Sülh prosesinin əngəllənməsi Ermənistanın havadarlarının növbəti məğlubiyyəti olacaq

 

 

"Azərbaycan dövləti onun ali siyasi rəhbərliyi regionumuzda ikitərəfli danışıqlar formatı çərçivəsində uzunmüddətli davamlı sülhün bərqərar olması üçün bütün səylərini səfərbər edib. Lakin bu reallıqlar fonunda sülh prosesinə mane olan ciddi ideoloji təzyiqlər müşahidə edilir. Belə təzyiq elementlərinin mənbələri isə müxtəlifdir".

Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. Deputat bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində öz suverenliyini ərazi bütövlüyünü tam təmin edib. Yəni bu gün artıq Qarabağ problemi yoxdur. Mövcud problem Azərbaycan-Ermənistan münasibətlərinin bərpası, iki dövlətin sərhədlərinin müəyyən edilməsi, kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin işə salınması sair məsələlərlə bağlıdır. Amma Azərbaycanın yaratdığı yeni reallıqlar sülh müqaviləsinin imzalanmasına imkan yaradır.

Deputatın sözlərinə görə, bu vəziyyətdən duyuq düşən sülhpozucular əl-ayağa düşüblər. Misal üçün, Fransa son dövrlər ölkəmizə qarşı qərəzli davranışlarını intensivləşdirib. Gah Almaniyanın, gah Avropa Parlamentində oturan islamofob rasist nümayəndələrin əli ilə Azərbaycana qara yaxmağa, şər-böhtan yağdırmağa çalışır. Bununla da erməniləri revanşizmə həvəsləndirərək özünün Cənubi Qafqazda hərbi mövcudluğuna nail olmaq istəyir.

"Bundan başqa, sülhə əngəl törədən təzyiq elementləri həm Rusiyanın əsas təbliğatçılarından biri olan Marqarita Simonyandan gəlir. O, Rusiyada keçirilən Dünya Gənclər Festivalında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına mane olan bəyanatlar səsləndirib. Elə fikirlər bildirib ki, erməni gəncləri ayağa qalxsınlar yenidən Qarabağ xülyasına vararaq, revanşizm dalğası çərçivəsində sülhün əleyhinə çıxsınlar. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını istəməyənlər elə çıxışlar edirlər ki, İrəvan Azərbaycana qarşı yenidən ərazi iddiaları qaldırsın bunun reallaşması istiqamətində hərəkət etsin. Marqarita Simonyan kimi sülhpozucu fəaliyyətlə məşğul olanların əsas niyyəti budur", - deyə müsahibimiz əlavə edib.

Elman Nəsirov söyləyib ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən əsas tərəfdaşlardan biridir: "Ona görə Qərbin bir sıra ölkələri addım atarkən bu reallığı unutmamalı, tərəfdaşlıq münasibətlərinə xələl gətirən, siyasi-iqtisadi əməkdaşlığımıza kölgə salan davranışlar sərgiləməməlidirlər. Ermənistanın siyasi rəhbərliyi sülhə əngəl olan addımları ilə gündəmə gələnlərlə aparılan danışıqlarda bu məsələləri dilə gətirməli bu kimi addımların qarşısını almalıdır. Çünki bu gün sülh müqaviləsini imzalamaq Azərbaycandan çox Ermənistanın özünə lazımdır. Nəzərə almaq lazımdır ki, məğlub tərəf Ermənistandır, Azərbaycanın müharibədən dərhal sonra sülh sazişi təklifi isə dövlət xalq olaraq humanistliyimizin göstəricisidir".

Deputat yekunda vurğulayıb ki, Cənubi Qafqazda nifaq nifrət toxumu səpənlər heç əldə etməyəcəklər: "Belə qüvvələrin ağlasığmaz davranışları heç bir halda regiona sülh əmin-amanlıq gətirmir, əksinə, qarşıdurma mühitinin genişlənməsinə səbəb olur. Bu isə əslində Ermənistanın havadarlarının növbəti məğlubiyyəti deməkdir".

 

N.QAFARZADƏ,

Azərbaycan.-2024.- 7 mart, № 52.- S.6.