Qərbin
qərəzi və ikili standartları fiaskoya məhkumdur
Azərbaycan 44 günlük
Vətən müharibəsinin,
eləcə də 23 saatlıq antiterror tədbirlərinin yaratdığı
reallıqlarla heç
cür barışa bilməyən bəzi ikilistandartlı Qərb siyasi mərkəzlərinin
aqressiyası və qərəzi ilə üz-üzə qalıb.
İslamofobiyadan, türkofobiyadan
qurtula bilməyən Avropa ölkə və qurumları ard-arda Azərbaycana qarşı siyasi, diplomatik təzyiqlərə
başlayıb, qarayaxma
kampaniyasına start veriblər. Müstəmləkəçi
Fransa isə bunlarla yanaşı, ölkəmizə qarşı
hələ də ərazi iddiası güdən təcavüzkar
Ermənistanı silahlandıraraq
hərbi təxribatlar
törədir, bölgədə
sülh üçün
yaranan bütün imkanlara qarşı çıxaraq körpüləri
yandırır.
Martın 4-də Prezident
İlham Əliyev Bolqarıstan Xalq Məclisinin Sədri Rosen Dimitrov Jelyazkovu qəbul etdiyi zaman baş
verənlərlə bağlı
bildirdi ki, Azərbaycan beynəlxalq hüququn prinsiplərinə
uyğun olaraq öz ərazi bütövlüyünü və
suverenliyini tam bərpa edib. Bundan sonra bir
sıra Avropa təsisatları tərəfindən
Azərbaycana qarşı
genişmiqyaslı kampaniya
başlanıb və bu, qərəzli xarakter daşıyır.
Avropa Şurası
Parlament Assambleyasında
Azərbaycana qarşı
qərəzli və çirkin kampaniyanın aparıldığını deyən
dövlət başçısı
bu cür yanaşmanın nümayəndə
heyətimiz üçün
dözülməz olduğunu
vurğuladı və
bu ədalətsizliyə
qarşı bir sıra ölkələrin
parlamentləri tərəfindən
mövqenin ifadə olunduğunu qeyd etdi.
Avropa Parlamenti bədnam fəaliyyəti ilə erməni separatizminə dəstək
verir
Xatırladaq ki,
bu il yanvarın
22-də qış yarımsessiyasının
açılış günündə
AŞPA-da ölkəmizin
nümayəndə heyətinin
etimadnamələri təsdiq
edilmədi.
Bu bədnam təşəbbüs formal
olaraq Almaniyalı deputat Frank Şvabe tərəfindən irəli
sürülsə də,
məsələnin arxasında
AŞPA rəhbərliyinin özünün
durduğu gün kimi ortada idi.
Bu faktın özü də göstərdi ki, Fransa Almaniya vasitəsilə AŞPA-nı
Azərbaycana qarşı
vasitə kimi istifadə etməyə çalışır.
Ancaq bu gün nəinki dünya səviyyəsində,
heç Avropada da nüfuzu olmayan Avropa Şurasına Azərbaycanın
heç bir ehtiyacının olmadığı
da gerçəklikdir.
Bu baxımdan Azərbaycan nümayəndə
heyətinin AŞPA-da
fəaliyyətini dayandırması
onlara daha bir tutarlı cavabdır.
Prezident İlham
Əliyev də qətiyyətlə bildirib
ki, əgər bir il ərzində
nümayəndə heyətimizin
hüquqları bərpa
olunmazsa, Avropa Şurasından tamamilə
çıxmağımız barədə məsələyə
ciddi şəkildə
baxa bilərik.
Azərbaycana qarşı
bu ilin fevralında
Avropa Parlamentinin qəbul etdiyi növbəti riyakar qətnamə də Qərbin ölkəmizə
diplomatik təzyiq cəhdlərinin daha bir nümunəsidir. Belə ki, qurumun
Xarici Əlaqələr
Komitəsi tərəfindən
hazırlanan və faktların tamamilə təhrif olunduğu "Ümumi xarici və təhlükəsizlik
siyasətinin həyata
keçirilməsi haqqında
illik hesabat" başdan-başa böhtan,
yalan və iftiralarla doludur.
Avropa təsisatlarının
Azərbaycana qarşı
apardığı çirkin
kampaniyanın tərkib
hissəsi olan bu qətnamədə guya Azərbaycanın Ermənistana hücum edəcəyi kimi absurd iddia da
yer alıb.
Ümumiyyətlə, AP bədnam qətnaməsi ilə Azərbaycanın ərazi bütövlüyü
və suverenliyinə hörmət etmədiyini,
ərazilərimizdə separatçılığı
dəstəklədiyini göstərir.
Ermənistanın Fransanın
təhriki ilə sülh müqaviləsini imzalamaqdan müxtəlif yollarla yayınmasını,
təxribatlara əl atmasını, müharibəyə
hazırlaşmasını görməzdən gələn
AP İrəvana hər
hansı sanksiya tətbiq olunmasından, bu ölkə ilə bağlı qətnamə qəbul edilməsindən heç
söz belə açmır. Ancaq beynəlxalq hüquqları
ayaqlar altına ataraq Azərbaycana qarşı ikilistandartlı
mövqe ortaya qoyur. Riyakar qurum almaz qaçaqmalçısı
erməniəsilli Kaspar
Karapetyanın pullarına
həris korrupsioner deputatlarının maraqlarından
çıxış edir.
Sabitliyi Azərbaycan
təmin edəcək
İkinci Qarabağ
müharibəsindən dərhal
sonra Azərbaycan tərəfindən Ermənistana
sülh müqaviləsinin
əsasını təşkil
edən beş prinsip təqdim olunub. Ötən dövrdə sülhlə
bağlı mühüm
təşəbbüslər göstərilib.
Ancaq Bakının
regionda real sülhə istiqamətlənmiş
addımları Qərbi
qətiyyən qane etmir. Fransa Prezidenti
Makronun başçılığı
ilə təşkilatlanan
Avropa təsisatları
hər vəchlə Qafqazda sülhə mane olmağa çalışırlar. Qarabağın
erməni sakinlərinin
olmayan problemlərindən
dəm vurmaqdan, riyakar beynəlxalq
təşkilatlar vasitəsilə
Azərbaycana qarşı
əsassız qətnamələr
qəbul etməkdən
tutmuş təcavüzkar
Ermənistanı silahlandırmağa
qədər hər cür çirkin yola əl atırlar.
Beynəlxalq cəzasızlıq
mühitindən və
Qərbdən aldığı
mənfur dəstəkdən
iştahlanan Ermənistan
isə sülhdən yayınır, müharibəyə
hazırlaşır.
Martın 4-də Bolqarıstan
Xalq Məclisinin Sədri Rosen Dimitrov Jelyazkovu qəbul etdiyi zaman Prezident də bildirdi ki, hətta 2020-ci ildə 44 günlük Vətən müharibəsi
başa çatdıqdan
sonra Azərbaycanın
sülhün irəli
aparılması üçün
təşəbbüslərinə Ermənistan müsbət münasibət bildirmədi,
əksinə, Qarabağda
silahlandırma və militarizasiya siyasəti apardı, həmin ərazilərə böyük
həcmdə minaların
və silah-sursatın
göndərilməsini davam
etdirdi.
Lakin Qərbin sərgilədiyi ikili standartlar da, Ermənistanın savaşa
hazırlaşmaq kimi axmaq cürəti də fiaskoya məhkumdur. Azərbaycan milli maraqları kimi, bölgədəki daimi sabitliyi də müvəffəqiyyətlə
təmin edəcək.
Yasəmən
MUSAYEVA,
Azərbaycan.-2024.-
6 mart, № 51.- S.6.