Azərbaycanın
kifayət qədər
enerji ehtiyatları var
Avropa ölkələri bu reallığı nəzərə
almalıdırlar
"Azərbaycan hazırda
çoxşaxəli enerji
siyasəti yürütməklə
Avropanın enerji təhlükəsizliyinin təmin
edilməsində mühüm
rol oynayır. Ötən illər ərzində ölkəmiz
Avropa bazarında mühüm neft təchizatçısı kimi
etibarlı tərəfdaşa
çevrilib".
Bu sözləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Aydın Hüseynov deyib. Deputat bildirib ki, Azərbaycan
regionda ən nəhəng qaz marşrutlarının yaradılmasına
nail olub. TANAP və TAP kəmərlərinin
qısa müddət ərzində başa çatdırılması böyük
iradənin nəticəsi
idi. 2020-ci ilin sonundan etibarən ölkəmiz Avropa İttifaqına qaz ixracını təmin etməkdədir və hər il qaz
ixracı artır. Ötən il Azərbaycan Aİ ölkələrinə
12 milyard kubmetr qaz nəql edib
ki, bu da
kifayət qədər
böyük göstəricidir,
ixracın yarısı
deməkdir.
Aydın Hüseynov
qeyd edib ki, Azərbaycan hazırda Avropa bazarına enerji ixracının çoxşaxəliliyini
təmin etmək üçün müzakirələr
aparır. İxracın
yaxın illərdə
20 milyard kubmetrə çatdırılması nəzərdə
tutulur. Azərbaycanın
qaz ehtiyatları zəngindir. Ölkəmizdə
kifayət qədər
dayanıqlı enerji mənbələri mövcuddur.
Bunu nəzərə alan Aİ Azərbaycandan daha çox qaz almaq istəyir.
"Ölkəmizin təsdiq
edilmiş qaz ehtiyatlarının həcmi
2,6 trilyon kubmetrdir. Belə həcm öz istehlakımız və ixrac üçün
ən azı 100 il kifayət edər. Hazırda yeni yataqların kəşf edilməsi ilə bağlı işlər davam etdirilir. Bu, xarici şirkətlərin
və Avropa ölkələrinin də
marağının artmasına
səbəb olmaqdadır.
Avropa ölkələri
mövcud perspektiv qaz mənbələrini nəzərə alaraq Azərbaycanla əməkdaşlığı
genişləndirməyə çalışırlar. "Şahdəniz"
yatağı ilə yanaşı, "Babək",
"Naxçıvan", "Zəfər-Məşəl", "Şəfəq-Asiman" perspektiv
strukturlarında böyük
ehtiyatlar var", - deyə o əlavə edib.
Deputat vurğulayıb
ki, proqnozlara əsasən, 2025-2030-ci illərdə
ölkəmizin qaz istehsalı 40 faiz artacaq və Avropaya qaz nəql
edən TAP kəmərinin
illik gücü 20 milyard kubmetrə çatacaq. Gələcəkdə
qaz təchizatı coğrafiyasının Avropada
Balkanlara və Şərqi Avropanın bir sıra digər
ölkələrinə qədər
genişləndirilməsi nəzərdə
tutulur.
Aydın Hüseynov
Azərbaycanın Aİ ilə
enerjinin digər sahələrində, o cümlədən
alternativ və bərpaolunan enerji layihələrində yaxından
əməkdaşlıq planlarının
da gerçəkləşməsi
üçün səmərəli
müzakirələrin aparıldığını
bildirib: "Azərbaycan
bərpaolunan enerji mənbələri üzrə
yüksək potensiala
malik olan ölkələrdəndir. Belə
ki, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki
potensialı quruda 135 qiqavat, dənizdə 157 qiqavatdır. Bərpaolunan
enerji mənbələrinin
iqtisadi potensialı 27
qiqavat, o cümlədən
külək enerjisi üzrə 3000 meqavat, günəş enerjisi üzrə 23000 meqavat, bioenerji potensialı 380 meqavat, dağ çaylarının potensialı
520 meqavat həcmində
qiymətləndirilir".
Deputat qeyd edib ki, bu
baxımdan Aİ bu həcmdə resursların
istehsalı və nəqlində Azərbaycanla
əməkdaşlığa xüsusi önəm verir.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
7 mart, № 52.- S.7.