"Cinayət
yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına
və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında" və
"Hədəfli maliyyə
sanksiyaları haqqında"
Azərbaycan Respublikası
qanunlarının icrası
ilə əlaqədar
Azərbaycan Respublikası
Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə
haqqında" 2022-ci il
30 dekabr tarixli 781-VIQ nömrəli və "Hədəfli maliyyə sanksiyaları haqqında"
2022-ci il 30 dekabr tarixli 782-VIQ nömrəli
Azərbaycan Respublikası
qanunlarının icrası
ilə əlaqədar
qərara alıram:
1. "Qeyri-hökumət təşkilatları (ictimai
birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 4 oktyabr tarixli 401 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 10, maddə 716 (Cild
I) 2.3-cü bəndinə "Maliyyə Nazirliyi" sözlərindən sonra
"və Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi" sözləri
əlavə olunsun və həmin bənddə "keçirir"
sözü "keçirirlər"
sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 20
iyul tarixli 544 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2001, ¹ 7, maddə 481 (Cild
I) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"nin 7.9-3-cü bəndindən "pul vəsaitlərinin və ya digər" sözləri çıxarılsın
və həmin bəndə "maliyyələşdirilməsinə
qarşı" sözlərindən
sonra ", o cümlədən
hədəfli maliyyə
sanksiyalarının tətbiqi
ilə bağlı"
sözləri əlavə
edilsin.
3. Azərbaycan Respublikası
Prezidentinin 2004-cü il
28 oktyabr tarixli 138 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004, ¹ 10, maddə 794 (Cild
I) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Baş
prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsi"ndə
aşağıdakı dəyişikliklər
edilsin:
3.1. 5.8-1-ci bənddən və 5.8-2.2-ci yarımbənddən
"pul vəsaitlərinin
və ya digər" sözləri
çıxarılsın;
3.2. 5.8-2.1-ci yarımbənddən birinci halda "pul vəsaitlərinin və ya digər"
sözləri çıxarılsın
və həmin yarımbənddə "pul
vəsaitlərinin və
ya digər əmlakın leqallaşdırılması
və terrorçuluğun
maliyyələşdirilməsi" sözləri "əmlakın
leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə,
kütləvi qırğın
silahlarının yayılması
və yayılmasının
maliyyələşdirilməsinə qarşı mübarizə"
sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il
18 aprel tarixli 391 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2006, ¹ 4, maddə 323 (Cild
I) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi haqqında Əsasnamə"nin 9.32-1-ci bəndi
aşağıdakı redaksiyada
verilsin:
"9.32-1. notariuslara və qeyri-hökumət təşkilatlarına, o cümlədən
xarici dövlətlərin
qeyri-hökumət təşkilatlarının
Azərbaycan Respublikasındakı
filial və ya nümayəndəliklərinə
münasibətdə cinayət
yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına
və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı, o cümlədən
hədəfli maliyyə
sanksiyalarının tətbiqi
ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada və hallarda nəzarət orqanının
funksiyalarını həyata
keçirmək;".
5. "Azərbaycan Respublikası
Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
tədbirləri haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il
9 fevral tarixli
48 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2009, ¹ 2, maddə 61 (Cild
I) aşağıdakı dəyişikliklər
edilsin:
5.1. həmin Fərmanla
təsdiq edilmiş Əlavə II - "Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyi haqqında Əsasnamə"nin 8.29-1-ci bəndi
ləğv edilsin;
5.2. həmin Fərmanla
təsdiq edilmiş Əlavə VII - "Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət
Xidməti haqqında Əsasnamə"nin 8.2-1-ci bəndi
ləğv edilsin.
6. "Sahibkarlıq sahəsində aparılan
yoxlamaların dayandırılması
haqqında" Azərbaycan
Respublikasının 2015-ci il
20 oktyabr tarixli
1410-IVQ nömrəli Qanununun
tətbiqi və sahibkarlıq sahəsində
aparılan yoxlamaların
dövlət tənzimlənməsinə
dair əlavə tədbirlər barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 26
oktyabr tarixli 660 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2015, ¹ 10, maddə 1132 (Cild
I) 1.1-ci bəndindən "pul vəsaitlərinin və ya digər"
sözləri çıxarılsın
və həmin bənddə "Azərbaycan
Respublikası Qanununun"
sözləri "və
"Hədəfli maliyyə
sanksiyaları haqqında"
Azərbaycan Respublikası
qanunlarının" sözləri
ilə, "həmin Qanunla" sözləri
"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə
haqqında" Azərbaycan
Respublikasının Qanunu
ilə" sözləri
ilə əvəz edilsin.
7. "Nağdsız hesablaşmalar haqqında"
Azərbaycan Respublikasının
2016-cı il 16 dekabr tarixli 461-VQD nömrəli
Qanununun tətbiqi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 23 dekabr tarixli 1175 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2016, ¹ 12, maddə
2093 (Cild I) aşağıdakı
dəyişikliklər edilsin:
7.1. adında və
preambulada "461-VQD" sözləri
"461-VQ" sözləri ilə əvəz edilsin;
7.2. 3-cü hissədən "pul vəsaitlərinin və ya digər"
sözləri çıxarılsın
və həmin hissədə "Azərbaycan
Respublikasının Qanununa"
sözləri "və
"Hədəfli maliyyə
sanksiyaları haqqında"
Azərbaycan Respublikasının
qanunlarına" sözləri
ilə əvəz edilsin.
8. "Azərbaycan Respublikasının
Maliyyə Monitorinqi Xidmətinin yaradılması
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 25 may tarixli 95 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2018, ¹ 5, maddə 963 (Cild
I) 2-ci hissəsindən "pul vəsaitlərinin və ya digər"
sözləri çıxarılsın
və həmin hissədə "siyasətin"
sözü "dövlət
siyasətinin" sözləri
ilə əvəz edilsin.
9. Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 30
dekabr tarixli 911 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2019, ¹ 12, maddə 1954 (Cild
I) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının İqtisadiyyat
Nazirliyi haqqında Əsasnamə"də aşağıdakı
dəyişikliklər edilsin:
9.1. 2.0.3-cü yarımbənddən "pul
vəsaitlərinin və
ya digər" sözləri çıxarılsın;
9.2. 3.0.68-ci yarımbənddən "pul
vəsaitlərinin və
ya digər" sözləri çıxarılsın
və həmin yarımbənddə "monitorinq
iştirakçılarının, monitorinqdə iştirak edən digər şəxslərin, nəzarət
və digər dövlət orqanlarının"
sözləri "öhdəlik
daşıyan şəxslərin,
"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə
haqqında" Azərbaycan
Respublikası Qanununun
12-ci maddəsi ilə
müəyyən edilmiş
şəxslərin, nəzarət
orqanlarının və
digər dövlət
orqanlarının (qurumlarının)"
sözləri ilə əvəz edilsin.
10. Azərbaycan Respublikası
Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2022, ¹ 4, maddə 339 (Cild
I) ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizənin
gücləndirilməsinə dair 2022-2026-cı illər
üçün Milli
Fəaliyyət Planı"
üzrə Tədbirlər
Planı"nın "Prioritet
3. Maliyyə şəffaflığının
təmin edilməsi və cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
sahəsində tədbirlər"
hissəsinin adından,
3.4-cü bəndinin "Tədbirin
adı", "İlkin
nəticə", "Yekun
nəticə" sütunlarından
və 3.5-ci bəndinin
"Tədbirin adı"
sütunundan "pul vəsaitlərinin və ya digər" sözləri çıxarılsın.
11. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
11.1. "Qeyri-hökumət təşkilatları (ictimai
birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası
Qanununun 31.8-ci maddəsinə
uyğun olaraq, illik maliyyə hesabatının Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyinə təqdim
edilməməsinə görə
inzibati məsuliyyəti
müəyyən edən
normativ hüquqi aktın layihəsini iki ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
11.2. bu Fərmandan
irəli gələn digər məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
7 mart 2024-cü il
Azərbaycan.-2024.-
8 mart, ¹ 53.- S.2.