Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir

 

 

Ölkəmiz Albaniyanın enerji infrastrukturunun yaradılmasında yaxından iştirak edir

 

 

 

Bu ayın əvvəlində ölkəmizə işgüzar səfərə gələn  Albaniyanın Baş naziri  Edi Rama "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının  10-cu "Yaşıl Enerji" Məşvərət Şurasının 2-ci iclaslarında da iştirak çıxış etdi.  

2015-ci ildən başlayaraq hər il Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının toplantılarında Albaniya da yüksək səviyyədə təmsil olunur. Çünki bu ölkə "Cənub qaz dəhlizi" layihəsinin iştirakçılarından biridir həmin amil Azərbaycanla Albaniyanın iqtisadi əlaqələrinin daha da genişlənməsinə təkan verir.

Xatırladaq ki, "Cənub qaz dəhlizi"nin sonuncu seqmenti olan TAP (Trans-Adriatik Qaz Boru Kəməri) Albaniyanın da ərazisindən keçir. Belə ki, 878 kilometr məsafə boyu uzanan bu kəmər Yunanıstanda 550 kilometr, Albaniyada 215 kilometr, Adriatik dənizinin dibində 105 kilometr İtaliyanın quru ərazisində 8 kilometrlik yol qət edir.  TAP-la kommersiya qaz nəqlinə 2020-ci ilin sonuncu günü başlanıb həmin vaxtdan bu xətlə Azərbaycandan Avropaya fasiləsiz olaraq mavi yanacaq çatdırılır.

Prezident İlham Əliyev hələ 2022-ci ilin noyabr ayında  Albaniyaya dövlət səfəri zamanı demişdir: "O ki qaldı qaz təchizatı məsələlərinə, Azərbaycan Albaniya TAP layihəsinin üzvləridir "Cənub qaz dəhlizi"nin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayıblar. Azərbaycanın Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişlər. Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verir... Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə anlaşma memorandumu imzalanmışdır. Həmin memorandum əsasında biz 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq fikrindəyik. Təbii ki, o qaz Albaniya ərazisindən keçəcək, beləliklə, Avropanın enerji təhlükəsizliyinə əlavə dəstək töhfə veriləcəkdir".

Bu il martın 1-də Bakıda  Prezident İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüşündə əsas mövzulardan biri TAP layihəsinin əhəmiyyətinin vurğulanması onun genişləndirilməsi məsələlərinin  müzakirəsi olub. Albaniyanın bu sahədə önəmli rolu qeyd edilib. Albaniyanın qazlaşdırılması layihəsinin icrası ilə bağlı ölkəmiz tərəfindən investisiya qoyuluşu məsələlərinə toxunulub. Eləcə "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarının əhəmiyyəti qeyd olunub.

Bu toplantıdakı çıxışında isə Albaniyanın Baş naziri  bir qədər əvvəlki dövrü xatırlayıb: "Səkkiz il əvvəl nazirlər səviyyəsində keçirilən iclasda Prezident Əliyev demişdir ki, "Cənub qaz dəhlizi" beynəlxalq əməkdaşlığın unikal formatının təməlini qoyur. Bu, ölkələr, şirkətlər maliyyə institutları arasında olan yeni əməkdaşlıq təcrübəsi gələcək illər ərzində bir çox digər sahəni əhatə edəcək. Cənab Prezident bunu proqnozlaşdıra bildi. Həqiqətən , bu yeni Enerji İpək yolu olan "Cənub qaz dəhlizi" sıx əməkdaşlıq baxımından bir körpü oldu ölkələr, şirkətlər, maliyyə institutlarını elə bir formatda bir araya gətirdi ki, bu layihənin təklif etdiyi imkanlara dair istəyi daha da artırdı. Bu gün bu format elə bir körpü rolunu oynayır ki, artıq onun tərkib hissəsini "yaşıl enerji "təşkil edir".

Edi Ramanın da fikrincə, "Cənub qaz dəhlizi" heç şübhəsiz ki, Avropa İttifaqına boru kəməri ilə nəql edilən təbii qazın nadir sabit mənbələrindən biri olmaqda davam edəcək. Azərbaycan qazı Xəzər hövzəsi birgə gələcək üçün mühüm rol oynayır: "Albaniyaya gəldikdə, biz strateji baxımdan Trans-Adriatik boru kəmərinin marşrutu üzərində yerləşirik bu, "Cənub qaz dəhlizi" layihəsinin mühüm halqasıdır. Əlbəttə ki, biz bu transformasiya imkanına malik dəhlizin imkanlarından istifadə etmək niyyətindəyik. Bunun üçün biz bərpaolunan enerji layihələrinə sərmayə qoymağı dayanıqlı enerji infrastrukturu yaratmağı hədəfləyirik. Hazırda Albaniya tam şəkildə bərpaolunan enerjidən faydalanan ölkədir. Lakin bizə enerji mənbələrinin şaxələndirilməsi lazımdır biz bu istiqamətdə çalışırıq. Bizim üçün şaxələndirilmə əsasən hidroelektrik enerjisi deməkdir".

Albaniya üçün bərpaolunan enerji layihələrinə sərmayə qoyuluşu  həlledicidir son illərdə bu, ölkəni "yaşıl keçid" enerji sektorunda innovasiyalar baxımından təbii məkana çevirib. Bu baxımdan "Cənub qaz dəhlizi" kontekstində "yaşıl hidrogen"ə dair dialoqa başlamaq çox vacibdir.

Azərbaycanın Albaniyada mövcud infrastrukturun inkişafı üçün ən əlverişli ssenariləri müəyyən etməsi enerji sahəsinin çağırışlarına uyğunlaşdırılması baxımından təcrübələrini bölüşməsi  dost ölkədə əvəzsiz töhfə kimi dəyərləndirilir. Hazırda Albaniya  ölkənin qazlaşdırılması layihəsi üzərində işləyir. Bu işdə   Prezident İlham Əliyevin dəstəyi böyükdür. "Biz inkişaf kursumuzun bu mərhələsinə böyük əhəmiyyət veririk. TAP çərçivəsində əldə etdiyimiz təcrübəyə əsasən biz tərəfdaşlarımızla birlikdə Albaniyanın cənubunda maye qaz terminalları inşa etməyi planlaşdırırıq", - deyə  Edi Rama bildirib. Həmçinin  əlavə edib ki, keçmişdə Bakının nəhəng sərvəti Avropa Asiya sivilizasiyalarının qızıl erasını dəstəkləyib. Bu gün həmin resurslar həmin qaz yataqları bizim ölkələrin qızıl erasını dəstəkləmək potensialına malikdir. Bu, dekarbonizasiya dayanıqlı enerji təchizatına əsaslanmış çoxtərəfli əməkdaşlıq, davamlı sülh tərəqqi erasıdır.

Albaniyanın baş naziri Azərbaycan Prezidentinin bir təşəbbüsünə münasibət bildirib: "COP ilə bağlı məşəlin Azərbaycan tərəfindən götürülməsini tədbirə evsahibliyi etməsini nəzərdə tuturam. Bu, böyük göstəricidir. Çünki qazıntı yanacağı ilə zəngin bir ölkə qərar verir ki, gəlin hamımız birlikdə düşünək - "yaşıl enerji"yə keçid necə real bütün dünya üçün faydalı ola bilər. Bu mənada Azərbaycan bu tədbirə evsahibliyi edən dəyərli şəxs ən yüksək təqdirə layiqdir".

 

Flora SADIQLI,

Azərbaycan.-2024.- 6 mart, ¹ 51.- S.8.