Azərbaycanın xarici iqtisadi əlaqələri kəmiyyətdən keyfiyyətə keçir

 

 

Məlumdur ki, xarici iqtisadi əlaqələrin inkişafını şərtləndirən əsas amil uzaq yaxın ölkələrlə münasibətləri genişləndirməkdir. Bu baxımdan, İqtisadiyyat Nazirliyinin atdığı addımlar intensivliyi dinamikliyi ilə seçilir.

Bu yaxınlarda iqtisadiyyat nazirinin birinci müavini, Azərbaycan Respublikası Hökuməti Braziliya Federativ Respublikası Hökuməti arasında Ticarət İnvestisiya Əməkdaşlığı üzrə Birgə İşçi Qrupunun həmsədri Elnur Əliyev Braziliyanın Kənd Təsərrüfatı Heyvandarlıq Nazirliyinin ticarət beynəlxalq əlaqələr üzrə katibi Roberto Perosa ilə görüşmüşdür. Ölkələrimiz arasında ticarət dövriyyəsinin genişləndirilməsi iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə əlaqələrin inkişafı üçün imkanların olduğu nəzərə çatdırılmış, Azərbaycanda sahibkarlar üçün yaradılmış əlverişli biznes investisiya mühiti, sənaye zonalarında investorlar üçün nəzərdə tutulan güzəştlər stimullar barədə danışılmışdır. Bundan başqa, COP29 çərçivəsində birgə fəaliyyət imkanları "yaşıl" maliyyələşmə üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilmişdir.

Tərəflər həmçinin qarşılıqlı investisiya qoyuluşu, dövlət-özəl tərəfdaşlığı çərçivəsində əməkdaşlıq, aqrar sahədə əlaqələrin perspektivləri, o cümlədən Azərbaycanın kənd təsərrüfatı məhsullarının Braziliyaya ixracının genişləndirilməsi, ərzaq təhlükəsizliyi, aqroparklara müasir texnologiyaların cəlbi istiqamətində fikir mübadiləsi aparmışlar.

Elnur Əliyevin Moldovanın energetika naziri Viktor Parlikov arasında keçirilən görüşdə isə Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın əməkdaşlığımızın gücləndirilməsində biznes dairələrinin səylərinin əlaqələndirilməsində səmərəli platforma olduğu vurğulanmışdır. Qeyd olunmuşdur ki, "yaşıl enerji" sahəsində qarşılıqlı faydalı əməkdaşlıq üçün ciddi perspektivlər mövcuddur.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika infrastruktur naziri ilə görüşdə iqtisadi əlaqələr, "yaşıl enerji" layihələrinin icrası, birgə fəaliyyətin genişləndirilməsi üçün investisiya imkanları COP29 çərçivəsində əməkdaşlıq istiqamətləri müzakirə edilmişdir. İqtisadiyyat naziri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf Birləşmiş Ərəb Əmirliklərinin energetika infrastruktur naziri Suhail Məhəmməd Al Mazrui arasında keçirilən həmin görüşdə iqtisadi-ticarət, qarşılıqlı investisiya qoyuluşu, logistika s. sahələrdə tərəfdaşlığın genişləndiyi qeyd olunmuşdur. Bildirilmişdir ki, BƏƏ-nin "Masdar" şirkəti ilə "yaşıl enerji" sahəsində həyata keçirilən uğurlu əməkdaşlıq enerji təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Ölkəmizin əlverişli coğrafi mövqeyinin, mühüm nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsinin, tranzit imkanlarının artmasının investorların fəaliyyəti üçün geniş imkanlar açdığının vurğulandığı görüşdə bu imkanlardan yararlanan BƏƏ adamları ilə birgə layihələrin icrasının regional əməkdaşlığı daha da genişləndirəcəyi diqqətə çatdırılmışdır.

Azərbaycanın iqtisadi əlaqələrinin inkişafında önə çıxan amillərdən biri Avropa İttifaqı ilə əməkdaşlığın inkişafıdır. Artıq bu çərçivədə Avropa İttifaqı investisiyalarının müəyyən edilməsi prioritetləşdirilməsi üçün yaradılan yüksəksəviyyəli işçi qrupunun 2-ci iclasında mühüm məsələlər müzakirə olunmuşdur. Tədbirdə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Avropa Komissiyasının Şərq Qonşuluğu İnstitusional Quruculuq üzrə direktoru Adrienn Kirali, Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko, xarici işlər maliyyə nazirliklərinin, Avropa Yenidənqurma İnkişaf Bankının, Avropa İnvestisiya Bankının nümayəndələri iştirak etmişlər. Avropa Komissiyası tərəfindən irəli sürülən flaqman təşəbbüslərin ölkəmizin növbəti onillikdə sosial-iqtisadi inkişafının milli prioritetləri ilə üst-üstə düşdüyünün qeyd olunduğu tədbirdə ölkəmizin beynəlxalq maliyyə institutları Avropa İttifaqı ilə tərəfdaşlığa verdiyi önəm xüsusi vurğulanmışdır. Diqqətə çatdırılmışdır ki, Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair milli prioritetləri üzrə tədbirlərin həyata keçirilməsi, xüsusilə rəqabətqabiliyyətli iqtisadiyyatın təmini digər məqsədlərə çatması beynəlxalq maliyyə institutları ilə əməkdaşlığı zəruri edir.

 

Bahadur İMANQULİYEV,

Azərbaycan.-2024.- 7 mart, № 52.- S.11.