Novruz  təbiətin oyanış bayramıdır

 

 

Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır.

 

Heydər ƏLİYEV

 

 

 

Novruz xalqımızın mifik düşüncə təsəvvürlərini özündə yaşadan bu günümüzə yetirən qədim xalq bayramıdır. Bu bayram çox əski çağlarda Şərq dünyasında həm yazın gəlişi, yeni mövsümün başlanması, əkinçilik maldarlıq mədəniyyəti ilə bağlı, həm xalqın mənəvi-əxlaqi dəyərlərini, humanizm həmrəylik kimi bəşəri duyğuları qabarıq şəkildə göstərən ayin etiqadlar sistemidir.

Novruz bayramı xalqın ən ülvi duyğularının, sülh, dostluq, birlik, səmimiyyət, mərhəmət hisslərinin yüksək ifadəçisinə çevrilmişdir. Müəyyən məqamlarda Novruza yasaqlar qoyulsa da, xalq arasında bayram bütün özəllikləri ilə birgə təntənəli şəkildə qeyd olunmuşdur.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin tarixi sərəncamından sonra Novruz bayramı artıq dövlət səviyyəsində qeyd edilməyə başladı. Bu isə Novruzla bağlı həqiqətin bərpa olunmasına bayramın dünya xalqları arasında tanınmasına zəmin yaratdı.

Təqdirəlayiq haldır ki, 2009-cu ildə Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruz bayramı aşıq sənəti UNESCO-nun dünya xalqlarının qorunan qeyri-maddi mədəni irsi siyahısına daxil edilmişdir.  Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi martın 21-ni "Beynəlxalq Novruz günü" elan etmişdir.

Novruz xalq təfəkküründə milli-mədəni dəyərləri möhkəmlətdiyindən onu müxtəlif dinlər, o cümlədən zərdüştilik islamla bağlamağa çalışmış bu bayramı ayrı-ayrı dini təriqətlərin bayramı kimi təqdim etmək istəmişdilər. Lakin Novruz bütün dinlərdən təriqətlərdən tamamilə uzaq, yazın gəlişini gözləyən xalqın müxtəlif ayin, etiqad mərasimlərlə zəngin olan möhtəşəm, ürəklərə sevinc mərhəmət gətirən bayramıdır. Novruz bayramı martın 20, 21-22-də (köhnə təqvimlə 7, 8, 9 martda) xalq tərəfindən sevə-sevə qeyd edilmişdir.

Novruz bayramı haqqında müxtəlif mənbələrdə maraqlı məlumatlar verilmişdir. Biz bu gün onlarla tanış olarkən bu bayramın Şərq xalqlarının tarixində, məişətində, dünyagörüşündə kök salan mahiyyətini bir daha açıqlamaq imkanını əldə edirik. Bu mənbələr arasında XI əsr ərəb tarixçisi Əbu Reyhan Əl-Biruninin (973-1048) "Qədim xalqlardan qalmış yadigarlar", "Qanuni-məsudi", "Ət-təhfim" əsərlərində, Ömər Xəyyamın (1045-1131) "Novruznamə" risaləsində, XI əsr ərəb alimi Nizamül-Mülkün "Siyasətnamə"sində digər əsərlərdə Novruz haqqında məlumatlar verilir. Məsələn, "Novruznamə" əsərində göstərilir ki, "Cəmşid bu günü Novruz adlandırmaq barədə fərman verdi: Hər il fərvərdin (mart) ayının başlanğıcını bayram eləməyi, yeni ili həmin gündən hesablamağı əmr elədi". Firdovsinin "Şahnamə" əsərində bayramın fərvərdinin əvvəlində keçirildiyi barədə məlumat verilir. N.Gəncəvinin "İskəndərnamə", Ə.Nəvainin "Səddi-İskəndər" əsərlərində Novruzun hələ bizim eradan 350 il əvvəl keçirilməsi göstərilir. Nizaminin əsərində İskəndərin Bərdə hökmdarı Nüşabəyə qonaq gəldiyi gün məhz Novruz bayramına təsadüf edir, bu zaman hətta Novruz bayramının əsas atributlarından olan günəşin rəmzi sayılan qoğal bəzi bölgələrimizdə (Qazax, Tovuz s.) Novruz şirniyyatı olan qatlamalar süfrəyə düzülür.

Novruz mövsüm mərasimi olduğuna görə, həm təqvim bayramıdır. Uzun müddət qışın soyuğundan, çətinliyindən əziyyət çəkən xalqlar yazın gəlişini gözləyirlər bu bayramı təntənə ilə, sevinc ruh yüksəkliyi ilə qarşılayırlar. Azərbaycanda Novruz bayramı xüsusi təmtəraqla, silsilə oyun, tamaşa nəğmələrin müşayiəti ilə keçirilir. Burada xüsusən "Cıdır tamaşaları", "Zorxana tamaşaları", "Daşqaldırma", "Qılıncoynatma", "Buğa döyüşdürmə", "Dəvədöyüşdürmə", "Qoçdöyüşdürmə", "Kosa-kosa", "Çövkən", "Qurd", "Aşıq-aşıq", "Usta-şəyird" s. oyunları misal göstərmək olar.

Çövkən Orta əsrin otüstü oyunları içərisində ən şöhrətli erkən milli oyunlarımızdan biridir. Dünya miqyasında bu oyun artıq layiqli yerini tutmuş, yəni 2013-cü ildə Azərbaycan hökumətinin müraciəti əsasında çövkən oyunu UNESCO-nun dünya xalqlarının qorunan qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.                                                                                                                      

Xalqımızın ulu bayramlarından ən möhtəşəmi olan Novruz erkən dövr mifik düşüncə təsəvvürləri, ayin-etiqadları, inancları,  mərasimləri özündə yaşadıb  bu günümüzə yetirən humanizm, həmrəylik kimi bəşəri duyğuları qabarıq şəkildə göstərən mənəvi dəyərlər sistemidir. Novruz insana həyat verən, ilk insanın yaranmasında bilavasitə iştirak edən dörd müqəddəs varlığın adı ilə bağlıdır ki, bunlar Su, Od, Yel Torpaqdır. Mərasim folklorumuzda törəniş təsəvvürlərini yaradan həmin müqəddəs varlıqlar İlaxır çərşənbələrin rəmzinə çevrilmiş, yaradılış həyatvericilik funksiyasını formalaşdırmışdır.

Çərşənbə "çaharşənbə" ifadəsinin işlək variantı kimi dilimizə daxil olmuşdur. Mənbələr göstərir ki, "çərşənbə" günü yer üzündə həyatın yaranması gününün axşamı, ərəfəsi sayılmışdır. Hətta həmin gün digər günlərdən daha düşərli, yüngül olduğu üçün "mübarək gün" hesab edilmişdir.

Əski  inanc etiqadlara görə, dörd çərşənbənin hər birində bir həyat varlığı "dirilir", oyanır, təzələnir bununla bağlı olaraq xalq arasında müxtəlif ayinlər, mərasimlər keçirilmişdir.  Novruzun müjdəçisinə çevrilən İlaxır çərşənbələrin hər biri mifoloji  mənbələrə istinad edir.

Novruz  təbiətin dirçəlişi, oyanışı ilə bağlı yaranan bayramdır.

Novruz çərşənbələrinin əsas qayəsini təşkil edən, dünyanın insanın yaranmasında bilavasitə iştirak edən dörd müqəddəs varlıq barədə Qurani-Kərimdə məlumat verilir.

Şimal yarımkürəsində astronomik yazın başlanması, yəni gecə ilə gündüzün bərabərləşməsi ilə bağlı keçirilən bahar bayramı bir çox Şərq ölkələrində, o cümlədən İran, Əfqanıstan, Pakistan, Özbəkistan, Tacikistan, Qırğızıstan başqa ölkələrdə bayram edilir. Misirdə yazın gəlişi "Şəmmuu-n-nəsim"- yaz artım, məhsuldarlıq bayramı ilə bağlı müxtəlif mərasim ayinlərin icrası ilə qeyd edilir. Şərq xalqları bu bayramı islamdan əvvəlki dövrlərdə keçirmişlər.  Yaxın Orta Şərqin bir çox ölkələrində bu bayram  əziz  səbirsizliklə gözlənilən bir mərasim kimi qeyd edilir. Təbiətə sitayiş, təbiətin qış yuxusundan ayılması ilə bağlı olan Novruzun mərasimləri qədim tarixə malikdir zaman keçdikcə bu mərasimlər yeni-yeni elementlərlə zənginləşmişdir. Bu bayramın rəmzlərindən əsası yenilənmə, gələcəyə böyük ümidlər bəsləməkdir.

 

Ülkər NƏBİYEVA,

Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru

Azərbaycan.-2024.- 5 mart, ¹ 50.- S.10.