Avropa Parlamenti Azərbaycanın uğurlarını qəbul etmək istəmir

 

 

Bir vaxtlar Ermənistanın Azərbaycana qarşı işğalını davam etdirməsi üçün məkrli planlar quran, ikili standartlar sərgiləyən bəzi ermənipərəst Qərb ölkələri beynəlxalq qurumlar bugünkü reallıqla barışa bilmirlər.

Azərbaycanın Qarabağ Şərqi Zəngəzur ərazilərinin işğaldan azad edilməməsinə, münaqişənin dondurulmasına birdəfəlik həll olunmamasına otuz ilə yaxın cidd-cəhdlə çalışanların məqsəd səylərini 2020-ci ilin payızında Müzəffər Azərbaycan Ordusu puça çıxardı.

Qəsbkar Ermənistanın növbəti təxribatı nəticəsində başlayan Vətən müharibəsi Azərbaycanın Zəfəri ilə bitdi. Bu, ədalətin, haqqın qalibiyyəti idi. Çünki Azərbaycan Ordusu öz torpaqlarında işğalçı ölkənin silahlı qüvvələri ilə döyüşərək qalib gəldi.  Ölkəmizin Qarabağ Şərqi Zəngəzur torpaqları yağıların tapdağından qurtuldu.

Haqsız da, haqlı da, işğalçı da, öz torpaqlarını işğaldan azad edən məlumdur. İndi ortada sual doğuran, anlaşılmayan məsələ yoxdur. Ermənilərə qədər qahmar çıxsalar da, dəstək versələr , həmin o Qərb ölkələri , beynəlxalq qurumlar da istər-istəməz bu faktla razılaşmalı olublar: işğal olunan Azərbaycanın əraziləridir. Deməli, Ermənistan işğalçı dövlətdir. Ancaq görünən o idi ki, erməni lobbisinin təsiri altında olan Fransa kimi ölkələr beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasətindən qətiyyən narahat narazı deyildilər.

Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində ərazilərini işğalçı Ermənistanın silahlı qüvvələrindən azad etməsi, 2023-cü ildə Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyinin tam bərpasına nail olması Cənubi Qafqazda lider dövlətə çevrilməsi bədxahların məkrli planlarını alt-üst etdi. Ölkəmizin dünyada mövqeyi gündən-günə möhkəmləndikcə düşmənlər qarayaxma kampaniyasını da gücləndirirlər. Ancaq faktları təhrif etməklə, beynəlxalq hüquqa zidd, böhtan xarakterli tamamilə əsassız qərarlar verməklə haqqın üzərinə kölgə sala bilmirlər. Ortaya atdıqları yalanlarla, iftiralarla yalnız özlərini gözdən salırlar.

Martın 4-də Prezident İlham Əliyev Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovu qəbul etdiyi zaman bildirdi ki, Azərbaycan beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü suverenliyini tam bərpa edib. Bundan sonra bir sıra Avropa təsisatları tərəfindən Azərbaycana qarşı genişmiqyaslı kampaniyanın başlandığını bunun qərəzli xarakter daşıdığını qeyd etdi. Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı qərəzli çirkin kampaniyanın aparıldığını bildirən dövlətimizin başçısı, bu cür yanaşmanın nümayəndə heyətimiz üçün dözülməz olduğunu vurğuladı. Bu ədalətsizliyə qarşı bir sıra ölkələrin parlamentləri tərəfindən mövqenin ifadə olunduğunu qeyd etdi.

Prezident İlham Əliyev 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycanın sülhün irəli aparılması üçün təşəbbüslərinə Ermənistanın müsbət münasibət bildirmədiyini, əksinə Qarabağda silahlandırma militarizasiya siyasəti apardığını, həmin ərazilərə böyük həcmdə minaların silah-sursatın göndərilməsini davam etdirdiyini xatırlatdı.

Avropa Parlamenti tərəfindən fevralın 28-də qəbul edilmiş "Ümumi xarici təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabat" da bu qurumun üzünü bir daha açıq şəkildə göstərdi. Qurumun Xarici Əlaqələr Komitəsinin hazırladığı illik hesabatda faktlar tamamilə təhrif olundu. Böhtan, yalan iftiralarla dolu olan "Ümumi xarici təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabat"ı ilə Avropa Parlamenti özünü daha da gözdən saldı, rüşvətxor avroparlamentarilərin oyuncağına çevrildiyini təsdiq etdi.

Görünən odur ki, Azərbaycan lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazisində işğalçı ölkənin silahlı qüvvələrinin tör-töküntülərini separatçıları məğlubiyyətə uğradaraq suverenliyini tam bərpa etdikdən sonra Fransa kimi ermənipərəst dövlətlərin beynəlxalq təşkilatların ölkəmizə qarşı diplomatik hücumu daha da intensivləşib. Bu il yanvarın 22-də qış yarımsessiyasının açılış günündə Avropa Şurası Parlament Assambleyasında ölkəmizin nümayəndə heyətinin etimadnamələrinin təsdiq edilməməsi, ardınca Avropa Parlamentində Azərbaycana qarşı sanksiyalara çağırışların yer aldığı bədnam qətnamə qəbul olunması bu münasibətin təzahürüdür. Avropa Parlamentinin bu ilin fevralında qəbul etdiyi növbəti riyakar qətnamə - "Ümumi təhlükəsizlik müdafiə siyasətinin həyata keçirilməsi ilə bağlı illik hesabat"ı ölkəmizə qarşı aparılan həmin çirkin kampaniyanın tərkib hissəsidir.

Lakin qarayaxma kampaniyasının bir hissəsi olan bundan əvvəlkilər kimi, bu ilin fevralında Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnamə Azərbaycan üçün heç bir siyasi, hüquqi qiymətə malik deyil.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.- 2024.- 7 mart, № 52.- S.8.