Texnoloji asılılıq

 

 

İnkişaf meyli zərərli fəsad da yaradır

 

 

 

Bu gün həyatımızın ayrılmaz hissəsinə çevrilən, istər , ünsiyyət, istərsə əyləncə vasitəsi olan texnoloji cihazlardan, demək olar ki, kiçikdən böyüyə hər kəs istifadə edir.

Texnoloji yeniliklərin asanlıqla qəbul edilməsinin səbəbi isə onların insanların işini asanlaşdırması həyat səviyyəsini yüksəltməsidir. Lakin bu texnoloji cihazlarla bağlı narahatedici məqamlar da az deyil. Belə ki, onlar işimizi asanlaşdırmaqla yanaşı, asılılıq da yaradır, bir qisim insanı müasir texnologiya dövrünün "əsiri"nə çevirir.

 

 

 

Texnoloji asılılığın dezavantajları

 

 

 

Mövzu ilə bağlı "Azərbaycan" qəzetinə açıqlama verən sosioloq Sahib Altay deyir ki, əksər hallarda zərurətdən doğan texnoloji cihazlar artıq həyatımızın mühüm bir parçasına çevrilib: "Zamanımızı, enerjimizi alan, beynimizi məşğul edən texnoloji vasitələr sərhədsiz informasiya qaynağıdır. Onlardan ən əsası mobil telefonlardır. Sosial həyatda olan müxtəlif, hüquqi, ənənəvi dəyər xarakterli qadağalar var ki, internet bu qadağaları aradan qaldırır. Üstəlik, sosial həyatlarında ünsiyyət qurmaqda çətinlik çəkən, fikirlərini rahatlıqla söyləyə bilməyən insanlar mütəxəssisə müraciət etmək əvəzinə, sosial həyatda edə bilmədiklərini virtual aləmdə kompensasiya edirlər".

S.Altay bildirir ki, virtual dünya insanların reallaşmayacağı arzularını da həyata keçirir: "Məsələn, tank sürücüsü, təyyarə pilotu olmaq istəyənlər virtual oyunlarda bunu asanlıqla reallaşdırırlar. Lakin bunun mənfi tərəfləri var. İstifadəçilərin bu zəifliklərindən istifadə edilərək asanlıqla manipulyasiya da olunurlar. Belə ki, istifadəçilər bəzən mütəmadi olaraq neqativ pozitiv xəbərlər alır, onların təsirində qalır tətbiq edirlər".

Sosioloq bildirir ki, texnoloji asılılığın qarşısını almaq üçün elə virtual aləmdən istifadə etmək lazımdır: "Sosial media vasitəsilə insanların şəxsi həyatlarında bir sərhədin olmasını təbliğ etmək lazımdır. Lakin texnoloji asılılığın qarşısını tamamilə almaq mümkün deyil. İstifadəçilər bunu özləri anlamalı,  psixoloji sosial həyatlarına zərər verdiyini dərk etməlidirlər".

 

 

 

Səbirsiz, impulsiv, unutqan...

 

 

 

Texnologiyanın inkişafı cəmiyyətə fayda verib, onun tərəqqisinə müsbət təsir göstərib. Psixoloq Elnur Rüstəmov qəzetimizə açıqlamasında bildirdi ki,  bu gün texnologiyanın inkişafının qaranlıq tərəflərinin şahidi oluruq: "Texnoloji inkişafla əlaqədar insanların bir qismi reallıq hissinin mühüm aspektlərini itirir ondan uzaqlaşır. Bu da özlüyündə insanı səbirsiz, impulsiv, unutqan hətta daimi psixoloji narahatlıqlar yaşayan biri edir. Buna görə son zamanlar mütəxəssislər cəmiyyətin texnologiyadan asılılığı ilə bağlı həyəcan təbili çalırlar".

E.Rüstəmovun sözlərinə görə, yaşından, cinsindən, etnik mənsubiyyətindən ya iqtisadi statusundan asılı olmayaraq, insanların əksəriyyəti smartfon istifadəçiləridirlər: "Biz onlardan yemək masasından tutmuş avtomobil sürənədək hər yerdə istifadə edirik. Telefonlar itirildikdə, hətta bir neçə dəqiqəlik əlçatmaz olduqda belə narahat oluruq. Bu gün sosial şəbəkələrdən tutmuş, yaxınlarımızla qurduğumuz internet əlaqələrinədək, hətta ödənişlərdən tutmuş yuxuya qədər hər şey internetlə əlaqəlidir. Bütün bu bəsit bağlantılar məhz texnoloji asılılığa təkan verir. Odur ki, ekspertlər tərəfindən "21-ci əsrin bəlkə ən böyük asılılığı" kimi dəyərləndilir. Hətta 2010-cu ildə "The New York Times"da bu mövzunu işıqlandırarkən psixiatrlardan biri bu haqda belə bir fikir irəli sürmüşdü: "Həyat getdikcə daha çox söhbət otağına bənzəyir. Biz bu virtual həyat tərzinə görə real həyatımızın bədəlini ödəyirik".

 

 

 

Real virtual tarazlığı qorumaq lazımdır

 

 

 

Keçmişdə texnologiyanın gələcəyinə dair əsas narahatlığın şəxsiyyətlərarası münasibətləri sosial normaları pozması olduğunu qeyd edən psixoloq bu gün həmin qorxuların öz reallıqları ilə cəmiyyətin üzərini qara bulud kimi aldığını vurğulayır: "Bəzi araşdırmalar göstərir ki, mobil telefonlardan digər elektron cihazlardan həddindən artıq istifadə psixoloji problemlər yaradır. Bura özünə hörmətin aşağı olması, impulsivlik, sensasiya axtarışı yüksək dərəcədə ekstrovert ya introvert şəxsiyyət olmaq kimi səbəblər daxildir. Texnologiyadan asılılıq sosial fobiya, sosial həyəcan pozuntusu ya panik pozuntu kimi əvvəllər mövcud olan psixoloji pozuntuların simptomlarını da artıra bilər. Bu da özünü nəticə etibarilə həddindən artıq ağır şəkildə büruzə verir".

E.Rüstəmov bildirir ki, daim telefon zəngi, sms, e-poçt ya sosial media bildirişi gözlədiyimiz zaman beynimiz bunu narahatlıq kimi qeydə alır o şəkildə cavab verir. Belə ki, istifadəçilər rəqəmsal dünyada baş verənləri qaçırmaqdan qorxduqları üçün onlarda daxili, gizli təşviş hissi yaranır. Kənardan elə görünür ki, insan bu gözləntilər zamanı həzz alır. Lakin həqiqət əksinədir, çünki şəxs o situasiyada fərqində olmadan narahatlığını azaltmağa çalışır.

"Nizamsız onlayn davranış nümayiş etdirənlər heç vaxt bundan tamamilə imtina edə bilməzlər. Buna görə bəzi ekspertlər telefonunuzu tez-tez yoxlamağa məhdudiyyətlər qoymağı hətta arabir özünüzü smartfonlardan uzaqlaşdırmağı məsləhət görürlər. Bu gün bir çox ölkələrdə bəzi restoranlar ictimai iaşə obyektləri "mobil telefondan istifadə etmək qadağandır" "sakit zona" üsuluna keçərək bu asılılığa qarşı gəlməyə çalışırlar. Bu cür təcrübələrə bir çox ictimai yerlərdə siqaretdən istifadənin necə qadağan edildiyini xatırladır. Ekspertlər texnologiyanın mənfi təsirləri ilə mübarizədə bu üsulun yaxın illərdə bir çox ölkələrdə tətbiq edilməsinin zərurətini vurğulayırlar", - deyə psixoloq bildirir.

E.Rüstəmov qeyd edir ki, davam edən innovasiya texnologiya dəyişiklikləri ilə real virtual həyat arasındakı tarazlığı saxlamaq insanlığa veriləcək ən böyük töhfədir. İnsanlar texnologiyaya bağlılığın daha tez fərqinə varsalar, onunla əlaqəli mənfi davranışları azaltmağa kömək edəcək strategiyaların hətta müalicənin fərqinə vara bilərlər. Unutmamalıyıq ki, insan olaraq biz ünsiyyət üçün yaradılmışıq. Ünsiyyət bütün insan münasibətlərinin təməlidir. Bu əlaqələr isə kifayət qədər qarşılıqlı bağ olduqda formalaşır. Ünsiyyət insanlara öz fikirlərini hisslərini ifadə etməyə eyni zamanda digər insanın duyğularını düşüncələrini anlamağa kömək edir. Ən əsası isə o, bu gün cəmiyyətin əskikliyi olan empatiyanı inkişaf etdirir.

 

Ülkər XASPOLADOVA,

Azərbaycan.-2024.- 7 mart, № 52.- S.11.