Baş
nazir Əli Əsədov Dünya Bankının vitse-prezidenti
ilə görüşüb
Azərbaycan
Respublikasının Baş naziri Əli Əsədov martın
7-də Dünya Bankının Avropa və Mərkəzi Asiya
regionu üzrə vitse-prezidenti Antonella Bassaninin rəhbərlik
etdiyi nümayəndə heyəti ilə
görüşüb.
Görüşdə
Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli
səmərəli tərəfdaşlığın mövcud
olduğu bildirilib. Ötən müddət ərzində
müxtəlif sahələri
əhatə edən birgə layihələrin uğurla həyata keçirilməsindən məmnunluq
ifadə olunub.
Baş nazir Azərbaycanda dayanıqlı
və rəqabətqabiliyyətli
iqtisadiyyatın təmin
edilməsi, sahibkarlıq
fəaliyyətinin stimullaşdırılması,
qeyri-neft iqtisadiyyatının
inkişaf etdirilməsi,
məşğulluğun artırılması
istiqamətində həyata
keçirilən tədbirlər
barədə məlumat
verib.
Eyni zamanda Azərbaycanın yaşıl
enerjiyə keçid strategiyası, həyata keçirilən enerji səmərəliliyi və
bərpaolunan enerji layihələri, ölkəmizin
iqlim dəyişmələrinin
fəsadlarına qarşı
mübarizəyə verdiyi
töhfəsi haqqında
söhbət açılıb.
Görüşdə Azərbaycanla Dünya Bankı arasında bir çox istiqamətlərdə tərəfdaşlığın
perspektivləri, əməkdaşlıq
gündəliyində duran
prioritet layihələrin
icrası, Dünya Bankının yeni Ölkə Tərəfdaşlıq
Çərçivəsinin hazırlanması, habelə
cari ildə ölkəmizdə keçiriləcək
BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyası(COP29) çərçivəsində
əməkdaşlıq məsələləri
müzakirə olunub.
Azərbaycan.-2024.-
8 mart, № 53.- S.3.