Avropa Parlamentinin qərarları heç yerdə ciddi qəbul olunmur

 

 

"Müxtəlif siyasi mərkəzlərin, xüsusilə erməni lobbisinin  aləti rolunda çıxış edən Avropa Parlamenti insan haqları demokratiya pərdəsi altında siyasi təxribatlar törətməkdə davam edir. Müstəqil qərar vermək iqtidarında olmayan Avropa Parlamentinin bu günlərdə Azərbaycana qarşı növbəti qərəzli qətnamə qəbul etməsi bunun sübutudur".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. Deputat bildirib ki,  Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi tərəfindən hazırlanan faktların tamamilə təhrif olunduğu "Ümumi xarici təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabat"da dövlətimizə qarşı  yalan iftiralarla dolu iddialar əksini tapıb: "Məlumdur ki, Avroparlament yeni seçkilərə hazırlaşır. Aydın olur ki, məhz bu dövrdə belə qərəzli addım atanlar, ölkəmizə qarşı çağırış edənlər məhz erməni lobbisinin pulu ilə fəaliyyət göstərən rüşvətxor deputatlardır. Lakin Avropa İttifaqı ilə onun şər yuvasına çevrilmiş qurumu olan Avropa Parlamentində yaxşı başa düşürlər ki, hüquqi siyasi dəyərə malik olmayan bu kağız parçasını qəbul etməklə ölkəmizə heç bir təzyiq göstərə bilməyəcəklər. Azərbaycan milli maraqlarını beynəlxalq hüququn normaları çərçivəsində təmin edib".

Deputatın sözlərinə görə, Azərbaycanın əzəli torpaqlarını işğaldan azad etməsi, ərazilərində separatizmin kökünü kəsməsi bəzi Qərb ölkələrinin ciddi narazılığına səbəb olub. Ona görə xüsusilə son zamanlar antitürk, antiislam anti-Azərbaycan qüvvələrin yuvasına çevrilən Avropa Parlamentinin bəzi rüşvətxor deputatları qarayaxma kampaniyasına başlayıb ölkəmiz əleyhinə ard-arda əsassız qətnamələr qəbul ediblər.  Son dövrlər guya Azərbaycanın Ermənistana hücum edəcəyi barədə yayılan yanlış iddialar da Qərbin  ölkəmizə qarşı təşkilatlanmasından irəli gəlir.

"Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalara çağırışı qətnamə qəbul etməsi təsadüfi deyil. Doğrudur, bu qurum seçki ərəfəsində "fəaliyyəti"ni genişləndirsə , ölkəmiz əleyhinə davranışlar sərgiləmək orada onsuz da vərdiş halını alıb. Sözügedən qətnamənin qəbul edilməsi zamanı sənədin lehinə səs verən deputatlar bundan əvvəl Avropa Parlamentində eyni mövqedən çıxış ediblər", - deyə müsahibimiz bildirib.

Müşfiq Cəfərov həmçinin bu qətnamənin nəinki ölkəmiz, eləcə ona üzv olan dövlətlər üçün heç bir əhəmiyyət kəsb etmədiyini vurğulayıb. Deputat bildirib ki, bu oyunların arxasında dayanan, revanşistləri həvəsləndirən Makronkimilər cavab verməlidirlər: "Avropa Parlamentində oturan islamofob, rasist türkofob deputatlar, neokolonial təfəkkürlü adamlar hər fürsətdə ifşa olunmalıdırlar. O da unudulmamalıdır ki, Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur. Belə olan halda qurumun yalan dolu absurd qətnamələr qəbul etməsi yalnız öz imicini zədələyir. Qərb başa düşməlidir ki, mütləq monopoliya dövrü artıq başa çatıb. Bu cür populizmin heç kimə heç bir xeyri olmayacaq".

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2024.- 5 mart, № 50.- S.9.