Azərbaycanın "yaşıl enerji"si dünyanın "yaşıl iqtisadiyyat" zəncirinin vacib həlqəsidir

 

 

COP29-un ölkəmizdə keçirilməsinin bir səbəbi budur

 

 

 

Bu gün Bakı dünyanın cazibədar şəhərlərindən birinə çevrilib. Dünyanın ilk neft paytaxtı,  liman şəhəri olan, tarixi abidələri qədim karvansaraları ilə diqqət çəkən Bakı son illər həm qlobal beynəlxalq tədbirlərin uğurla keçirildiyi ünvandır. Bu, həm ondan irəli gəlir ki, hazırda ölkəmizin dünyadakı nüfuzu yüksəkdir.

Elə tədbirlər var ki, onların  Bakıda keçirilməsi ənənə halını alıb, elələri var ki, ilk dəfə "qonağ"ımız olur. Hələ böyük zəfərdən əvvəl ölkəmizdə keçirilən beynəlxalq tədbirlər dünyanın  "yaddaş kitabı"na qırmızı xətlə yazılıb. 44 günlük Vətən müharibəsindən sonra isə qalib Azərbaycan qapılarını müxtəlif yönlü  beynəlxalq tədbirlərin üzünə daha geniş açıb. Bu qapıları açan təkcə infrastruktur sarıdan hazırlıqlı olmağımız yox, həmçinin ölkəmizdə hökm sürən siyasi sabitlik, dinamik sosial-iqtisadi inkişafdır.

Azərbaycan dünyada neft təbii qaz istehsalçısı kimi tanınsa da, beynəlxalq ictimaiyyətin etibarlı məsuliyyətli üzvü olaraq  iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Təsadüfi deyil ki, ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafına dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit yaşıl artım ölkəsi" kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası artırılması, su ehtiyatlarından dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində  dayanmadan işlər aparılır. Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi dövlətin bu sahəyə olan diqqətinin  göstəricisidir. Ətraf mühitin mühafizəsinə önəm verən Azərbaycan "yaşıl enerji" istehsalı istiqamətində böyük əzm nümayiş etdirir. İşğaldan azad olunan Qarabağ Şərqi Zəngəzurun yenidənqurma  bərpa işlərində bu amil önə çəkilib. Həmin regionlar, eləcə də Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonası elan olunub.

"Yaşıl iqtisadiyyat"a keçid və onun inkişafı bu gün dünyanın gündəliyindəki ən vacib hədəfdir.  Azərbaycanın "yaşıl enerji"si isə  dünyanın "yaşıl iqtisadiyyat" zəncirinin vacib həlqəsidir. Və bu həlqənin  qırılmaması üçün dünya ölkələri ilə birlikdə Azərbaycan bütün imkanlarını və gücünü səfərbər edib. İndiyəcən bu yöndə keçirilən müxtəlif mötəbər beynəlxalq tədbirlərin sırasına noyabrda  daha nüfuzlusu, daha sanballısının qoşulması da bunun nəticəsidir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının  COP29-un Azərbaycanda keçiriləcəyi o deməkdir ki, 10 gün dünyanın gözü ölkəmizdə olacaq. Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına verdiyi geniş müsahibədə ölkəmizin COP29-a evsahibliyi hüququ qazanmasına belə qiymət vermişdir: "COP29-la bağlı hadisələrin gedişatını indi hər kəs bilir və yenə də deyə bilərəm, tam səmimiyyətlə deyə bilərəm ki, bizim çox dəqiq və düşünülmüş diplomatik addımlarımız nəticəsində bu mötəbər tədbiri Azərbaycanda keçirmək üçün imkan əldə etdik. Bilirsiniz ki, COP30-un ev sahibi bəlli olsa da - Braziliya, COP29-un ev sahibi son günlərə qədər bəlli deyildi. Xüsusilə son həftələr ərzində, hətta COP konfransı Dubayda başlayandan sonra da hələ aktiv diplomatik təmaslar davam edirdi və biz burada da istədiyimizə nail olduq".

Danılmaz faktdır ki, "Avroviziya" mahnı müsabiqəsi,  Avropa  Oyunları, İslam Həmrəyliyi Oyunları, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, Beynəlxalq Kosmonavtika Konqresi kimi nüfüzlu tədbirlərə evsahibliyi, BMT-dən sonra ikinci ali təsisat olan Qoşulmama Hərəkatına 4 il sədrlik edən Azərbaycan regionun ən qüdrətli dövlətidir. Məhz həmin güc və qüdrət  COP29-un Bakıda keçirilməsinə imkan verib. 10 gün Azərbaycan və paytaxt  Bakı 80 mindən çox xarici qonağa qucaq açacaq. Prezident İlham Əliyev COP29-un ölkəmizin imkanlarının təqdimatı baxımından da mühüm hadisəyə çevriləcəyinə diqqət çəkmişdir: "Qonaqların sayına görə bu, ən böyük tədbirdir, yəni Dubayda təqribən 70-75 min xarici qonaq var idi və bütün başqa amillərlə yanaşı, bu qədər qonağı qarşılamaq, şərait yaratmaq, bütün təşkilati məsələləri həll etmək böyük potensialdan xəbər verir. Yəni bu, ölkəmizin imkanlarının növbəti nümayişidir".

 

Züleyxa ƏLİYEVA,

Azərbaycan.-2024.- 5 mart, ¹ 50.- S.6.