qeyd edildi ki, Azərbaycanın ərazi bütövlüyü suverenliyinin tam bərpasından sonra yaranmış reallıqlar nəticəsində Türk dünyasında da münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəlib. Bunlarla yanaşı, 2023-cü il noyabrın 14-də Yeni Azərbaycan Partiyası, Ədalət İnkişaf Partiyası Ulusal Birlik Partiyası arasında üçtərəfli Anlaşma Memorandumunun imzalanmasının milli maraqlara əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq üçün etibarlı zəmin yaratdığı bildirildi, qarşıda duran bütün hədəflərin gerçəkləşdiriləcəyinə əminlik ifadə edildi.

Əlbəttə, hakim partiyalar arasında təmasların intensiv xarakter daşıması çoxşaxəli əlaqələrin əhatə dairəsinim qarşılıqlı səfərlər vasitəsilə genişləndirilməsi böyük əhəmiyyətə malikdir. Bu, heç şübhəsiz:

- Ortaq tarixi keçmişə, milli dəyərlərə mənəvi bağlılığa malik xalqlarımızın birliyinin gücləndirilməsinə;

- Ölkələr arasında dostluq qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə, çoxşaxəli işbirliyinin dərinləşdirilməsinə;

- Beynəlxalq arenada, o cümlədən qlobal informasiya platformasında ölkələrimizin maraqlarının müdafiə olunmasına, dezinformasiyaların qarşısının alınmasına - qara piar kampaniyalarının iflasa uğradılmasına önəmli töhfədir.

Bir sözlə, partiya diplomatiyası praqmatik xarici siyasət kursunun dərin strateji diplomatiyanın tərkib hissəsi kimi milli maraqların təmini ortaq hədəflərin gerçəkləşdirilməsi xüsusunda olduqca effektiv vasitədir.

 

Nurlan QƏLƏNDƏROV,

YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Azərbaycan.-2024.- 5 mart, ¹ 50.- S.5.