"Hüquqi
Ekspertiza və Qanunvericilik Təşəbbüsləri
Mərkəzinin yaradılması
və fəaliyyətinin
təmin edilməsi haqqında"Azərbaycan Respublikası
Prezidentinin 2022-ci il 19
may tarixli 1685 nömrəli Fərmanında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
"Hüquqi Ekspertiza
və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin
yaradılması və
fəaliyyətinin təmin
edilməsi haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2022-ci il 19
may tarixli 1685 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2022, ¹ 5, maddə 453 (Cild
I) aşağıdakı dəyişikliklər
edilsin:
1. 4.1-ci bənddə
"normayaratma fəaliyyətinin"
sözləri "normativ
hüquqi aktların"
sözləri ilə,
"yüksəldilməsi" sözü "artırılması"
sözü ilə əvəz edilsin.
2. Həmin Fərmanla
təsdiq edilmiş
"Hüquqi Ekspertiza
və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin
Nizamnaməsi" üzrə:
2.1. 1.1-ci bənddə "normayaratma
fəaliyyətinin" sözləri
"normativ hüquqi aktların" sözləri
ilə,"yüksəldilməsi"
sözü "artırılması"
sözü ilə əvəz edilsin;
2.2. 2.1.2-ci yarımbənd aşağıdakı
redaksiyada verilsin:
"2.1.2. qanunvericiliyin inkişafında və təkmilləşdirilməsində iştirak etmək, o cümlədən hüquqi
boşluqların və
qanunvericilikdə kolliziyaların
aşkar edilməsi və aradan qaldırılması üçün
təkliflər vermək;";
2.3. aşağıdakı məzmunda 2.1.4-1-ci, 3.1.3-1-ci və
3.1.3-2-ci yarımbəndlər əlavə edilsin:
"2.1.4-1. normativ hüquqi
aktların keyfiyyətinin
artırılmasında iştirak
etmək;";
"3.1.3-1. mövcud normativ hüquqi bazanın monitorinqinin aparılması nəticəsində
normayaratma fəaliyyətinin
effektivliyinin artırılması
istiqamətində təkliflər
vermək;
3.1.3-2. normativ hüquqi
aktların keyfiyyətinin
artırılması ilə
bağlı təkliflər
vermək;";
2.4. 2.1.5-ci və 3.1.4-cü yarımbəndlərə
"sifarişi əsasında"
sözlərindən sonra
", habelə öz
təşəbbüsü ilə" sözləri əlavə edilsin;
2.5. 3.1.10-cu yarımbənddə "əsasında"
sözü "ilə"
sözü ilə əvəz olunsun və həmin yarımbəndə "tətbiqi
sahəsində" sözlərindən
sonra "müqavilə
əsasında" sözləri
əlavə edilsin;
2.6. 4.7.4-cü və 4.22.15-ci yarımbəndlər
aşağıdakı redaksiyada
verilsin:
"4.7.4. Mərkəzin strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının
(vəzifə maaşının,
vəzifə maaşına
əlavələrin, mükafatların
və digər ödənişlərin) məbləğini
Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla təsdiq
etmək, habelə Mərkəzin əldə
etdiyi vəsait (dövlət büdcəsindən
və dövlətə
məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə
ödənilən həvəsləndirmə
sistemini müəyyənləşdirmək;";
"4.22.15. bu Nizamnamədə
müəyyən edilmiş
hallar istisna olmaqla, Mərkəzin işçilərinin, o cümlədən
onun idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin,
habelə tabeliyindəki
digər qurumların və təsərrüfat
cəmiyyətlərinin idarəetmə
orqanlarının üzvlərinin
vəzifəyə təyin
və vəzifədən
azad edilməsi, həmçinin onlar barəsində həvəsləndirmə
və intizam tənbehi tədbirləri
görülməsi barədə
Şura ilə razılaşdırmaqla qərarlar
qəbul etmək;";
2.7. 4.7.7-ci yarımbəndə "cəmiyyətlərinin"
sözündən sonra
"və tabeliyindəki
digər qurumların"
sözləri əlavə
edilsin;
2.8. 5-ci hissənin
adında "mənfəəti"
sözü "maliyyə
fəaliyyətinin əsasları"
sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
5 mart 2024-cü il
Azərbaycan.-2024.-
6 mart, ¹ 51.- S.2.