Qərbin
antiazərbaycançı şəbəkəsi
ifşa olunur
"Ölkəmizdə fəaliyyət göstərən
bəzi media qurumlarının Qərb siyasi dairələri tərəfindən maliyyələşdirilməsində
məqsəd Azərbaycanda
qarışıqlıq yaratmaqdır.
Ona görə də Toplum TV-nin fəaliyyətinə hüquqi müstəvidə
qiymət verilməsi ilə bağlı müvafiq
tədbirlərin həyata
keçirilməsindən sonra
Qərbin bəzi siyasi dairələrinin köhnə ab-havada danışacaqları, Azərbaycanı
insan haqlarının və demokratik dəyərlərin pozulmasında
ittiham edəcəkləri
istisna edilmirdi".
Bu fikirləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Elman Nəsirov deyib. Deputat bildirib ki, Qərb
institutları və onların maliyyələşdirdiyi
qurumlar Azərbaycana qarşı yenə qarayaxma kampaniyasına başlayıblar: "Azərbaycanı
guya insan hüquq və azadlıqlarının pozulması,
mediaya qarşı təqib siyasətinin həyata keçirilməsi
və digər bu kimi məsələlərdə
ittiham edirlər. Lakin gün kimi aydındır ki, bu ittihamların
heç bir əsası yoxdur. Əvvəla ona görə ki, demokratik inkişaf yolunu seçmiş və bu yolda
inamlı addımlarla
irəliləyən Azərbaycan
belə ucuz vasitələrə ehtiyac
duymur. İkincisi isə, demokratiya bir prosesdir, yəni orada son
nöqtə yoxdur. Demokratiyanın zirvəsində olduğunu
iddia edən dövlətlər birmənalı olaraq
yanılır və dünya ictimaiyyətini də
yanıltmağa çalışırlar. Sadəcə,
demokratiya yolunu seçən dövlətlər hər dəfə
növbəti mərhələyə keçid edir və
prosesi davam etdirirlər. Azərbaycan da demokratik inkişaf yolu
ilə gedir və bu istiqamətdə çox ciddi islahatlar həyata
keçirir".
Elman Nəsirovun
sözlərinə görə, ayrı-ayrı şəxslər
və yaxud hansısa media qurumu ilə bağlı
hüquq-mühafizə orqanlarının hərəkətə
keçməsinə gəlincə isə, burada günahkar
onların elə özləridir: "Ölkəmizdə media
qurumları və ya jurnalistlər heç bir halda siyasi
mövqelərinə görə təqib olunmurlar. Toplum TV-nin
bir neçə əməkdaşının
saxlanılmasının səbəbi isə axtarış
zamanı aşkarlanan cinayət əməlləridir. Məhkəmə
həmin şəxslərlə bağlı müvafiq qərarlar
qəbul edəcək. Ortada cinayət əməli varsa, bu əməli
törədənlərin siyasi baxışları, onların əqidəsi
və sairə kimi amillərin məsələyə heç
bir aidiyyəti yoxdur. Cinayət törədilirsə, cinayətkar
cəzalandırılmalıdır".
Deputat
vurğulayıb ki, heç kim qanunun fövqündə dayana
bilməz və heç kimin toxunulmazlıq hüququ yoxdur:
"Demokratik inkişaf yolunu seçmiş bütün
hüquqi dövlətlərdə cinayət faktı
aşkarlandığı halda, onu törədən mütləq
cəzalandırılır. Əksinə, cinayətkarların
cəzasız qalması dövlətin sütunlarına
çox ciddi zərbə vurar və ictimaiyyətdə
dövlətə inamsızlıq yaranar. Bu gün
xalqımız dövlət siyasətini birmənalı
müdafiə edir. Çünki bizim işimiz haqq işidir və
heç kim daxili işlərimizə qarışa bilməz.
Bu nöqteyi-nəzərdən Qərbin bəzi siyasi dairələri
təzyiqlərini dayandırmalıdırlar və baş verənlərdən
dərs almalıdırlar".
Elman Nəsirov
yekunda deyib ki, Qərbin maliyyələşdirdiyi növbəti
media qurumunun ifşa olunması ilə xarici mediada ölkəmizə
qarşı aparılan qarayaxma kampaniyası genişlənib.
Lakin ölkəmizi hədəfə alan əsassız
ittihamlarla dolu materiallar dərc edən, bizə qarşı təzyiqlərini
artıran Qərb siyasi dairələri belə cəhdləri
ilə Azərbaycanı öz daxili məkanını
qeyri-qanuni fəaliyyətlərdən qorumaqdan çəkindirə
bilməz.
Nəzrin
QAFARZADƏ,
Azərbaycan.-2024.-
8 mart, № 53.- S.9.