Azərbaycan
parlamentinin UNİSEF ilə əməkdaşlıq məsələləri
nəzərdən keçirilib
Martın
6-da Milli Məclisin sədri Sahibə Qafarova UNİCEF-in Azərbaycandakı
nümayəndəliyinin rəhbəri Saca Faruq Abdullahı qəbul
edib.
Qonağı
Azərbaycanda fəaliyyətə başlaması münasibətilə
təbrik edən spiker Sahibə Qafarova inamını ifadə
edib ki, onun UNICEF-in Azərbaycandakı nümayəndəsi
kimi fəaliyyəti UNICEF ilə Azərbaycan arasında əməkdaşlığın
möhkəmlənməsinə töhfə verəcək.
Görüşdə
qeyd olunub ki, Azərbaycan BMT-yə üzv olduqdan sonra BMT-nin
müxtəlif qurumları ilə fəal əməkdaşlıq
əlaqələri qurub. UNİCEF ilə ölkəmiz
arasında əməkdaşlıq da ölkəmizin müstəqilliyinin
ilk günlərindən başlayıb və ötən il
UNICEF-in Azərbaycandakı fəaliyyətinin 30 illiyi qeyd
olunub. Hazırda bu təşkilatla Azərbaycanın müxtəlif
dövlət qurumları, o cümlədən, Milli Məclis
arasında yaxşı əməkdaşlıq əlaqələri
mövcuddur.
Spiker Sahibə
Qafarova Milli Məclisin qadın, ailə və uşaq məsələləri
üzrə qanunvericilik sahəsində fəaliyyəti
haqqında məlumat verib. Qeyd olunub ki, Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə
Milli Məclisin müvafiq komitəsi arasında fəal əməkdaşlıq
mövcuddur.
Görüşdə
bildirilib ki, Milli Məclisdə uşaqlarla bağlı 35 qanun
qəbul edilib, 100-dən çox qanuna əlavə və dəyişikliklər
olunub.
Milli Məclisin
sədri xatırladıb ki, bir neçə gün əvvəl
Azərbaycan parlamenti “Məişət
zorakılığı haqqında” qanuna dəyişiklik edilməsi
barədə qanun qəbul edib. Qanun məişət
zorakılığına qarşı mübarizə sahəsində
normativ hüquqi bazanın təkmilləşdirilməsini və
bir sıra digər tədbirləri ehtiva edir.
Sahibə
Qafarova görüşdə, həmçinin Azərbaycanın
işğaldan azad olunan ərazilərində həyata
keçirilən bərpa və quruculuq işləri,
keçmiş məcburi köçkünlərin öz
yurdlarına qayıtması barədə də məlumat verərək,
işğaldan azad edilən ərazilərimizdə Ermənistan
tərəfindən basdırılmış minaların
yaratdığı təhlükələr haqqında
danışıb.
Görüşdə
Azərbaycan parlamentinin UNİCEF ilə əməkdaşlıq
məsələləri də nəzərdən
keçirilib. Qeyd olunub ki, Azərbaycan parlamenti UNİCEF-lə
birlikdə bəzi tədbirlər həyata keçirib.
Qarşıdakı dövrdə də bu istiqamətdə əməkdaşlığın
davam etdirilməsi ilə bağlı qarşılıqlı
niyyət ifadə olunub.
UNİCEF-in
Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saca
Faruq Abdullah ölkəmizi BMT-nin İqlim Dəyişikliyi
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi etməsi
üçün seçilməsi münasibətilə təbrik
edib. Qonaq bildirib ki, bu qərar Azərbaycanın sözügedən
sahədə əldə etdiyi nailiyyətlərin yüksək
səviyyədə tanınması deməkdir.
O, deyib ki, Azərbaycanda
uşaq hüquqlarının qorunması istiqamətində
mühüm nailiyyətlər əldə olunub. Bunlar
Davamlı İnkişaf Məqsədlərinə də
uyğundur. Qonaq UNİCEF-in Azərbaycanla uşaq
hüquqlarının daha da inkişaf etdirilməsi istiqamətində
əməkdaşlığı davam etdirmək niyyətində
olduğunu da diqqətə çatdırıb.
Görüşdə
qarşılıqlı maraq doğuran digər məsələlər
barədə də fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2024.-
7 mart, № 52.- S.3.