Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında

 

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

 

Karbon emissiyalarının azaldılmasında, enerji səmərəliliyinin yüksəldilməsində nəqliyyat sənayesində innovasiyaların təşviqində elektrik mühərrikli nəqliyyat vasitələrinin rolunu nəzərə alaraq, dayanıqlı ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması daha təmiz dayanıqlı nəqliyyat sisteminə keçidi sürətləndirmək üçün xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan elektrik nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsini, zəruri infrastrukturun inkişafını, habelə ümumi nəqliyyat sisteminə inteqrasiyanı təmin edən normativ hüquqi bazanın formalaşdırılması zəruridir.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi, Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin "Təmiz ətraf mühit yaşıl artım ölkəsi" kimi müəyyən edilməsi, 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi bu sahədə aparılan məqsədyönlü ardıcıl dövlət siyasətinin təzahürüdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin elektrik enerjisi doldurma məntəqələrinin əhatə dairəsinin genişləndirilməsi, həmin məntəqələrin yaradılması işlərinə sahibkarlıq subyektlərinin cəlb edilməsi məqsədilə normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikası Energetika Nazirliyinin, "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin  "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin təklifləri əsasında elektrik enerjisi doldurma məntəqələrinin quraşdırılması üçün yerləri bir ay müddətində müəyyən etsin;

1.3. elektrik enerjisi doldurma məntəqələrinin quraşdırılması, zəruri infrastrukturun yaradılması, habelə həmin məntəqələrin dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi üçün "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti tərəfindən müvafiq tədbirlər görülməsini təmin etsin;

1.4. bu Sərəncamın 1.3-cü bəndində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin təklifləri əsasında cari ilin növbəti ilin dövlət büdcəsindən müvafiq vəsait ayrılması üçün tədbirlər görsün;

1.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 mart 2024-cü il

Azərbaycan.-2024.- 8 mart, № 53.- S.2.