Haqlı
və güclü olan Azərbaycandır
Ermənistanın
buqələmunluğunun heç
bir faydası olmayacaq
Ermənistanın və
ona havadarlıq edən bəzi Qərb dairələrinin,
eləcə də
"xristian klubu"na
çevrilən Avropa
Parlamentinin ikili oyunları, məkrli planları tükənmək
bilmir. Bütün cəhdlərində, bütün
çirkinliklərində hədəf
ərazi bütövlüyünü,
suverenliyini öz gücünə təmin edən Azərbaycandır.
44 günlük İkinci
Qarabağ müharibəsinin
başa çatmasından
ötən 3 ildən
artıq zamanda Ermənistan bütün danışıqlarda sülhə
hazır olduğunu bildirsə də, əməldə köhnə
peşəsini davam etdirir. İşğal dövründə 30 il Azərbaycanın sülh istəyinə qarşı
heç bir reaksiya verməyən beynəlxalq təşkilatlar,
bəzi böyük dövlətlər indi Ermənistanın xeyrinə
hansısa iş görməyə çalışırlar.
30 il ərzində işğalçıya, uşaq
qatillərinə qarşı
heç bir sanksiya tətbiq etməyən Avropa təşkilatları, 2020-ci ilin
noyabrından Azərbaycanı
hədəfə alıblar.
Bütün istiqamətlərdə
qarayaxma, iftira və böhtan kampaniyası apararaq erməni lobbisinə yarınmaq istəyirlər.
Qəbul etdikləri
qərəzli bəyanatların,
hansısa uydurma qərarların Azərbaycana
zərrə qədər
də təsir göstərmədiyini gördükdə
isə son həftələrdə gücü
media orqanlarına ötürüblər. İndi
də Qərb mediası yeni iftiralar, uydurmalarla beynəlxalq ictimaiyyəti
çaşdırmaq istəyir.
Dərc edilən məqalələrin hər
birinin süjet xətti eynidir - guya Azərbaycan Ermənistana qarşı hücuma hazırlaşır
və Qafqazda yeni savaş ocağının yaranma təhlükəsi var.
Amma, özləri
də yaxşı anlayırlar ki, bu, sadəcə Azərbaycanı təxribata
çəkmək məqsədi
güdür. Çünki
Azərbaycanın yeganə
məqsədi sülh
müqaviləsinin bağlanması,
regionda təhlükəsizliyin
bərqərar olunmasıdır.
Əgər Azərbaycanın
Ermənistana qarşı
ərazi iddiası olsaydı, ya 44 günlük savaşda, ya da 23 saatlıq
antiterror tədbirlərində
bunu reallaşdıra bilərdi. Çünki Azərbaycan Ordusunun qarşısında dayana biləcək güc yox idi. Elə indi də yoxdur!
Fransanın bu ölkəni silahlandırması,
ordusundan bir neçə hərbçisini
Hayastana təlim adı ilə gətirməsi o demək deyil ki, Azərbaycanın
nədənsə çəkinəcəyi
var. Əslində, Azərbaycan Ordusu bu gün 2020-ci ildəkindən qat-qat güclüdür. Həm
yüksək döyüş
əzmli şəxsi heyət, həm də müasir hərbi texnika, silah-sursat baxımından...
Əgər Azərbaycan
sülh istəməsəydi,
onun şərtlərini
də hazırlayıb
Ermənistana təqdim
etməzdi.
Əgər Azərbaycan
savaş istəsəydi,
işğaldan azad etdiyi əraziləri bərpa edib yurdundan-yuvasından didərgin
düşən vətəndaşlarını
yenidən atəş
altına salmazdı.
Qalib Ali Baş Komandan kimi İlham Əliyev dəfələrlə
bəyan edib ki, Azərbaycan sülh prosesinə sadiqdir. Məhz Azərbaycan İkinci Qarabağ müharibəsi
başa çatdıqdan
sonra sülh danışıqları təşəbbüsü
ilə çıxış
edib. Lakin məğlub Ermənistan son zamanlarda sadəcə olaraq dondan-dona girməklə oyunpozanlıq edir.
Bunun səbəbi
təbii ki, bəllidir. Hayastan rəhbərliyi hər zaman buyruq qulu
olduğu Rusiyadan üz çevirərək
Qərbin diktəsi altına düşdüyünü
göstərir. Kollektiv
Təhlükəsizlik Müqaviləsi
Təşkilatındakı fəaliyyətini "dondurması"
isə vəziyyəti
daha da gərginləşdirib.
Bunu artıq ölkə əhalisi də anlayır və Hayastanın yeni təhlükə ilə üz-üzə qaldığını vurğulayır.
Elə dünən
Ermənistanın sabiq
prezidenti Robert Koçaryanın
müxalif "Ermənistan"
parlament fraksiyasının
katibi Artsvik Minasyan jurnalistlər üçün təşkil
olunan brifinqdə deyib ki, Hayastan
hakimiyyətinin Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatı (KTMT) ilə
bağlı siyasəti
respublikanın təhlükəsizlik
sisteminin sıradan çıxmasına və
fəlakətə gətirib
çıxaracaq: "Ermənistanın
təhlükəsizliyi elə
bir vəziyyətdədir
ki, hər an bütün tərəflərdən bizə
hücum edilə bilər. Onlar bizim müttəfiqimizi düşmənə çevirdilər.
Bu, rüsvayçılıqdır",
- deyə Artsvik Minasyan bildirib. Onun sözlərinə görə, İrəvan mövcud təhlükəsizlik
sistemini daha effektiv etmək üçün yol tapmalı, tərəfdaşlarla
"ultimatum dilində"
danışmamalıdır.
Göründüyü kimi, sülh müqaviləsinin imzalanma
tarixinin uzanmasının
daha çox təhlükəli olduğunu
İrəvanda artıq
yaxşı başa düşürlər. Amma
bəzi dairələr
hesab edirlər ki, onların arxasında dayananların Azərbaycana təsir etmək mexanizmləri hələ bitməyib və bu təzyiqlər
nəticəsində sülh
müqaviləsi imzalanarkən
Ermənistan üçün
daha uyğun şərait əldə etmək olar. Lakin Ermənistan və onun havadarları
unudurlar ki, vaxt keçdikcə Azərbaycanın şərtləri
də dəyişir.
Böyük erməni
diasporuna malik Fransa isə Ermənistana dəstəyini
davam etdirməklə yanaşı, Azərbaycana
qarşı qarayaxma kampaniyasını da davam etdirir. Prezident Emmanuel Makron hökuməti açıq-aşkar ermənipərəst
mövqe sərgiləyərək,
Fransanı Hayastanın
faşizm siyasətinin
əsirinə çevirib.
İndi də Ermənistanın Fransa vassallığı dövrü
başlayıb.
Əminliklə deyə
bilərik ki, istənilən buqələmunluğun
Ermənistan üçün
heç bir faydası olmayacaq. Regionda diktəni edən tərəf Azərbaycandır. Çünki
Azərbaycan həm haqlı, həm də güclü olan tərəfdir.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2024.-
7 mart, № 52.- S.6.