Baharın
ilk müjdəçisi
- bənövşə
Bənövşə incə ətrinə görə, gözəl, aşiqanə görünüşünə
görə hamı tərəfindən sevilir
və simvolik məna daşıyır.
Novruzgülü, nərgiz
kimi, bənövşə
də baharın nəfəsini öz ətri ilə hamıya çatdırır.
Bahar bayramının gəlişindən xəbər
verir.
Bu gül neçə-neçə şeirin,
əfsanənin mövzusu
olmuşdur. Deyirlər
ki, cənnətdən
qovulandan sonra Yerə sürgün edilən Adəm peyğəmbərə Seylon
adasında cənab Cəbrayıl əvf olunması barədə xəbəri yetirərkən,
o, sevindiyindən ağlamış,
göz yaşları bənövşəyə dönmüşdür.
Siciliyadakı Henna
şəhərində kəsilmiş
pullarda bənövşə
şəkli olardı.
Homer bu gülü poemalarında sevə-sevə təsvir etmişdir.
Tədqiqatçı-alim Firudin Qurbansoy bu çiçəklə
bağlı məqaləsində
yazır ki, Orta əsrlər Almaniyasında ilk bənövşənin tapılması
ilə bahar bayramının keçirilməsi
bir günə təsadüf edirdi. Bu gülü tapan şəxsi yaşıl çəməndə
bir ağaca bağlar, böyük-kiçik
- bütün adamlar onun başına fırlanıb rəqs edər, mahnı oxuyardı. Cansıxıcı
qışdan çıxdıqları
üçün deyib-gülüb
əylənərdilər.
Qallarda bənövşə
bəkarətin rəmzi
idi, toy vaxtı gəlin otağı bu güllə bəzənərdi.
Fransızlarda bu çiçəyə böyük
məhəbbət vardı.
Günahsızlıq və
ciddilik simvolu kimi, fransız şairləri bənövşəni
sevmiş və həmişə tərifləmişlər.
XVIII əsrdə yaşamış
fransız aktrisası
madmuazel Kleron 30 il müddətində otağında bənövşə
becərmiş və hər gecə bir ləçəyini çay kimi qaynadıb içərmiş.
Yazırlar ki,
XVII Lüdovik körpə
ikən zindana salınmış və ona nəsə göndərmək yasaqlanmışdı.
Yasağı pozanlar ölümlə cəzalanacaqdılar.
Gələcək imperator
arvadı Jozefinaya da bu qadağa
aid idi, ancaq o, həyatı ilə riskə gedərək dibçəkdə
bitən bənövşələri
körpə şahzadəyə
ötürə bilir.
Deyirlər ki, körpə şahzadə
bənövşəni oxşaya-oxşaya
dünyadan köçür.
O, son dəqiqələrində
belə, incə ləçəkləri oxşayaraq
deyirdi: "Əziz çiçəklərim, sizinlə
baharda yenidən görüşərik". Həmin
dibçəkdəki bənövşələr
sonra XVII Lüdovikin məzarını bəzəmişdi.
Jozefinanın özü
dustağa salınarkən
ona da bir
dibçək bənövşə
ötürülür. Hər
saniyə ölüm cəzasını gözləməsinə
baxmayaraq, bənövşələri
görərkən xilas
olmağa onda dəli bir inam
baş qaldırır
və həqiqətən
onu xilas edə bilirlər. O gündən sonra Jozefina bütün paltarlarında bənövşə
şəkli çəkdirib
onlara bənövşə
cövhərli ətir
vurur, darda olanlara bənövşə
verib inamlarını artırırdı. Sonralar
onun Napoleonla izdivacı olur. Napoleon harada olmasından asılı olmayaraq, hər il toyunun ildönümündə
arvadına bir dəstə bənövşə
göndərirdi.
Tədqiqatçılar bildirirlər ki, kol dibində büzüşüb qalan
bənövşələrə münasibət həmişə
birmənalı olmamışdır.
Onun adı ilə rəng adlandırılmış, ətriyyatda,
kosmetikada, tətbiqi sənətdə istifadə
olunmuşdu.
Bənövşə bizim xalqın ən sevimli çiçəklərindəndir. Gülün özünəməxsus
görünüşü, zərif ətri, rəngi onun haqqında çoxsaylı
şeirlərin yaranmasına
səbəb olmuşdu.
Şekspir bənövşəni
"əzizim" deyə
tərifləyirdi. Şelli,
Tomas Mur, Höte əsərlərində
bənövşəyə gözəl sətirlər
həsr etmişlər.
Höte doğma şəhəri Veymarı
Afinaya bənzətmək
üçün ətrafında
bənövşə çəmənliyi
salmağa çalışmışdı.
Yerlilər bu güllərə "Hötenin
bənövşələri" deyirdilər. Böyük şair hər dəfə gəzintiyə
çıxanda özü
ilə bənövşə
toxumları götürərdi,
gəzdiyi hər yerə bu toxumları
atardı. 180 ilə yaxındır ki, Höte həyatdan köçüb, ancaq onun bənövşələri
Veymarın ətrafında
yenə də hər bahar çiçəkləyir. Sanki
hər çiçək
şairin yeni yazdığı şeir kimi indi də
hamını heyran edir.
Qurbaninin və
Molla Cümənin
"bənövşə" rədifli gözəl qoşmaları xalq içərisində məşhurdur.
Xurşidbanu Natəvan
albomuna çəkdiyi
şəkillə yanaşı,
"Bənövşə" rədifli qəzəl də yazmışdı. Şeirin həzin ahəngi, həsrət dolu ruhu bu
zərif şairin böyük ürəyindən
xəbər verir. Bənövşə boynubükük
halda çəmənlikdən
uzaq daşların arasında bitir. Bənövşə - incidilmiş,
əzablara qatlaşan
məzlum obrazı kimi təqdim olunur. İslam qaydalarına görə isə məzlum olmaq məqbul sayılmır.
Tarixçilər yazırlar
ki, hərb tarixində məğlub qoşun bayraqlarının
endirilməsi, ayaqlar altına salınması geniş yer tutmuşdur. Bəzən məğlub qoşunun bayraqları qara ipəyə bükülü
şəkildə, ya da qara rəngə
boyanaraq başıaşağı
şəkildə qalib
qoşun komandanının
qarşısında yerə
atılardı. Bənövşənin
tünd rəngdə olması, başıaşağı
qalması bəzən
məğlub qoşunun
bayrağına bənzədilirmiş.
Şərq təbabətində
bu bitkidən geniş istifadə olunmuşdur. Bənövşənin
toxumlarından, gövdəsindən,
kökündən, yarpaq
və çiçəklərindən
müxtəlif məlhəmlər,
şərab və şərbətlər hazırlanırdı.
Şairlər bunu şeirlərində göstərmişlər.
Hazırladı:
İ.ƏLİYEVA,
Azərbaycan.-2024.-
5 mart, № 50.- S.10.