Tədqiqatçının uğurları

 

 

Prezident İlham Əliyev tərəfindən ölkədə cəmiyyətin aparıcı qüvvəsi olan gənclər  üçün əlverişli şəraitin yaradılması inkişaf etdirilməsi istiqamətində çoxsaylı fərman sərəncamlar imzalanmış, bir sıra mühüm dövlət proqramları qəbul edilmişdir. Aparılan uğurlu siyasətin nəticəsidir ki, gənclərimiz təkcə ölkə daxilində deyil, ölkə hüdudlarından kənarda da Azərbaycanı uğurla təmsil edirlər. Belə gənclərimizdən biri Gülnar Abdullayevadır.

Abdullayeva Gülnar Rizvan qızı 30 iyun 1995-ci ildə Bakı şəhərində anadan olub. Məktəb illərindən texniki fənlərə böyük həvəs göstərməsi ilə bərabər, humanitar fənləri xarici dilləri yaxşı öyrənib. 2012-ci ildə orta məktəbi əla qiymətlərlə bitirərək Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə qəbul olub. Təhsil göstəricilərinə ictimai fəallığına görə 2013-cü, 2014-cü 2015-ci illərdə "İlin ən yaxşı tələbəsi" adına layiq görülüb, fəxri fərmanla mükafatlandırılıb.

2016-cı ildə bakalavr təhsilini fərqlənmə diplomu ilə başa vuraraq Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya Biotexnologiyalar İnstitutunun Molekulyar biologiya ixtisası üzrə magistratura pilləsinə qəbul olub. Təhsil almağı ilə yanaşı, institutda böyük laborant vəzifəsində çalışıb. Gülnar magistratura pilləsində tədris olunan bütün ixtisas qeyri-ixtisas fənlərindən 100 bal toplayaraq, 2018-ci ildə təhsilini fərqlənmə diplomu ilə bitirib. Elmi fəaliyyətdə fərqləndiyinə görə 15 noyabr 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının fəxri fərmanına layiq görülüb. Gülnar Abdullayeva 2018-ci ildən etibarən Molekulyar Biologiya Biotexnologiyalar İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsində kiçik elmi işçi kimi fəaliyyət göstərir. "Gənc Bioloqların Qış Məktəbində" birinci yerə layiq görülüb.

Yüksək bacarığına görə gənc tədqiqatçı 2018-ci ildə İslam İnkişaf Bankının PhD təqaüd proqramının qalibi seçilib. Təhsil aldığı müddətdə beynəlxalq standartlara uyğun həm nəzəri, həm praktiki biliklər sayəsində çoxsaylı müsahibə testlərdən uğurla keçərək dünyanın aparıcı universitetlərindən biri olan Birləşmiş Krallığın Oksford Universitetində Onkologiya ixtisası üzrə doktoranturaya qəbul olub. Gülnar Abdullayeva Oksford Universitetində tədqiqatlarını tamamlayaraq "Bağırsaq xərçəngində hüceyrə differensiasiyasının molekulyar əsaslarının öyrənilməsi" mövzusunda dissertasiyasını müdafiəyə təqdim etməyə hazırlaşır. Gənc mütəxəssis apardığı tədqiqatlar zamanı 100-dən çox bağırsaq xərçəngi hüceyrə xətlərinin klassifikasiyasını həyata keçirib. Bu ərəfədə Gülnar xanımın yüksək impakt faktorlu jurnallarda 3 məqaləsi dərc olunub.

Prezident İlham Əliyevin sərəncamı ilə elm, təhsil, mədəniyyət, gənclər siyasəti gənclərlə , ictimai sosialyönümlü fəaliyyət, innovasiya sahibkarlıq sahələrində xüsusi fərqlənən gənclər hər il 2 Fevral Gənclər Günündə Prezident mükafatları ilə təltif olunurlar. Gülnar Abdullayeva 2024-cü ildə elm sahəsində fərqləndiyinə görə Gənclər üçün Prezident mükafatına layiq görülmüşdür. Bacarıqlı tədqiqatçı söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyevə gənclərə göstərdiyi diqqət, qayğıya  görə dərin təşəkkürünü bildirərək, elmimizin inkişafı üçün bundan sonra da səylə çalışacağını bildirdi.

Gülnar Abdullayeva gənc tədqiqatçılar arasında 2023-cü ildə mühüm elmi nəticələr əldə etdiyinə görə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən "İlin gənc alimi" diplomu ilə təltif olunub. O, Oksford Universitetinin St Cross Kollecində Tələbə Nümayəndələr Komitəsinin vitse-prezidenti MRC Weatherall Molekulyar Tibb İnstitutunun Graduate Tələbələr Assosiasiyasında tələbələr üzrə nümayəndə vəzifəsində çalışıb. Gülnar xanım "FameLab" beynəlxalq elm müsabiqəsində Oksford Region Finalisti, HelloBio "Science Snapshots" yarışmasında yüksək bacarıq nümayiş etdirərək birinci yerə layiq görülüb.

Bu günə qədər yerli beynəlxalq konfransda uğurla iştirak etmiş Gülnar xanım müxtəlif səviyyəli sertifikat diplomlarla təltif olunmuşdur. 11-16 mart 2017-ci ildə Sankt-Peterburq şəhərində B.P.Konstantinov adına Peterburq Nüvə Fizikası İnstitutunda təşkil olunmuş molekulyar biologiya biofizika üzrə 18-ci qış məktəbində, 2-5 iyul 2018-ci ildə Türkiyənin Nevşehir şəhərində keçirilən VII Molekulyar Biologiya Biotexnologiya üzrə Milli Konqresində, AMEA Biologiya Tibb Elmləri Bölməsi, Elm Təhsil Nazirliyi Molekulyar Biologiya Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə hibrid formatda keçirilən "Heydər Əliyev müasir biologiya elminin inkişafı: nailiyyətlər çağırışlar" mövzusunda beynəlxalq konfransda çıxışlar edərək, sertifikatlara layiq görülmüşdür.

İnanırıq ki, gənc alim bundan sonra da yeni-yeni uğurları ilə elmimizin inkişafına layiqli töhfələr verəcək.

 

V.MƏMMƏDQULUOĞLU,

Azərbaycan.-2024.-  6 mart, № 51.- S.11.