Torpaq ona baş əyəni ucaldır

 

 

Ötən ili yüksək göstəricilərlə yola salan tovuzlu fermerlər cari ildə daha yüksək nəticələr qazanmaq əzmindədirlər

 

 

 

Tovuzun aqrar sektorunda ənənəvi əkinçilik sahələri heyvandarlıq aparıcı rol oynayır. O üzdən kartofçuluq, taxılçılıq, üzümçülük, tütünçülük digər kənd təsərrüfatı bitkilərinin əkin sahələri genişləndirilir, idxalı əvəz edən yerli istehsala diqqət artırılır bu zaman daha məhsuldar sortlara üstünlük verilir.

Ötən mövsüm əkin sahələrini genişləndirərək 18454 hektara çatdıran Tovuz taxılçıları 15644 hektarda buğda, 2810 hektarda arpa yetişdirmişlər. Buğda sahələrinin hər hektarından 41,9, arpa əkilən hər hektardan 29,3 sentner məhsul biçilmişdir. Taxıl istehsalı ilə məşğul olan ayrı-ayrı təsərrüfatlara gəldikdə, məsələn, "Aqro Dairy" MMC- məxsus ərazidə 8880 hektar payızlıq taxıl səpilmişdir. Sahələrdən 26883,2 ton buğda, 3235 ton arpa götürülmüşdür. "Tovuz Aqrokompleks" uğurlu göstəriciyə nail olmuşdur. Belə ki, 260 hektar sahədə səpilmiş payızlıq buğda sahəsinin hər hektarından 46 sentner olmaqla ümumilikdə 1196 ton məhsul əldə edilmişdir.

Gədəbəydən sonra kartof istehsalına görə ön sıralarda olan Tovuzda bu vacib bitkinin istehsalı da durmadan artır. Hər il kartofdan xeyli qazanc əldə edən təsərrüfat rəhbərləri keçən il yüksək göstəricilərə nail olmuşlar. Onlar əkin sahələrini genişləndirərək 5271,2 hektara çatdırmışlar. Bu sahədə yüksək göstəricilər qazanan çoxlu sayda təsərrüfatlar var. Məsələn, uzun illərdir  kartofçuluqla məşğul olan ikinci dərəcəli "Əmək" ordenli Ədalət Məhərrəmov 33,37 hektar sahənin hər hektarından 65 ton məhsul götürmüşdür. Onu da qeyd edək ki, təsərrüfatda istehsal olunan kartof, əsasən, toxum üçün nəzərdə tutulmuşdur.

Tovuzda heyvandarlığın inkişafı da diqqət çəkir. Yanvarın 1-nə olan məlumata görə, rayon üzrə 164030 baş qoyun keçi, 41036 baş mal-qara var. Mal-qaranın 42,6 faizini ana inəklər təşkil edir. Heyvandarlıq məhsullarının istehsalında ayrı-ayrı təsərrüfatlar daha çox fərqlənirlər. Məsələn, Qovlar sakinləri Şahin Ələsgərov, Tofiq Bayramov, Cəlal Ələsgərov bir çoxları rayon üzrə ət istehsalında həmişə öndə gedirlər.

Qaraxanlı kənd sakini Zeynalabdin Zeynalovun Bozalqanlı kənd sakini Orxan Tağıyevin  təsərrüfatları isə quşçuluq sahəsində ixtisaslaşıb. Hazırda Z.Zeynalovun təsərrüfatında 6000, O.Tağıyevin təsərrüfatında 14000 quş saxlanılır.

Rayonun ən böyük kəndlərindən olan Bozalqanlıda süd zavodu fəaliyyət göstərir. Zavod sutka ərzində 200-300 litr süd qəbul etmək gücündədir. Burada 20-dək işçi çalışır. Hələlik qatıq yağ istehsal edən zavodun rəhbəri Gökhan Cengiz deyir ki, istehsal etdikləri məhsullara tələbat çox olduğundan məhsulları heç vaxt anbarda qalmır.

Bunlardan savayı, tovuzlular dən üçün qarğıdalı, paxlalı bitkilər, müxtəlif tərəvəzlər, bostan, günəbaxan, şəkər çuğunduru, tütün yetişdirirlər. Əvvəlki illərdə olduğu kimi, keçən il bu sahələr üzrə yüksək nəticələr əldə edilmişdir. Məsələn, əkin sahələrindən  5751,3 ton qarğıdalı, 380,6 ton tərəvəz, 128,8 ton bostan, 69,6 ton günəbaxan, 164,6 ton meyvə giləmeyvə, 8249,3 ton üzüm, 13471,7  ton kartof, 7780 ton şəkər çuğunduru, 65,1 ton tütün, 3700,7 ton yem bitkiləri yığılmışdır.

Qeyd edək ki, Tovuzda  iqtisadi cəhətdən daha gəlirli olan tütünçülüyə son bir neçə ildə xüsusi diqqət yetirilir. Artıq 4-cü ildir rayonda bu sahə ilə "Tovuz Aqro Sənaye" MMC məşğul olur. Müəssisədə 250 nəfər çalışır. Keçən il MMC 20 hektarda tütün şitili basdırmışdı. Yaz-yay aylarında havaların sərt yağmurlu keçməsinə baxmayaraq, tütünçülər aqrotexniki tədbirləri vaxtında həyata keçirərək nəzərdə tutulduğundan çox məhsul təhvil vermişlər. Yeri gəlmişkən bildirək ki, iki ildir yaş tütünün qurudulmasında yaranan çətinlik artıq  aradan qaldırılmışdır. Belə ki, "Tovuz Aqro Sənaye" MMC-nin nəzdində 10 işçisi olan tütünqurutma sexi fəaliyyətə başlamışdır. Gəlirli sahələrdən biri baramaçılıqdır. Rayonda elə kənd yoxdur ki, orada barama saxlamağa maraq göstərilməsin. Bu sahənin inkişafına dövlətin verdiyi dəstəyin nəticəsidir ki, Tovuz kümçüləri hər il yüksək göstəricilər əldə edirlər. Onlar keçən il qəbul məntəqələrinə 7 ton yaş barama təhvil vermişlər. Hazırda baramaçılığın yem bazasının yaradılması üçün işlərə başlanılmışdır.

Əvvəlki illərdə olduğu kimi, keçən il rayonda abadlıq quruculuq işləri davam etmiş, əhalini narahat edən bir çox problem həll olunmuşdur. İl ərzində yollara 40800 kvadratmetr asfalt salınmış, 5700 kvadratmetr tamet daşı döşənmiş, küçələrin işıqlandırılması üçün 72 elektrik dayağı quraşdırılmış, piyada yollarına 400 paqon metr daş düzülmüşdür. Eyni zamanda 2 şəhid ailəsinə ev tikilmişdir. Hər iki ev təmir olunmuşdur.  

Tovuzlular keçən il qazandıqları uğurlardan heç arxayınlaşmırlar. Onlar cari ilə ruh yüksəkliyi ilə başlamışlar. İndi hər bir tovuzlu çalışır ki, daha böyük nailiyyətə imza atsın. Bunun üçün isə rayonda hər cür  imkan şərait vardır.

 

Sabir ƏLİYEV,

Azərbaycan.-2024.- 7 mart, № 52.- S.9.