Yalan böhtan dolu qətnamələr Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir

 

 

"Avropa Parlamentindən Azərbaycanla bağlı obyektiv qətnamə gözləmək absurddur. Orada erməni maraqlarını birbaşa müdafiə edən, bütövlükdə ermənilərin məğlubiyyətini həzm edə bilməyən müəyyən qüvvələr var. Bu, Qərbdə anti-Azərbaycan meyillərinin güclü olduğunu bir daha sübuta yetirir".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. Deputat bildirib ki, bu gün ölkəmizə qarşı çıxan, ard-arda qazandığımız uğurlarımızı həzm edə bilməyən Fransa başda olmaqla bəzi dövlətlər  Avroparlamentdən vasitə kimi istifadə edirlər. Lakin unudurlar ki, onların nəticə verməyəcək cəhdləri, eləcə yalan böhtan dolu qətnamələri Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Reallıqları nəzərə aldıqda aydın görünür ki, ölkəmizlə münasibəti pozmağa maraqlı olanlar, əslində, özləri üçün ciddi narahatlıq yaradırlar. Hələ anlamırlar ki, Azərbaycanla təhdid dilində danışmaq onlara heç bir fayda verməyəcək".

Deputatın sözlərinə görə, bu gün Cənubi Qafqazda sülh əmin-amanlığın bərqərar olmaması üçün süni əngəllər törədən qüvvələr cəzalarını alacaqlar. Tarixboyu müstəmləkəçilik işğalçılıqla ömür sürən bəzi dövlətlər bu cinayətkar siyasətlərini Azərbaycana qarşı istifadə edə bilməyəcəklər. Regionda möhkəmlənmək istəyənlər gec ya tez, bütün cəhdlərinin boş mənasız olduğunu anlayacaqlar. Onsuz da Fransa kimi ölkələrin üzü hər keçən gün ifşa olunur onların beynəlxalq aləmdəki imici haqlı olaraq zədələnir.

"Əslində, belə riyakar davranışlar Avropanın yürütdüyü siyasət kursuna ziddir. Qərb hər addımda beynəlxalq hüquq normalarını pozmaqla ölkəmizə qarşı qərəz nümayiş etdirir. Avropanın enerji təhlükəsizliyi ilə bağlı Azərbaycanla sıx tərəfdaş olduğu bir vaxtda belə qərəzli hərəkətlərə yol vermək olmaz. Nəzərə almaq lazımdır ki, Azərbaycan bir sıra Avropa ölkələri ilə kifayət qədər ciddi əməkdaşlıq edir ölkələrarası iqtisadi əlaqələr getdikcə genişlənir", - deyə müsahibimiz əlavə edib.

Fazil Mustafa həmçinin qeyd edib ki, Avropa Parlamentində oturan islamofob, rasist türkofob fikirli "nümayəndə"lər ermənilərin maraqlarına xidmət etməkdən əl çəkmirlər: "Bunun əsas səbəblərindən biri onların seçki ərəfəsində erməni lobbisinin maliyyə dəstəyinə göz dikmələridir".

Deputat yekunda onu da bildirib ki, Azərbaycan Qərbin bütün anti-Azərbaycan addımlarını qarşılıqlı şəkildə cavablandırmalı Fransa kimi dövlətlərin ləkəli keçmişinin dünya ictimaiyyəti qarşısında ifşasını davam etdirməlidir: "Azərbaycan haqq yolunda əminliklə irəliləyir ölkəmizin atdığı bütün addımlar beynəlxalq hüquqa əsaslanır. Ölkəmiz əleyhinə müxtəlif parlamentlərdə, eləcə Avroparlamentdə qəbul edilən "sənəd"lərin heç bir siyasi gücü yoxdur. Belə olan halda isə həmin qətnamələr bizim üçün kağız parçasından başqa bir anlam ifadə etmir".

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2024.- 6 mart, № 51.- S.6.