Bakıdan
dünyaya qlobal çağırışlar ediləcək
COP29 Azərbaycan üçün yeni fürsətlər yaradacaq
Bu ilin noyabrında Azərbaycanda
BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyası baş
tutacaq.
COP29-un ölkəmizdə keçirilməsi bir çox cəhətdən
böyük əhəmiyyət
daşıyır. Belə
mühüm tədbirə
evsahibliyi etmək ölkəmizin nüfuzunu
artırır. Digər
tərəfdən, onun
üzərinə konvensiyadan
irəli gələn öhdəliklərlə yanaşı,
iqlim dəyişikliklərinin
gələcək mənfi
təsirlərini minimuma
endirmək üçün
lazımi tədbirlər
görmək vəzifəsi
düşür.
Mövzu ilə
bağlı "Azərbaycan"
qəzetinə danışan
Sosial Tədqiqatlar Mərkəzinin departament rəhbəri Seymur Əliyev bildirib ki, BMT-nin İqlim
Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasına Azərbaycanın
evsahibliyi etməsi hadisəsini yalnız ölkə imici perspektivindən dəyərləndirmək
məqbul olsa da, yetərli deyil: "Belə ki, tədbirin ölkəmizdə həyata
keçirilməsinin verə
biləcəyi əsas
üstünlüklərdən biri heç şübhəsiz Azərbaycanın
qlobal iqlim gündəliyinə sadiqliyi
və aktiv rol alma təşəbbüsünün
açıq demonstrasiyasıdır.
Digər tərəfdən,
COP29 çərçivəsində iqlim dəyişikliyi müzakirələri dövlət
siyasətinin formulasiyası
baxımından da çox önəmlidir.
"Azərbaycan 2030: sosial-iqtisadi
inkişafa dair Milli Prioritetlər" sənədində təmiz
ətraf mühit və "yaşıl artım" ölkəsinin
əsas prioritetlərdən
biri kimi müəyyənləşdirildiyini nəzərə alsaq, belə olan halda tədbirə evsahibliyi strateji çərçivənin optimallaşdırılması
baxımından da xüsusi önəm daşıyır".
Tədbirin Azərbaycan
üçün bir sıra fürsətlər
yaratdığını qeyd
edən S.Əliyev deyib ki, ilk
növbədə sənayenin
yenidən transformasiyası
kontekstində ekoloji təmizliyə nail olmaq, təbii resurslardan dayanıqlı və davamlı istifadənin təmin olunması istiqamətində
müvafiq siyasət transferlərinin tətbiqini
dəyərləndirmək lazımdır. "Nəhayət,
beynəlxalq iqlim dəyişikliyi sazişlərindən
irəli gələn tələbləri qarşılamaq,
eləcə də müvafiq təşəbbüslər
ilə çıxış
etmək önəmlidir.
Burada xüsusilə qlobal istiləşmə və iqlim dəyişikliyi
ilə mübarizədə
istifadə edilən üsul və alətlərin nəzərdən
keçirilməsini xüsusilə
vurğulamaq yerinə
düşər", - deyə
o əlavə edib.
Departament rəhbəri
vurğulayıb ki, problemlə mübarizə
siyasətinin palitrasının
zənginləşdirilməsi və sözügedən neqativ trendin inkişaf proyeksiyalarının
müzakirə ediləcəyi
bir platformanın ölkəmizdə keçirilməsi
olduqca əhəmiyyətlidir.
Eyni zamanda COP29 çərçivəsində Bakıdan dünyaya qlobal çağırışlar
ediləcək. Bununla
yanaşı, pozitiv elm vasitəsilə aşkar edilən tutarlı, qərəzsiz və danılmaz faktların dataya əsaslanan rasional siyasətlərin inkişafına
təsiri qəbul edilsə də, bu funksiyanın qərar qəbul edənlərə müxtəlif
aspektlərdən təsir
göstərə biləcəyi
də nəzərdən
qaçmamalıdır.
Ə.QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
7 mart, № 52.- S.7.