"Avropa İttifaqının Azərbaycanla əməkdaşlığı uzunmüddətlidir"

 

 

Bu qurumun energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonilə ölkəmizin strateji enerji əməkdaşlığının öz çevikliyini dinamikliyini göstərdiyini bildirir

 

 

 

"Cənub qaz dəhlizi" uğur hekayəsidir. Prezident İlham Əliyev "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarındakı çıxışında bu möhtəşəm layihənin nailiyyətlərini belə xarakterizə etdi. Maraqlıdır ki, Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson da həmin tədbirdə məhz bu fikri vurğuladı.

Təşəbbüsçüsü aparıcı qüvvəsi Azərbaycan olan "Cənub qaz dəhlizi" qısa müddətdə böyük uğurlara imza atıb. 2014-cü ildə təməli qoyulan, 2018-ci ildə istifadəyə verilən 2020-ci ilin son günündə son seqmentinin - TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri) işə düşməsi ilə tam bir sistem kimi fəalliyyətə başlayan bu dəhliz Avropanın enerji xəritəsini təzədən çəkdi. Hərçənd bu layihənin müvəffəqiyyətlə nəticələnəcəyinə inanmayanlar da vardı. Xanım Kadri Simson isə "Cənub qaz dəhlizi"nin məhz uğur hekayəsi olacağına inananlar sırasında idi.

Xatırladaq ki, Simson Avropa İttifaqının energetika məsələləri üzrə komissarı vəzifəsində 2019-cu ilin sonundan çalışır. O Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının həmsədrləridir.

Budəfəki toplantıda xanım Kadri Simson ötən dövrü belə xatırladı: "Mən artıq üçüncü dəfədir ki, Məşvərət Şurası çərçivəsində nazirlərin iclasında iştirak edirəm elə bilirəm xoş bir təsadüfdür ki, biz keçmişə nəzər salmalıyıq Avropa İttifaqı-Azərbaycan arasındakı bu tərəfdaşlıq layihəyə verib. Mən 2019-cu il dekabrın 1-də səlahiyyətlərimin icrasına başladım həmin vaxt məhz TANAP qaz boru kəmərinin Avropaya çıxması anı idi Azərbaycan qazının Avropa İttifaqına ilk axını bir il sonra - 2020-ci il dekabrın 31-də başladı. O vaxt COVID vaxtı idi, təmaslar çətin idi. Avropada bəziləri düşünürdü ki, "Cənub qaz dəhlizi" artıq başa çatmış bir missiyadır buna daha çox diqqət yetirilməli deyil. Mən belə düşünmürdüm. Mən hər zaman gördüm ki, Azərbaycan etibarlı tərəfdaşdır əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var. Mən 2022-ci ildə buraya ilk iclasa gələndə dedim ki, necə etməliyik ki, məhz bizim münasibətlərimizin bütün potensialı daha da genişlənsin, bu dəhliz yeni bazarlara çıxsın təmiz enerjiyə gəldikdə, biz öz işimizin miqyasını artıraq bütün bunlar baş verdi".

Bəli, bu gün Azərbaycan səkkiz ölkəyə mavi yanacaq ixrac edir ki, onların da altısı (Bolqarıstan, Yunanıstan, İtaliya, Rumıniya Macarıstan, Serbiya) Avropa ölkəsidir. Yeni çağırışlar qarşısında bizdən qaz idxal etmək istəyən ölkələrin sayı artır xanım Simson da "Cənub qaz dəhlizi"nin uğur hekayəsinin yeni qəhrəmanlarının olduğundan məmnun qaldığını dedi: "Bu gün xüsusi məmnunluqla Baş nazir Ramanın yanında əyləşmişəm masa arxasında Qərbi Balkanlar Cənub-Şərqi Avropadan Avropa İttifaqından rəsmi nümayəndələri görürəm. Şadam ki, Avropa İttifaqı ilə Azərbaycan bu cür müsbət münasibətlər qurub. Biz "Cənub qaz dəhlizi" üzrə bütün tərəfdaşlarla başladığımız işin davam etməsini səmimiyyətlə arzulayırıq. Enerji şaxələndirməsini birlikdə sürətləndirə bilərik iqlim neytrallığı üçün əmin yolla gedə bilərik".

Başqa sözlə, xanım Simson əmindir ki, Avropa İttifaqının Azərbaycanla əməkdaşlığı uzunmüddətlidir. Avropa İttifaqı ilə Azərbaycan arasında strateji enerji əməkdaşlığı öz çevikliyini dinamikliyini göstərir.

Məlum olduğu kimi, 2022-ci il iyul ayının 18-də "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb hələ o zaman üç məqam vurğulanıb. Birincisi, Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcminin ikiqat artırılması, "Cənub qaz dəhlizi"nin genişləndirilməsi ilə bağlı öhdəlik götürüldüyü bildirilib. Qeyd olunub ki, bu, Avropa İttifaqı üçün çox vacib təchizat marşrutudur bir neçə il ərzində xəttin ötürücülük imkanı 20 milyard kubmetrə çatdırılacaq.

İkinci mühüm məqam isə bərpaolunan enerji ilə bağlıdır. Azərbaycanın bərpaolunan enerji sahəsində nəhəng potensiala malik olduğu vurğulanıb xüsusilə dənizin külək enerjisi "yaşıl hidrogen"i qeyd edilib. Nəhayət, qaz sahəsindəki əməkdaşlıq iqlimlə bağlı məsuliyyətlə uzlaşmalıdır.

Xanım Kadri Simson bu il martın 1-də keçirilən toplantıda məhz bu istiqamətlərdə əməkdaşlığın genişlənməsindən danışdı: "Cənub qaz dəhlizi", həmçinin bərpa edilən enerji elektrik enerjisi sahəsində əməkdaşlıq üçün foruma çevrilə bildi. Bu, inanılmaz nəticədir layihənin dərəcədə gələcəyə yönəlmiş açıq olduğunu sübuta yetirdi. Biz təmiz enerjini Avropa İttifaqı-Azərbaycan arasında ikitərəfli münasibətlərin əsas hissəsinə çevirdik. Biz burada, küləklər şəhərindəyik. Bu, Xəzər dənizində böyük bərpaolunan enerji potensialının növbəti bir nümunəsidir. Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerjinin həcmini üç dəfə enerji səmərəliliyinin iki dəfə artırılması ilə bağlı qlobal təşəbbüsə dəstək olaraq COP28-də Avropa İttifaqı digər beynəlxalq tərəfdaşlara qoşulmuşdur. Həmin beynəlxalq təşəbbüs, beynəlxalq ticarət sərmayə üçün daha yaxşı şəraitləri yaratmaq milli səviyyədə enerji keçidini sürətləndirmək üçün ölkələr daxilində aydın şəkildə müəyyən edilmiş öhdəliyə uyğundur. Mən bu sahədəki təşəbbüsü alqışlayıram biz hazırda Azərbaycanla işləmək məqsədilə Avropa İttifaqının bərpaolunan enerji şirkətlərinin artan marağını görürük. Bu nazirlər iclasında Avropa İttifaqının külək enerjisi şirkətləri ilə anlaşma memorandumunun imzalanması çox mühüm addımdır. Bərpaolunan enerjiyə aid bu öhdəlik, həmçinin Avropa ilə yeni qarşılıqlı layihələrə yol açır".

Qeyd edək ki, gələcəkdə enerji növləri ilə yanaşı, bərpaolunan enerji layihələrinin həyata keçirilməsinin perspektivləri Azərbaycanda icra olunan layihələrdə Avropa şirkətlərinin investor qismində daha fəal rol oynaması ilə bağlı imkanlar Prezident İlham Əliyev martın 1-də Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonu qəbul edərkən müzakirə mövzularından biri olub. Söhbət zamanı həm COP29, həm enerji əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində gələcək addımlar fəaliyyət planı ilə bağlı fikir mübadiləsi aparılıb.

Xanım Kadri Simson budəfəki çıxış söhbətlərində Azərbaycanın etibarlı tərəfdaş olduğunu, Panavropa təchizatçısına çevrildiyini vurğulayıb.

 

Flora SADIQLI,

Azərbaycan.-2024.- 5 mart, № 50.- S.11.