COP29 ilə
əlaqədar Təşkilat
Komitəsinin ikinci iclası keçirildi
Martın 7-də BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat
Komitəsinin ikinci iclası olub.
Musavat.com xəbər verir ki, Azərbaycan
Respublikası Prezidentinin
Administrasiyasının rəhbəri,
Təşkilat Komitəsinin
sədri Samir Nuriyev Prezident İlham Əliyevin tapşırıqlarına müvafiq
olaraq, ilk iclasdan ötən müddət ərzində
COP29-a hazırlıq çərçivəsində
görülmüş işləri
qeyd etdi. Samir Nuriyev dövlətimizin
başçısının Sərəncamı ilə
Təşkilat Komitəsinin
tərkibinin daha da genişləndirildiyini,
Milli Məclisin deputatlarının və vətəndaş cəmiyyəti
nümayəndələrinin təmsilçiliyi ilə
inklüzivliyin təmin
olunduğunu diqqətə
çatdırdı.
Təşkilat Komitəsinin
sədri Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət
Şurasının iclasındakı
çıxışında və “Euronews” televiziyasına
müsahibəsində COP29 Sədrliyinin gündəliyinin
əsas istiqamətlərini
və çərçivəsini
müəyyən etdiyini
bildirdi. Samir Nuriyev bu tezislərdə
əks olunduğu kimi, xüsusilə neft və təbii
qaz ehtiyatları ilə zəngin olan ölkələrə
münasibətdə ədalətli
yanaşmanın və
bu dövlətlərin
fəaliyyətlərinin onların
ətraf mühit məsələlərinə verdiyi
töhfə müqabilində
qiymətləndirilməsinin vacibliyini vurğuladı. Təşkilat Komitəsinin
sədri bu günlərdə Azərbaycanın
2020-ci il ilə müqayisədə 2030-cu ilədək
metan emissiyalarının
həcminin 30 faiz azaldılması hədəfini
ehtiva edən “Qlobal Metan Vədi”nə qoşulduğunu
bildirdi.
Azərbaycan Respublikasında
2024-cü ilin “Yaşıl
dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının
artıq təsdiqləndiyini,
COP29-un keçirilməsi ilə
bağlı Tədbirlər
Planının hazırlandığını
diqqətə çatdıran
Təşkilat Komitəsinin
sədri hər iki Tədbirlər Planı arasında uzlaşmanın təmin edilməsinin önəmini
vurğuladı.
Samir Nuriyev BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Katibliyi ilə aparılan işlərə
toxunaraq, ölkəmizin
hazırlıq səviyyəsinin
BMT tərəfindən müsbət
qiymətləndirildiyini qeyd
etdi.
Təşkilat Komitəsinin
sədri COP29-da Azərbaycanın
Qoşulmama Hərəkatında
uğurlu sədrlik təcrübəsini və
digər beynəlxalq təşkilatlarda fəal
təmsil olunmasını
nəzərə alaraq,
ölkəmizin qlobal Cənub və qlobal Şimal arasında körpü rolunu oynamağa qadir olduğunu və COP29-da qlobal həmrəyliyə və
konsensusa nail olunması istiqamətində
səylər göstərəcəyini
bildirdi.
Samir Nuriyev, həmçinin Birləşmiş
Ərəb Əmirlikləri
(BƏƏ), Azərbaycan və
Braziliya arasında
COP-la bağlı “Üçlük” mexanizminin
yaradılmasının təqdirəlayiq
addım olduğunu bildirdi.
Daha sonra ekologiya və təbii sərvətlər
naziri, COP29-un müəyyən
edilmiş prezidenti Muxtar Babayev çıxış edərək,
ölkəmizin COP29-a sədrliyindən
irəli gələn məsələlərin müzakirəsi
məqsədilə Türkiyə,
Almaniya, BƏƏ və
Keniyaya səfərləri,
xarici ölkələrin
və beynəlxalq təşkilatların iqlim
məsələlərinə məsul rəsmi şəxsləri ilə keçirdiyi görüşlər
barədə məlumat
verdi. Muxtar Babayev bu mötəbər
tədbirə hazırlıq
prosesi çərçivəsində
daha çox səfər və görüşün təşkil
olunacağını qeyd
edərək, növbəti
səfərin Çinə
olacağını diqqətə
çatdırdı.
Rəqəmsal inkişaf
və nəqliyyat naziri Rəşad Nəbiyev COP29-a hazırlıq
prosesində nəqliyyat
məsələlərinin həlli
istiqamətində atılan
addımlar barədə
məlumat verdi.
Xarici işlər
nazirinin müavini,
COP29-un Baş danışıqçısı
Yalçın Rəfiyev
Azərbaycanın COP29 prioritetləri
və təşəbbüsləri,
müxtəlif tərəf
müqabilləri ilə
təmaslar barədə
danışdı.
COP29 Əməliyyat Şirkətinin İdarə
Heyətinin sədri Nərmin Carçalova təşkilati-logistika məsələləri
və hazırlıq işləri barədə
məlumat verdi.
Milli Məclisin
deputatı Nigar Arpadarai İqlim dəyişikliyi üzrə
yüksək səviyyəli
çempion kimi öz fəaliyyəti barədə danışdı.
Deputat Fatma Yıldırım parlament
diplomatiyası və iqlim dəyişiklikləri,
həmçinin Azərbaycan
Respublikası Milli Məclisinin COP29-la bağlı
fəaliyyəti barədə
məlumat verdi.
Gənc İqlim
çempionu Leyla Həsənova bu statusda keçirdiyi görüşlər və
apardığı fəaliyyət
barədə məlumat
verdi.
Azərbaycan Respublikası
Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi
Agentliyinin icraçı
direktoru Aygün Əliyeva və “Sağlamlığa Xidmət”
İctimai Birliyinin icraçı direktoru, “Environmental Protection First” Koalisiyasının
həmtəsisçisi Pərvanə
Vəliyeva COP29-da vətəndaş
cəmiyyətinin rolu
barədə danışaraq,
vətəndaş cəmiyyəti
nümayəndələrinin də Təşkilat Komitəsinə daxil edilməsinin yüksək
qiymətləndirildiyini, milli
və beynəlxalq
QHT-lər, özəl
və dövlət sektorlarının nümayəndələrinin
birgə əməkdaşlığının
təqdirəlayiq olduğunu
bildirdilər.
İclasın sonunda
COP29-un təşkili və
keçirilməsi ilə
bağlı Tədbirlər
Planının icrası
və digər aidiyyəti məsələlər
üzrə tapşırıqlar
verildi.
Azərbaycan.-2024.-
8 mart, ¹ 53.- S.3.