COP29-a evsahibliyi etmək Azərbaycanın təməl haqqıdır

 

 

İndiyəcən dünyada elə bir qlobal ekoloji təşəbbüs olmayıb ki, ölkəmiz ona qoşulmasın

 

 

 

İqlim dəyişikliyinin  fəsadları günümüzün ən böyük ekoloji problemidir dünyanın diqqəti həmin problemin həllinə yönəlib.

2022-ci ilin  iyununda ABŞ Avropa İttifaqı  (Aİ) "Qlobal metan öhdəliyi enerji yol xəritəsi" ilə bağlı verdikləri ortaq bəyanatda bildirdilər ki, qlobal istiləşməni 1,5 dərəcə selsi azaltmaq yaxın gələcəkdə iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün dünyanın qlobal enerji sektoru karbonsuzlaşdırılmalı, qısa müddətdə metan emissiyası sürətlə azaldılmalıdır.

Bu məsələ çərçivəsində Böyük İqtisadiyyatlar Forumunda ABŞ, Aİ 11 ölkənin iştirakı ilə yeni bir öhdəlik götürülüb - benzin qaz sektorunda metan emissiyasının azaldılması, 2030-cu ilə qədər rutin emissiyaların dayandırılması vəd edilib. Argentina, Kanada, Danimarka, Misir, Almaniya, İtaliya, Yaponiya, Meksika, Nigeriya, Norveç Oman da bu öhdəliyə qoşulub. Qeyd edək ki, həmin öhdəliyin yerinə yetirilməsinə 59 milyon dollarlıq investisiya qoyulacağı nəzərdə tutulur.

Bu ilin fevralında Azərbaycan da qlobal metan emissiyalarının azaldılması üzrə dövlətlərin könüllü olaraq öz üzərinə götürdüyü öhdəlikləri nəzərdə tutan "Qlobal Metan Vədi" təşəbbüsünə qoşulduğunu elan edib. Azərbaycanın 2030-cu ilə qədər qlobal metan emissiyalarının ən azı 30 faiz həcmində azaldılmasını hədəfləyən birgə beynəlxalq səylərə qoşulmağa hazır olduğu bildirilir.

Məlumat üçün qeyd edək ki,  "Qlobal Metan Vədi" Birləşmiş Krallığın Qlazqo şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı sessiyasında (COP26) ABŞ tərəfindən metan emissiyalarının azaldılması ilə bağlı qlobal öhdəlik kimi irəli sürülmüş təşəbbüsdür. Hazırda 155 ölkə bu beynəlxalq öhdəliyə qoşulduğunu elan edib qlobal metan çirklənməsinin təxminən yarısı həmin ölkələrin payına düşür.

Azərbaycan qlobal iqlim dəyişikliyi ilə mübarizədə fəallığı ilə seçilir. Bununla bağlı yayılan məlumatda bildirilir ki, ölkəmizin "Qlobal Metan Vədi"nə qoşulması onun dünyada etibarlı "yaşıl enerji" tərəfdaşı kimi mövqeyini daha da gücləndirir. Beynəlxalq birliyin məsuliyyətli üzvü kimi Azərbaycan hər zaman qlobal iqlim siyasəti ilə bağlı dövlətlərin apardığı birgə fəaliyyətə əhəmiyyətli dəstək töhfə verir, "yaşıl hədəflər" uğrunda daha çox səy göstərilməsini təşviq edir. Üzərinə götürdüyü öhdəliklərə sadiqlik, Prezident İlham Əliyev tərəfindən elan edilmiş "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində uğurlu fəaliyyət yeni təşəbbüslər Azərbaycanı dünyada qlobal iqlim siyasətinə böyük töhfə verən uğurlu nümunə kimi tanıdır. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyinin ölkəmizə həvalə edilməsi bu fəaliyyətə verilən beynəlxalq qiymətin göstərilən etimadın açıq təzahürüdür.

Amma Azərbaycanın bu üstünlüyünə kölgə salmağa çalışan qara qüvvələr var. COP29-un başlanmasına  təxminən 8 ay qalmasına baxmayaraq, həmin təxribatçı qüvvələr qarayaxma kampaniyasına başlayıblar. Onlar, əsasən, ölkəmizi neft sektoru ilə "vurmağa" cəhd edirlər. Lakin bu təxribat baş tutmayacaq. Çünki ölkəmizdə neft emalı sahəsində bütün ekoloji qaydalara tam əməl olunur. Dövlət Neft Şirkəti öz ekoloji siyasətində Xəzər dənizinin gələcək nəsillər üçün qorunub saxlanılmasını prioritet vəzifə hesab edir. Xəzər dənizində fəaliyyət göstərən beynəlxalq konsorsiumun neft çıxardığı "Azəri-Çıraq-Günəşli" yataqları, dəniz boru kəmərləri sistemi Səngəçal terminalı üçün "Neft dağılmaları üzrə fəaliyyət planları"na uyğun real texniki sistem formalaşdırılıb. Neft dağılmalarının qarşısının alınması, tullantıların yığılması məqsədilə Xəzər dənizində fəaliyyət göstərən Rusiya, Qazaxıstan, Türkmənistan şirkətləri müvafiq planlara tədbirlər sistemlərinə malikdirlər.

Bunlara baxmayaraq, həmin qüvvələr yenə bəhanələr axtarırlar. Götürək Fransanı. İş o yerə çatıb ki, bu yaxınlarda Paris merinin təşəbbüsü ilə imza toplanmasına başlanılıb.  Məqsəd COP29-un Azərbaycanda keçirilməməsinə nail olmaqdır. Mer bu hərəkətini onunla əsaslandırır ki, guya Azərbaycan lokal xarakterli antiterror tədbirlərində ermənilərin hüququnu pozub. Halbuki Azərbaycan beynəlxalq hüquq normaları daxilində özünün ərazi bütövlüyünü təhlükəsizliyini təmin edib. Buna bütün Avropa, ən çox da Fransa sevinməlidir ki, dünyanın bir nöqtəsində separatizmə son qoyulub.

Amma olsun?! Fransada bu ağılsız əmələ əl atanlar unudurlar ki, COP29-un Bakıda keçirilməsi ölkəmizdə uzun illər aparılan dərin ekoloji siyasətin nəticəsidir. Prezident İlham Əliyev "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasındakı çıxışında ölkəmizin bu il COP29-a evsahibliyi etməsinin önəmi barədə demişdir: "İqlim dəyişikliyi ilə bağlı bu qlobal tədbirə evsahibliyi etmək istəyimizin olması bizim iradəmizi nümayiş etdirir. Bizə buna görə hücum olunmamalıdır, biz təqdir edilməliyik. Biz heç bir yanlış görməmişik. Lakin qərar qəbul olunan kimi bizə qarşı dərhal əlaqələndirilmiş, konsolidasiya olunmuş çox ədalətsiz hücum edildi. Əvvəlki illərdə Azərbaycana qarşı çoxlu hücumlar olmuşdur, biz buna adət etmişik, biz özümüzü müdafiə edə bilərik. Lakin mən sizə sadəcə məlumat vermək istəyirəm ki, COP29-un Azərbaycanda təşkil edilməsi barədə yekdil qərar beynəlxalq birliyin ölkəmizə hörmətinin əlamətidir. Bizim tədbirə evsahibliyi etmək bu işə töhfə vermək istəyimiz "yaşıl gündəliy"imizi nümayiş etdirir".

 

Züleyxa ƏLİYEVA,

Azərbaycan.-2024.- 7 mart, № 52.- S.7.