Milli
maraqlara zidd olan əməllərin qarşısı qətiyyətlə
alınır
Artıq bütün
dünyaya məlumdur ki, ABŞ və bir sıra Qərb
dövlətləri özlərinin
hədəflərində olan
ölkələri nəzarətdə
saxlamaq üçün
fərqli metod və vasitələrdən
istifadə edirlər.
Ən optimal metodlardan biri də bu ölkələrdəki
müxalifət təşkilatlarını
qanunsuz maliyyələşdirmək
və onların fəaliyyəti üçün
şərait yaratmaqdır.
ABŞ və Qərb ölkələri məqsədlərinə
çatmaq üçün
uzun illərdir icra mexanizmi formalaşdırıblar.
Əsas məqsədlərinin
üstünü ört-basdır
etmək üçün
xeyli sayda və müxtəlif adlarda donor institutları,
yardım fondları yaradıblar. USAID, NED, Marşal
Fondu, IREX və digər onlarla "beynəlxalq institutlar"
məhz bu cür proqramların icraçıları kimi meydana çıxıblar.
Onlar üzdə "demokratik inkişafa dəstək vermək"
adı altında fəaliyyət göstərirlər,
gizlində isə maraqlarına xidmət edən işlər görürlər. Bu məqsədlə yüksək
məbləğdə qrantlar
ayırır, pullar xərcləyirlər. Yerli
icmaları maddi vəsaitlə şirnikləşdirərək
legitim hakimiyyətlərə
qarşı ictimai etimadsızlığa sövq
edirlər. Bundan ötrü dəridən-qabıqdan
çıxırlar.
Xarici təşkilatların
dəstəklədiyi müxalifət
qrupları deyəndə,
təkcə müxalifətdə
olan siyasi partiyalar nəzərdə
tutulmur. Düzdür,
əvvəllər metodologiya
fərqli olub. Ayrı-ayrı ölkələrdə
təxribatçı əməllər
törədilməsi üçün
konkret siyasi təşkilatlarla əməkdaşlıq
edilib. Siyasi partiyalara kənardan maddi vəsait göstərilməsi qanunla
qadağan edildiyi üçün onların
ətrafında yedək
kimi "QHT və
KİV" cəmləşdirilib. Həmin "QHT" və
"KİV"ə külli
miqdarda "qrant vəsaiti" ayırmaqla,
mərkəzdə dayanan
siyasi partiyanın maliyyələşdirilməsi həyata
keçirilib.
Son zamanlardakı
əməllərindən hiss
olunur ki, adlarını çəkdiyimiz
təşklatlar məqsədlərinə
daha tez çatmaq üçün
əvvəlki variantları
dəyişiblər. İndi
daha müasir hesab etdikləri yeni variantların tətbiqinə çalışırlar.
Bu gün əsas hesab olunan işlər təkcə siyasi partiyaların və siyasi fiqurların üzərində fokuslaşmır,
"QHT" və "KİV"i
hansısa siyasi partiyanın ətrafında
cəmləyib onun vasitəsilə koordinasiya
etmirlər. Həm də onlar milli
düşüncəyə zidd olan, cəmiyyətin
ab-havasını pozan
marginal qrupları dəstəkləyirlər. Məsələn,
ABŞ və Qərb ölkələri Azərbaycanda
"radikal feminizm"in
təşkilatlandırılıb aktivləşdirilməsində birbaşa iştirak edirlər. Bu işi daim diqqət
mərkəzində saxlayır,
maliyyələşdirirlər.
Radikal feministlər
ailə institutuna qarşı çıxırlar,
qeyri-ənənəvi münasibətləri
təbliğ edirlər,
illərdən bəri
yaranmış milli mənlik şüurunu
"geri zehniyyət"
adlandırırlar. Qərb
institutları radikal feministləri dəstəkləməklə,
əxlaqdan, ənənədən
kənar, milli mənliyini unutmuş cəmiyyət və o cəmiyyətdə yaşayacaq
"insanlar" formalaşdırmağa
çalışırlar. Qərb
institutları radikal feminizmi dəstəkləyib
təşkilatlandırmaqla, ölkədə ictimai-siyasi
proseslərə müdaxilə
etmək üçün
yeni mexanizm hazırlayırlar. Bir sözlə, "milli feministlər" adı altında elə "çevik və işgüzar qrup" formalaşdırırlar ki,
anti-Azərbaycan təyinatlı
istənilən məsələdə
bir işə yarıya bilsinlər. Artıq son zamanlar eyni modelin
digər sahələrdə
də tətbiq edildiyi müşahidə olunur.
Qərbin Azərbaycana
qarşı qarayaxma kampaniyası apardığı
ünvanlardan biri də "Toplum TV"dir. Toplum TV"nin redaksiyası
"Demokratik Təşəbbüslər
İnstitutu"nun (DTİ) ofisində yerləşdirilib.
"Toplum TV"nin məqsədi guya insan hüquq və azadlıqlarını,
ifadə sərbəstliyini
ön planda tutaraq cəmiyyətin obyektiv informasiya ilə təmin olunmasına xidmət etməkdir. Bu şəbəkələr
ayrı-ayrılıqda qurulmuş
kimi görünsələr
də, sonda eyni nöqtədən idarə olunduqları üzə çıxır.
Ən maraqlısı
isə odur ki, ayrı-ayrı göründüyü ehtimal
edilən bu şəbəkələr arasında
əlaqələndirici bağların
necə qurulmasıdır.
Həmin bağlar nəzərdən keçiriləndə,
bu şəbəkələrin
nə məqsədlə
yaradıldığı və
haradan idarə edildiyi bəlli olur.
Təbiidir ki, belə halların qarşısı qətiyyətlə
alınmalıdır. Elə
alınır da!
DİN Mətbuat xidmətinin
verdiyi məlumata görə, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli, ev
98 B ünvanında yerləşən
ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən
əməliyyat-axtarış tədbirləri keçirilib.
Qeyd edək ki, ABŞ və Qərb ölkələrinin
bu əməlləri siyasi qarayaxma kampaniyasından başqa bir şey deyil.
Bu prosesdə USAİD
və Samanta Pauer başda olmaqla Qərb fondlarının, hüquq-müdafiə
təşkilatlarının, mediasının rolu xüsusilə diqqəti cəlb edir. Şəbəkələrin qurulması
və onların vasitəsilə ölkələrin
daxilində qarışıqlıq
yaradılması, sonra
isə mövzunun Qərb mediası və QHT-ləri, daha sonra isə
rəsmi müstəviyə
keçirilməsi yalnız
və yalnız çirkin məqsəd daşıyır.
Uzun illər ərzində xarici qüvvələrin Azərbaycanda
qurduqları şəbəkə
vasitəsilə qarışıqlıq
yaratmaq cəhdləri
uğursuzluğa düçar
olub. Belə çirkin metodlarla daxili sabitliyə xələl gətirmək
cəhdlərinin qarşısının
vaxtında alınması
ölkəmizin daim artan gücünün, qüdrətinin müsbət
göstəricisidir.
Azərbaycan xalqının
milli maraqlarına, Azərbaycan dövlətinin
əleyhinə qarşı
fəaliyyət göstərən
"Toplum TV" kimi şəbəkələrin müəyyən
edilməsi və neytrallaşdırılması olduqca
vaxtında atılmış
bir addımdır. Bundan sonra da
ölkə daxilində
sabitliyi, əmin-amanlığı
pozmağa yönələn
bütün cəhdlərin
qarşısı qətiyyətlə
alınacaq. Xalqımızın
milli maraqlarına zidd olan pozuculuq
əməlləri törədənlər
kimliyindən asılı
olmadan layiqli cəzalarını almalıdırlar.
Vahid MƏHƏRRƏMOV,
Azərbaycan.-2024.-
8 mart, № 53.- S.9.