Fransaya
Cənubi Qafqazda yer yoxdur
Normal ağlı
olan kəs və ya dövlət
bir dəfə səhv etdisə, gərək ikinci dəfə onu təkrarlamasın. Çünki
ikinci dəfə eyni səhvi təkrar etmək bağışlanmır. Hazırda
Ermənistan ikinci dəfə eyni səhvi təkrar etmək istəyir. Ölkəmiz və xalqımız üçün
böyük uğurla
yekunlaşan İkinci
Qarabağ müharibəsində
məğlub olan Ermənistan yenə də "revanşizm"
xəstəliyinə tutulub.
Ha "müalicə"
olunsa da, bu azardan qurtula
bilmir. Çünki tələbləri qarşısında
baş əydiyi Fransa ona "müalicə" kursunun başa çatmasına imkan vermir.
2020-ci ilin 10 noyabr
tarixində kapitulyasiya
aktına imza atmaqla özü də məğlubiyyətini
etiraf etmiş Ermənistan yenidən
"revanşizmə" hazırlaşır.
Görünür Ermənistan
44 günlük Vətən
müharibəsində, həmçinin
ondan sonrakı antiterror tədbirlərində
aldığı məğlubiyyətdən,
verdiyi itkilərdən
düzgün nəticə
çıxarmayıb. Əgər
düzgün nəticə
çıxarsaydı, işğalçılıq
siyasətindən əl
çəkərdi, yenidən
silahlanmazdı.
Müxtəlif mətbuat
orqanlarında xarici ölkələrdən silah
alması və almaq istəyi ilə bağlı yayılan məlumatlar doğrudan da, Ermənistanın yenidən
revanşizmə can atdığını bir daha təsdiqləyir. Baş nazir Nikol Paşinyan hökumətin iclasında
bildirib ki, bəzi ölkələr,
o cümlədən müttəfiqləri
öncədən sifariş
alsa da, yüz milyonlarla dollar dəyərində silahı tədarük etməkdən imtina ediblər. Görünən
odur ki, Ermənistan hakimiyyətinin
revanşizm üçün
başlatdığı "hazırlıq kampaniyası"
istədiyi formada getmir. Bunun isə
obyektiv və subyektiv səbəbləri
mövcuddur. Paşinyan
bir əlində iki qarpız tutmağa çalışır.
Eyni anda həm Fransaya, həm də digər ölkələrə
sığınmaq istəyir.
Hadisələrin gedişi
göstərir ki, gedəcəyini müəyyənləşdirə
bilməyən Ermənistan
qeyri-müəyyənlik yolundadır.
Son hadisələr
göstərir ki, Ermənistan yavaş-yavaş
Rusiyaya arxa çevirir. Görünür
ki, Fransanın verdiyi vədlər daha cəlbedicidir. Makron yağlı vədləri ilə Paşinyanı aldada bilir. Bir müddət
əvvəl Fransa Ukrayna cəbhəsində
bir işə yaramayan, texniki göstəriciləri müharibə
zərbələrinə tab
gətirməyən zirehli
maşınlarını Ermənistana
göndərmişdi. Təkcə
yerli deyil, xarici hərbi ekspertlər də bu döyüş maşınlarının həqiqətən
zəif olduğunu qeyd edirdilər. Ekspertlərin dedikləri çox inandırıcı
idi. Çünki əgər bu zirehli texnikaların döyüş qabiliyyəti
yüksək olsaydı,
onu ukraynalı hərbçilər geri qaytarmazdılar. Ukraynadan fərqli olaraq Ermənistan bu silahları çox sevinə-sevinə alır.
Ermənilərdən daha
çox erməni kimi addımlar atan Fransa prezidenti
Emmanuel Makron arsız-arsız Ermənistana
silah tədarükünü
davam etdirəcəklərini
söyləyib. Bu da Makronun Ermənistana
verdiyi növbəti şirin vəddir. Belə götürəndə,
Fransa Ermənistanla lap uşaq kimi
davranır. Ermənistan
bir az ağlayıb-sızlayan
kimi Fransa onun qucağına beş-on ədəd maşın atır ki, bir az
ora-burasına baxıb
başı qarışsın.
Ermənistan da Fransanın verdiyi bu texnikalarla başını qatır.
Əslində isə
Fransanın Ermənistanı
silahlandırmaqda əsas
mədsədi Cənubi
Qafqazda möhkəmlənməkdir.
Ermənistanın əli
ilə Rusyanın bazalarını buradan çıxarıb öz qüvvələrini orada yerləşdirməkdir. Təbiidir
ki, bütün bunlar Fransanın xam xəyallarından başqa bir şey deyil. Son davranışlarına
dərindən fikir verəndə aydın görünür ki, Ermənistan milli təhlükəsizlik maraqlarını
təmin etməyə
qadir olmayan ölkədir. Rusiya tərəfindən süni
yaradılmış bu
qondarma "dövlət"
hazırda özünü
müdafiə etməkdə
aciz duruma düşüb. Buna görə də gah Fransaya, gah
da başqa Qərb ölkələrinə
üz tutub yalvar-yaxar edir. Bu da ondan
qaynaqlanır ki, erməni əxlaqı həmişə başqalarına
sığınmaq "ənənə"si
üzərində formalaşıb.
Təbii ki, başqalarının himayəsinə
vərdişli olan Ermənistan nəsə bir dara düşən
kimi dərhal isterik şəkildə yeni "təhlükəsizlik
çətiri" axtarır.
Rəsmi İrəvan
hətta Fransanın
"təhlükəsizlik çətiri"nin altına
girə bilsə belə, bu, Ermənistanı qoruya biləcək müdafiə
sistemi deyil. Çünki Fransanın Ermənistanı müdafiə
etmək imkanları rəsmi İrəvanın
ümidlərini doğruldacaq
səviyyədə deyil.
Və üstəlik, Fransa özü də hazırda müəyyən təhlükəsizlik
problemləri ilə üzləşib. Neçə
vaxtdır ki, bu ölkədə etirazlar səngimək bilmir. Digər bir tərəfdən də Afrikadan qovulan Fransa hazırda beynəlxalq məkanda nüfuzunu və imicini sürətlə itirir. Görünür rəsmi
Paris itirdiyi beynəlxalq
imicini məhz Cənubi Qafqazda bərpa edə biləcəyinə ümid
bəsləyir. Bu məqsədlə əsas
dayaq nöqtəsi kimi məhz Ermənistanı seçir.
Tələm-tələsik Ermənistana
yerləşməyə can
atan Fransa rəsmi İrəvanı
yerinə yetirə bilməyəcəyi vədlərlə
aldadır.
Fransa Ermənistanı
intensiv şəkildə silahlandırır. Əvəzində
isə rəsmi İrəvandan Azərbaycana qarşı hərbi
təxribatlar törətməyi və Qafqazda yeni savaşa
nail olmağı tələb edir. Ancaq bu silahlanmanın Ermənistana
Qafqaz savaşında hərbi qələbə qazandıra biləcəyinə
yalnız sadəlövhlər inana bilər.
Fransanın
hesabına yenə də revanşizmə can atan Ermənistanı
sonda yalnız və yalnız məğlubiyyət gözləyir.
Parisin gurultulu bəyanatlarından bu günə qədər
İrəvan faktiki olaraq heç nə qazanmayıb. Heç
sabah da qazanmayacaq. Çünki Fransanın yalan vədləri
Ermənistanı regional istisadi layihələrdən kənarda
qoyur. Onu uçuruma doğru aparır. Fransanın təhrikləri
sülh müqaviləsinin bağlanmasını da uzadır.
Hadisələrin gedişindən aydın görünən
odur ki, Fransa Ermənistan vasitəsi
ilə Cənubi Qafqazda çirkin oyun qurmağa çalışır.
Amma Fransa heç vaxt məqsədlərinə çatmayacaq.
Rəsmi Parisin qurmaq istədiyi çirkin oyunların
qarşısı Azərbaycan və Türkiyə tərəfindən
qətiyyətlə alınır və alınacaq. Hər
şeyə hakim olan zaman və hadisələrin
gedişatı göstərir ki, Fransaya Cənubi Qafqazda yer
yoxdu.
Vahid
MƏHƏRRƏMOV,
Azərbaycan.-2024.-
7 mart, № 52.- S.6.