"Mən
arzuma çatmasam da, oğlum istəyinə yetişdi"
Nicat dünyaya
gələndə ermənilər
ata yurdu Kəlbəcəri işğal
edib dinc əhaliyə amansız divan tutmuşdular. Qarabağ işğal altında idi. Yurdumuzu xarabazara çevirən düşmən
yeni ərazilər işğal etmək iddiasından da əl çəkməmişdi…
Birinci Qarabağ
müharibəsi qazisi
Habil kişi hər gün oğluna ermənilərin
xalqımızın başına
gətirdiyi müsibətlərdən
danışar, söhbətini
"bu qan yerdə qalmamalıdır"
nidası ilə tamamlayardı.
Məktəbdə müəllimlərinin,
evdə valideynlərinin
Qarabağ haqqında,
erməni vandalizmi haqqında söhbətlərini
dinləyən Nicatın
böyüdükcə içində
bir qəzəb püskürürdü. Ürəyində
işğalda olan Vətən torpaqlarını
azad etmək arzusu böyüyürdü.
Atasının söhbətlərini
dinləyən Nicat deyərmiş ki, "sizin həll edə bilmədiyiniz problemi biz həll
edəcəyik. Bu işi gələcək nəsillərə saxlamaq
olmaz".
Atası deyir ki, illər keçdikcə o torpaqların
azad olunması haqqında söhbətlər
bizə xəyal kimi görünürdü.
Yurdu, yuvası viran olmuş bir insan kimi
torpaqlarımızın azad
olunmasını çox
istəyirdim. Ata kimi isə arzum
oğlumu evləndirmək,
baba olmaq, övladımın xoşbəxt
həyat sürməsini
görmək idi. Nicatın təkcə arzusu yox, həm
də məqsədi torpaqlarımızı azad
görmək, torpaq uğrunda savaşmaq idi. Bu yolu
özü seçmişdi.
Təsəllim odur ki, mən arzuma
çatmasam da, oğlum məqsədinə
çatdı. İndi
torpaqlarımız işğaldan
azaddır. Cənab Prezidentimizin birbaşa rəhbərliyi ilə azadlığına qovuşmuş
torpaqlarımızda əsl
cənnət yaradılır.
Oğlumun ruhu da bu gözəlliyi
görüb şad olur.
Azərbaycan Ordusunun
leytenantı Nicat Habil oğlu Atayev 1994-cü il martın 5-də Mingəçevir
şəhərində dünyaya
göz açıb. Nicat Gəncə şəhərində 55 saylı
Kəlbəcər orta
məktəbini bitirib.
2011-ci ildə həqiqi
hərbi xidmətə
gedən Nicat Atayev Naxçıvan şəhərində yerləşən
"N" saylı hərbi
hissədə qulluq edib. 2013-cü ildə hərbi xidməti başa vurduqdan sonra Gəncə Dövlət Universitetinin Fiziki hazırlıq fakültəsinə qəbul
olunub.
Atası
deyir ki, Nicatın uşaqlıqdan
arzusu hərbçi olmaq idi. Hərbi
xidmətini başa vurduqdan sonra da bütün sözü, söhbəti
torpaqlarımızın işğaldan
azad olunması ilə bağlı idi. Nicat ordumuzun
gücünə çox
inanırdı. Deyirdi
ki, müharibə başlasa, biz qələbə çalacağıq.
Ali təhsilini başa vurduqdan sonra zabit kimi
orduda xidmət etmək üçün Müdafiə Nazirliyinə
müraciət etdi.
2019-cu ildə üçaylıq
zabitlik kursunu keçdikdən sonra oğlumu xidmət üçün Füzuli
rayonundakı "N" saylı
hərbi hissəyə
göndərdilər.
2020-ci il sentyabrın
27-də Vətən müharibəsi
başlayanda düşmənin
qarşısına çıxan
igidlərimizdən biri
də ön cəbhədə xidmət
edən leytenant Nicat Atayev idi.
Döyüş yolu qısa olsa da, göstərdiyi qəhrəmanlıqlar böyük
olub. O, Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı istiqamətində
düşmənin hücumunun
qarşısını alarkən
qəhrəmancasına şəhid
olub. Vətən müharibəsinin ilk şəhidlərindən olan
Nicat Habil oğlu Atayev Bakıda İkinci Fəxri xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi
bütövlüyünün təmin edilməsi uğrunda döyüş
əməliyyatlarında qəhrəmanlıq
göstərən leytenant
Nicat Atayev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə
ölümündən sonra
"Vətən uğrunda",
"İgidliyə görə",
"Xocavəndin azad olunmasına görə"
və "Füzulinin
azad olunmasına görə" medalları
ilə təltif olunub.
Anası Rəsmiyyə
xanım Nicatla son telefon danışığını
yada salır: "Sentyabrın 26-sı axşam
saat 10-da zəng vurmuşdu. Atasını,
qardaşlarını soruşdu.
Müharibə olacağı
haqqında heç eyham da vurmadı.
Əhvalı çox
yaxşı idi. Telefon danışığı
bitəndən sonra ürəyimdən qəribə
bir hiss keçdi. İçimdəki
hiss deyirdi ki, bu sənin
Nicatla son danışığındır. Oğlum xalqımızın
üzünü ağ,
torpaqlarımızı işğaldan
azad edən qəhrəmanlardandır. Hər
bir anaya belə bir igid
övlad böyütmək
nəsib olmur. Oğlumla fəxr edirəm".
Elşən QƏNİYEV,
Azərbaycan.-2024.-
7 mart, № 52.- S.10.