Heydər
Əliyev Mərkəzində
TOMRİS beynəlxalq sərgisinin
açılışı olub
Heydər Əliyev
Mərkəzində Türk
dünyası rəssamlarının
TOMRİS beynəlxalq sərgisinın
açılış mərasimi
keçirilib. Tədbir
Mədəniyyət Nazirliyi,
Heydər Əliyev Mərkəzi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının
(TÜRKSOY) birgə təşkilatçılığı
ilə gerçəkləşib.
AZƏRTAC xəbər verir ki, sərgidə
Azərbaycan, Türkiyə,
Qazaxıstan, Qırğızıstan
və Özbəkistandan
20-yə yaxın rəssamın
əsərləri nümayiş
olunur.
Açılış mərasimində çıxış
edən mədəniyyət
nazirinin müavini Səadət Yusifova tarixi şəxsiyyət hesab edilən Tomrisin Türk dünyasının mərkəzi
fiqurlarından biri olduğunu diqqətə çatdırıb. “Tomris
həm Qərb, həm də Şərq incəsənətinin
ikonik fiqurlarından hesab olunur. Onun
obrazına Herodot vasitəsilə İntibah
dövrünün böyük
sənətkarları müraciət
ediblər. Tomrisin obrazına müraciət
XX əsrdə türk
rəssamları, yazıçıları
və digər incəsənət xadimləri
tərəfindən olsa
da, XXI əsrdə o yeni ruh, yeni
rəng əldə edib”, - deyə nazir müavini bildirib.
Onun sözlərinə
görə, bugünkü
sərgi Tomris obrazına müxtəlif yanaşmaları, fərqli
bədii üslubları
özündə əks
etdirir. “Tomris həm hökmdar, həm sərkərdə,
həm də incə xanım, ana obrazlarını özündə birləşdirir.
Türk tarixində və mədəniyyətində
onun özünəməxsus
yeri var”, - deyə S.Yusifova əlavə edib.
TÜRKSOY-un Baş
katibi Sultan Rayev qeyd edib
ki, bu sərgi
8 Mart - Beynəlxalq Qadınlar
Günü ərəfəsində
Türk dünyası
xalqlarının qadınlara
verdiyi önəmi vurğulamaq məqsədilə
ilk qadın hökmdar və sərkərdə olan Tomrisə həsr edilib. “Tomris haqqında çoxlu tarixi əsərlər yazılıb, kino və teatrda onun obrazı yaradılıb. Həm dünya, həm də türk rəssamlarının böyük
diqqətini çəkib
və mədəni irsimizə də zənginlik qazandırıb.
Bu sərginin Azərbaycanda açılmasının
xüsusi əhəmiyyəti
var. Tarixi mənbələrdən əldə
etdiyimiz məlumata görə, Tomris Xatun bu torpaqlarda
yaşayıb və Türk dünyasının
ilk qadın hakimi adını alıb”, - deyə Baş katib söyləyib.
Beynəlxalq Türk
Mədəniyyəti və
İrsi Fondunun prezidenti Aktotı Raimkulova öz növbəsində müasir
rəssamların əsərlərinin
ortaq irsimizi, qəhrəmanlarımızı, tariximizi, ənənələrimizi
ifadə etdiyini deyib. O vurğulayıb ki, bu cür
tədbirlərin keçirilməsi
ortaq köklərə
sahib türk xalqları arasında körpülərin qurulmasına
öz töhfəsini
verir.
Qazaxıstan Rəssamlar
İttifaqının üzvü
Batagöz Toleş, “Ədəbiyyat” qəzetinin
baş redaktoru Azər Turan, Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini Səlhab Məmmədov, Xalq rəssamı Sakit Məmmədov sərgi haqqında fikirlərini bölüşüblər.
Çıxışlardan sonra TÜRKSOY tərəfindən
sərgidə əsərləri
nümayiş olunan rəssamlara mükafat təqdim edilib. Azərbaycan Mədəniyyət
Nazirliyi isə
TÜRKSOY-un xüsusi
mükafatına layiq görülüb.
Daha sonra qonaqlar sərgi ilə tanış olublar.
Azərbaycan.-2024.- 6 mart, ¹ 51.- S.12.