Mərhəmətin zərif rəmzi

 

 

Bütün dünyada olduğu kimi, Azərbaycanda da 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd edilir. Bu, Azərbaycan qadınına olan hörmət ehtiram nümunəsidir.

Ümumiyyətlə, tarixinin ən qüdrətli Azərbaycanında zəriflik gözəllik rəmzi hesab olunan qadınlara xüsusi diqqət göstərilib. Sarsılmaz iradə, mətanət, əzmkarlıq nümunəsi olan qadınlarımız həm istedad, zəka zəhmətin birlikdə necə xariqələr yaratdığını fəaliyyətlərində təcəssüm etdiriblər. Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq mübarizliyi ilə tanınıb, ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edib, dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirib.

Azərbaycan qadını ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışır dəyərli töhfələr verir. Bunun ən bariz nümunəsi isə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadır. Azərbaycanın davamlı inkişafı, dövlətçiliyimizin, milli dəyərlərimizin qorunması istiqamətində misilsiz xidmətlər göstərən, xalqımızın xoşbəxt firavan yaşamasını həyat kredosuna çevirən Birinci vitse-prezident həm beynəlxalq miqyasda Azərbaycan qadınının parlaq obrazıdır.

 

 

 

Nəciblik, xeyirxahlıq mücəssəməsi

 

 

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin "Yumşaq güc" siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır.

Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət xeyirxahlığının, zəngin mənəvi-intellektual yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.

Xoşniyyətli əməlləri ilə adını şanlı tariximizə qızıl hərflərlə yazdırmağa müvəffəq olan Mehriban xanım Əliyevanın ömür kitabına yazılanlar həqiqətən bənzərsizdir. Son 20 ildə ölkəmizdə qadın hərəkatının geniş vüsət almasında, xanımlarımızın nəcib xeyirxah məqsədlər naminə sistemli ardıcıl fəaliyyətinin genişlənməsində Mehriban xanım Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər məhz onun şəxsiyyətində daha parlaq təcəssümünü tapır.

Mehriban xanım Əliyeva uşaqların böyük dostu, "mənəvi anası" kimsəsizlərin ən böyük hamisidir. Qayğıya ehtiyacı olanlara hər zaman sevinc hissləri yaşatdığına görə özünü xoşbəxt sayır. Müsahibələrinin birində bu məqama toxunan birinci xanım deyib: "Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir".

Həyatının mənasını insanlara təmənnasız köməkdə, xeyirxah nəcib əməllərdə axtaran Mehriban xanımın özünün söylədiyi kimi, başqalarına yaxşılıq etmək, mərhəmət göstərmək onun ən ülvi insani keyfiyyətinə çevrilib. Onun xoşməramlı fəaliyyətinin kökündə təmənnasızlıq, səmimilik dayanıb. İnsan öz xeyirxah əməlləri ilə yadda qalır. Mehriban Əliyeva da nəcib əməlləri ilə insanların qəlbində özünəməxsus yer tutub.

 "Həyatda hər bir kəsin yerini taleyini tarix müəyyən edir. Odur ki, böyük, kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının dünyanın qurub yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə, elə olmalısan - bax, budur bizim həyatımız. Ona görə özgələrin rollarını obrazlarını gərək öz üzərinə götürməyəsən. Çünki sən , dünyada yerin yeganə bənzərsizdir".

Bu dəyərli fikirlərin müəllifi hörmətli Mehriban xanım Əliyevadır.  Ölkənin birinci xanımı deyir ki, bu həyatda yalnız öz obrazını oynamalı, öz əməllərinlə iz qoymalısan. Göründüyü kimi, Ulu Öndər Heydər Əliyevin "Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir" kəlamını Mehriban xanım Əliyeva müdrikliklə, həm müdrikə sədaqət kimi yaşadır. Bunun nəticəsidir ki, Mehriban xanım Əliyevanın xarakteri vətənpərvərlik, xalqa, torpağa, dövlətçiliyə qədərsiz məhəbbət duyğularının vəhdətində bu səviyyədə formalaşıb.

 

 

 

Bacarıqlı siyasətçi, sadiq silahdaş

 

 

 

Artıq 7 ildir ki, Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi uğurla fəaliyyət göstərir. Onun rəhbərliyi altında çoxsaylı layihələr reallaşıb, ümumiyyətlə, ölkə həyatının elə bir sahəsi olmayıb ki, diqqətindən kənarda qalsın.

Etiraf etməliyik ki, Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamına əsasən, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunması heç təsadüfi deyildi. Çünki Mehriban Əliyeva həmin zaman həm Milli Məclisin deputatı kimi, həm Heydər Əliyev Fondunun rəhbəri olaraq ölkə daxilində beynəlxalq arenada mühüm layihələr həyata keçirirdi. Milli Məclisin deputatı olduğu zamanlar mütəmadi olaraq seçicilərlə görüşlər keçirir, onların qayğıları ilə maraqlanır, rəy təkliflərini öyrənib, sosial problemlərinin həlli istiqamətində müvafiq tədbirlər görürdü. Seçicilərin dərin hörmət rəğbətini qazanan Mehriban xanım Əliyeva parlamentdə dövlətimizin xalqımızın maraqlarından çıxış edərək bir sıra vacib qanunların qəbul olunmasında yaxından iştirak edirdi. Bununla bərabər, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında fəal rol oynayır, təhsil, səhiyyə, mədəniyyət, incəsənət sahəsində həyata keçirdiyi layihələr bu istiqamətlərin inkişafına əvəzsiz töhfə verirdi. Onun təşəbbüsü ilə reallaşan amnistiya aktları yüz minlərlə ailəyə sevinc bəxş edib. Həmçinin Azərbaycan həqiqətlərinin, mədəniyyətinin dünyaya tanıdılması istiqamətində gördüyü işlər beynəlxalq aləmdə böyük əks-səda doğurur, bu layihələr Azərbaycanın dünyadakı mövqeyini daha da möhkəmləndirir, ölkəmizin qədim mədəni-tarixi köklərə malik olduğunu sübuta yetirirdi.

Birinci xanım təkcə ölkə daxilində yox, dünya miqyasında məşğul olduğu sahələr üzrə yüksək standart müəyyənləşdirib. O, atdığı humanist addımlarla, gördüyü nəcib işlərlə, sülhün bərqərar olması üçün göstərdiyi şücaətlə bütün insanlar üçün təkrarlanması vacib örnəyə çevrilib.

Mehriban xanımın fəaliyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətti uğurla tamamlayır həmçinin ölkənin birinci xanımı fədakarlığı, mədəniyyətimizə, tariximizə, adət-ənənələrimizə bağlılığı ilə ən böyük mükafat olan ümumxalq sevgisinə layiq olduğunu sübut edir. Xeyirxah əməlləri ilə xalqının sevimlisinə çevrilən Heydər Əliyev Fondunun rəhbəri Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən nəciblik missiyasını şərəflə yerinə yetirir. Onun ölkəmizin ictimai-siyasi mədəni həyatındakı rolu mühüm, xidmətləri danılmazdır.

İkinci Qarabağ müharibəsi başlayanda xalq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın duyğuları tərpədən, ədalətli müharibəmizdə döyüşçülərimizi döyüşə uğurlayan kəlamını da əsgəri çağırış bildi: "Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!"

Bu həm çağırış, həm ana duası idi. Bu çağırış Şanlı Zəfərə aparan yolda qəhrəman oğullarımızın döyüş ruhunu artırdı. Döyüşlərdə qəhrəmanlıq göstərərək yaralanan hərbçilərimizə mütəmadi baş çəkib qayğılarına qalan Mehriban xanım Əliyevanın ana qayğısı hər bir hərbçimizin döyüş ruhunu artırırdı.

Böyük Zəfər ölkəmizin siyasi imicini yüksəltdi, dünya dövlətlərinin ona ehtiramını da artırdı. Zəfərdən sonra Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərlərində Birinci vitse-prezident Mehriban xanım Əliyeva da olur, dövlət başçısı ilə birlikdə quruculuq işlərinin başlanğıcında, bu ya digər müəssisənin təməlqoyma mərasimində iştirak edir. Bünövrənin qoyulmasında bu səviyyədə iştirak sevginin ifadəsidir, sözlə ifadə edilə bilməyən ana xeyir-duasıdır.

Mehriban xanım Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondunun Qarabağ Şərqi Zəngəzurda gördüyü işlər möhtəşəmdir. Vandal ermənilərin 30 ildə darmadağın etdikləri tarixi-mədəni dini abidələrimizi yenidən bərpa edən fondun gördüyü işlər misilsizdir.

Bütün bunların fonunda əminliklə deyə bilərik ki, xeyirxahlığı, Vətənə, xalqa, dövlətçiliyə, dövlətə xidməti həyat fəlsəfəsi bilən Mehriban xanım Əliyevanın Azərbaycanın ən yüksək dəyərinə - "Heydər Əliyev mükafatı"na, "Heydər Əliyev" ordeninə layiq görülməsi təsadüfi deyil.

 

 

 

Şərqin ilk seçib-seçilmək hüququ qazanan qadını

 

 

 

Azərbaycan qadını hər zaman cəmiyyətimizin əsas aparıcı qüvvəsi olaraq bir xalq kimi formalaşmağımızda, tariximizin zənginləşməsində, ədəbiyyatımızın, mədəniyyətimizin yaranmasında inkişafında müstəsna rol oynayıb. Müqəddəs ana, vəfalı həyat yoldaşı olmaqla yanaşı, həm görkəmli diplomat, hökmdar, sərkərdə, qəhrəman döyüşçü kimi tarixdə dərin iz buraxıb.

Tomris, Nüşabə, Burla Xatun, Sara Xatun, Həcər, Nigar başqa qəhrəman analarımız düşmənə gözdağı olublar. Onlar igidliyi fədakarlığı ilə şanlı tariximizi yaradıblar. Əsrlər keçsə , xalqımız onları heç vaxt unutmur, adlarını yaşadaraq nəsildən-nəslə ötürür. Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçib-seçilmək hüququ verməklə onların cəmiyyətimizdə statusunu daha da artırmış, ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakına şərait yaratmışdır. Azərbaycan qadını həmçinin milli kimliyimizin qorunmasında, azadlıq mübarizəsinin geniş vüsət almasında yaxından iştirak edib, ana dilimizin, mənəviyyatımızın ən etibarlı dayağı olub. Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.

Ümummilli Lider qadın şəxsiyyətinə daim böyük hörmətlə yanaşıb, onların ictimai-siyasi sahədə rolunun artırılması istiqamətində mühüm addımlar atıb. Ulu Öndər əsasən idarəçilik sistemində qadınların irəli çəkilməsini, onların fəaliyyətinin yüksək səviyyədə qiymətləndirilməsini həmişə diqqətdə saxlayıb.

Azərbaycan 1995-ci ildə "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" BMT Konvensiyasını, həmçinin Beynəlxalq Əmək Təşkilatının (BƏT) qadın əməyi sahəsində qəbul etdiyi "Yeraltı işlərdə qadın əməyinin tətbiqi haqqında", "Bərabər əməyə görə kişilərə qadınlara bərabər haqq verilməsi haqqında", "Analığın mühafizəsi haqqında", "Əmək məşğulluq sahəsində ayrı-seçkilik haqqında" "Ərdə olan qadının vətəndaşlığı haqqında" konvensiyalarını qəbul edib.

1998-ci ildə Ümummilli Lider Heydər Əliyev cəmiyyətdə qadınların mövqeyini möhkəmləndirmək üçün "Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında" fərman imzaladı. Həmin il - 1998-ci il sentyabrın 14-də, 26 illik fasilədən sonra Azərbaycan Qadınlarının I Qurultayı keçirilib. Ötən il isə ölkənin bütün regionlarından olan 600-ə yaxın qadının bir araya gəldiyi Azərbaycan Qadınlarının VI Qurultayı ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda ilk qadın qurultayının 25 illiyinə təsadüf edirdi.

Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycan qadını haqqında çox dəyərli fikirlər səsləndirib ölkəmizdə qadın hərəkatının daha da yüksəlməsində təqdirəlayiq addımlar atıb. Möhtərəm Prezidentimiz qeyd edib ki, Azərbaycan qadınları maarifpərvər sələflərinin davamçıları olaraq son yüz ildə ölkəmizin xüsusən təhsil, səhiyyə mədəniyyət sistemlərinin yeni əsaslar üzərində qurulması işində əzmkarlıq göstərib nailiyyətlərlə dolu parlaq bir yol keçiblər. Onlar müstəqilliyin bərpasından sonra istiqlal ideallarına sədaqətlə milli dövlətçiliyin təməlinin möhkəmləndirilməsində ölkəmizin hazırkı simasının müəyyənləşməsində mühüm rol oynayıb, bu gün bilik bacarıqlarını dinamik inkişaf yolunda inamla irəliləyən respublikamızın iqtisadi, mədəni elmi potensialının artırılmasına sərf edirlər. Yüksək ictimai mövqe nüfuzları Azərbaycan qadınlarının hüquq azadlıqlarının tam təmin edilməsinin nəticəsi olub, müasir həyatımızın ən əlamətdar hadisələrindəndir.

Dövlət başçısı cənab İlham Əliyev hər il Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbriklər ünvanlayır, ölkəmizin inkişafında onların xidmətlərini xüsusi qeyd edir, orden medallarla təltif edir. Təbii ki, bu da dövlət səviyyəsində qadınlara olan diqqət qayğının təzahürüdür.

Azərbaycan həmkarlar ittifaqları da qadınların ictimai həyatda fəal iştirakına, həmkarlar ittifaqlarının strukturlarında daha çox təmsil olunmalarına, onların rolunun gücləndirilməsinə xüsusi diqqət yetirir. Hazırda həmkarlar ittifaqı üzvlərinin sayında qadınlar üstünlük təşkil edir.

Ümumiyyətlə, Azərbaycan müstəqillik əldə etdikdən sonra gender bərabərliyi ilə bağlı BMT Beynəlxalq Əmək Təşkilatının (BƏT) ən mühüm sənədlərinə qoşulub, "Gender bərabərliyinin (qadın kişilər arasında) təminatı" "Məişət zorakılığı" haqqında qanunları qəbul edib. Azərbaycanda bərqərar olan demokratik mühit qadınların zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Belə bir zəmin əsasında AHİK qadınların ölkənin sosial-iqtisadi həyatında fəal iştirakına, həmkarlar ittifaqlarının strukturlarında daha çox təmsil olunmalarına, onların rolunun gücləndirilməsinə xüsusi diqqət yetirib. AHİK- "Gender siyasəti Konsepsiyası"na əsasən "Kollektiv müqavilələrdə gender yanaşmasını tətbiq etmək" "Həmkarlar ittifaqı təşkilatlarının rəhbərliyində kişi qadınların təmsil edilməsinin tarazlaşdırılması" üzrə tövsiyələr hazırlanmış, AHİK-in nəzdində "Gender bərabərliyi qadın problemləri üzrə Mərkəz" yaradılmışdır. Hər il gender bərabərliyini səciyyələndirən statistik hesabatların araşdırılması onu deməyə əsas verir ki, yerlərdə qadın kişilər üçün bərabər hüquq imkanların təmin olunması vacib addımlardır.

 

 

 

AHİK kişi qadın bərabərliyinə diqqətlə yanaşır

 

 

 

İnsan hüquqlarının müdafiəsi, gender bərabərliyinin əldə edilməsi xüsusilə qadın qızların cəmiyyətdə fəallığının artmasına inkişafına nail olunmasının təşviqi daim Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qarşısında duran əsas məsələlərdən biri olmuşdur.

Məlumdur ki, gender bərabərliyi qadın kişilərin, oğlan qızların bərabər hüquqları, vəzifələri imkanları deməkdir. Bərabərlik kişi qadınların fərqli ehtiyaclarını, maraq istəklərini eyni dərəcədə nəzərə almağı tələb edir.  AHİK kişi qadın bərabərliyinə, ailə münasibətlərinin sağlam mühitdə formalaşması qorunub saxlanılmasına diqqətlə yanaşır. Bu istiqamətdə həyata keçirdiyi siyasətin əsasında statistik göstəricilərin sosial-iqtisadi, hüquqi, mədəni psixoloji aspektlərinin təhlili durur. AHİK- qəbul olunmuş "Gender bərabərliyi konsepsiyası" əsasında uzunmüddətli "Fəaliyyət proqramları" icra olunur, "Gender Qadın problemləri üzrə Mərkəz", "Gender bilikləri texnologiyası məktəbi" fəaliyyət göstərir. Dövlət Statistika Komitəsindən AHİK-ə üzv olan 27 sahə həmkarlar ittifaqı mərkəzindən daxil olan statistik məlumatlar ümumiləşdirilir, cinslər arasındakı fərqlərin təcrübələrin təsiri öyrənilir. Bu işlərlə sahə həmkarlar ittifaqlarının strukturlarında təyin olunmuş 10 minə yaxın məsul şəxsi əhatə edən 2463 komissiya məşğul olur.

AHİK qadın üzvlərinin öz potensiallarının üzə çıxarılmasını prioritet istiqamətlərdən sayır. Gender statistikası göstərir ki, həmkarlar ittifaqları üzvlərinin ümumi sayında kişilər 47,7 faiz olduğu halda, qadınlar 52,3 faiz təşkil edir. Üzvlərin 18,9 faizi gənclərdir. Onların da yarıdan çoxu, yəni 9, 534 faizi gənc qadınlardır bu xanımlardan da 6,18 faizi bütün səviyyəli rəhbər vəzifələrdə təmsil olunur. Sədr vəzifəsində işləyənlərin isə 32,7 faizi gənc qadınlardır. Ümumilikdə həmkarlar ittifaqlarının seçkili orqanlarında qadınlar - 47,8 faizi, bütün səviyyəli rəhbər vəzifələrdə isə 42,5 faiz göstərici ilə təmsil olunurlar.

Gender bərabərliyi qlobal məsələdir. İş, təhsil, sosial müdafiə məşğulluq üçün bərabər çıxış imkanı Yeni Sosial Müqavilənin təminatı olmalıdır. Təəssüflər olsun ki, bu qədər qlobal inkişafa baxmayaraq, qadın qızlar hələ müxtəlif formalarda zorakılığa məruz qalırlar. Qeyri-rəsmi iqtisadiyyatın əksəriyyətini qadınlar təşkil edir.  Bərabər əməkhaqqı layiqli şəraiti bütün hallarda qadınlar üçün həlledici olmalıdır.

Bütün işəgötürənlər qayğı iqtisadiyyatını öz planlarının büdcələrinin mərkəzinə yerləşdirməlidirlər ki, "ödənişsiz " məfhumu aradan qaldırılsın, sosial müqavilələrdə kollektiv sazişlərdə qadın işçilərin təmsil olunması təmin edilsin. Biz öz növbəmizdə  sosial tərəfdaşlarımızı qayğı iqtisadiyyatına sərmayə qoymağa qayğı işinin dəyərinin lazımi səviyyədə tanınmasına çağırırıq. Bu davamlı inkişaf üçün təməl faktorlardır. Davamlı inkişafı təmin etmək üçün həyata keçiriləcək , istər  milli səviyyədə, istərsə hər hansı bir orqan ya müəssisə səviyyəsində düzəlişlərin yeni imkanların mövcud olacağı vəziyyətin yaradılmasını tələb edir əlbəttə ki, bu imkan düzəlişlər ilk növbədə işçilərə yönəldiləcəkdir. Həmkarlar ittifaqları isə işçilərin nümayəndəsi kimi davamlı inkişafın təşviqində ən vacib qüvvədir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası beynəlxalq ictimaiyyətin qlobal inkişaf təşəbbüslərinə daim yaxından maraq göstərib. Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 70-dən artıq həmkarlar ittifaqı mərkəzi ilə əməkdaşlıq edir. İndiyədək AHİK dünyanın 12 xarici həmkarlar ittifaqı qurumu ilə ikitərəfli müqavilələr bağlayıb. Son 30 il ərzində 219 seminar konfrans təşkil olunub, onların 114-ü beynəlxalq səviyyəli tədbirlərdir.

Gender bərabərlik məsələlərindən başqa, AHİK Dayanıqlı İnkişaf Məqsədlərinin daha yaxşı mənimsənilməsi milliləşdirilmə prosesinə töhfə vermək məqsədilə "DİM 2015-2030 Gündəliyi" mövzusunda 2016-cı ildən başlayaraq BƏT ilə birgə bir sıra beynəlxalq, regional sub-regional maarifləndirici seminar konfranslar keçirib. Eləcə AHİK-in bir çox mütəxəssisi mövzu ilə əlaqədar olaraq istər Beynəlxalq Əmək Təşkilatının, istərsə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə keçirilən bir sıra beynəlxalq təlim kursları, seminarlar plenar iclaslarda iştirak etmişlər. Nəzərinizə çatdırmaq istərdim ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası BƏT-in Dayanıqlı İnkişaf Məqsədləri üzrə iki prioritet təşkilatından biridir (Moldova Azərbaycan).

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası olaraq sosial rifahın təmini üçün qəbul edilən bütün qərarları dəstəkləyir, eləcə işçi hüquqları müdafiəçiləri olaraq bütün dünyada hamı üçün sülh ədalətin bərqərar olduğu bir dünya arzulayırıq. Unutmayaq ki, qadınlar həyatın əsas qurucuları gələcəyi deməkdir. Qadın hüquqları bütövlükdə insan hüquqları deməkdir. Qadınlar dünyamızdır biz bu dünyanı qorumalıyıq. 

Bir daha bütün dünyada qadınlarımıza bərabər hüquqda həmrəylikdə yaşayıb inkişaf edəcəyi, səmərəli fəaliyyət göstərəcəyi layiqli işlə təmin olunacağı bir həyat arzu edirəm!

 

Səttar MÖHBALIYEV,

Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

Azərbaycan.- 2024.- 8 mart, ¹ 53.- S.4.