Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir

 

 

Azərbaycan milli təfəkküründə Vətən həmişə Ana obrazında təsəvvür edilmişdir. Qadın müqəddəs sayılmış, Ana adı ən ideal mənəvi dəyərlərlə bərabər tutulmuşdur. "Qadın cəmiyyətin bütövlük rəmzi, elin, yurdun, ocağın abadlığı, möhtəşəmliyidir" deyirlər. İnkişafa doğru gedən yollar, atılan müdrik addımlar, qazanılan böyük uğurlar həm bu nəcib zümrənin fədakarlığı zəkası sayəsində başa gəlir.

Vətən uğrunda fədakarlıq, nikbin ruh, xeyirxah əməllər, ədalətli qərarlar Azərbaycan qadınının təməl xarakteridir. Bizim xanımlar tarixin bütün dövrlərində mənsub olduğu nəslin, elin, obanın yükünü daşımaqdan qürur duyublar. Əməlləri ilə hər zaman bu ucalıqda qərar tutmağa çalışıblar.

Bu gün qadınlarımızın Azərbaycanın ictimai-siyasi həyatında artan rolu mövqeyi bizim milli dövlətçilik tariximizin ən böyük uğurlarındandır. Bu uğurlar bir tərəfdən Azərbaycanda qadın fəallığı sahəsində çoxəsrlik tarixə söykənən zəngin ənənələr, digər tərəfdən isə ölkə rəhbərinin həyata keçirdiyi strateji inkişaf xəttində qadın siyasəti ilə bağlı seçilmiş prioritetlər üzərində qərar tutur. Prezident İlham Əliyevin bu il 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik məktubunda xalqımızın hər zaman xanımlarımıza dərin ehtiram bəslədiyi xüsusi qeyd olunur: "Zəngin mənəvi-əxlaqi sərvətlərimizin qorunub saxlanması günümüzədək layiqincə yaşadılması analarımızın adı ilə sıx bağlıdır. Gözəlliyi, zərifliyi nəcibliyi ilə seçilən Azərbaycan qadınları həmçinin hünər igidlik göstərərək tariximizə parlaq səhifələr yazmışlar. Onlar taleyüklü bütün sınaq anlarında həmişə cəmiyyətimizə əsl mənəvi dayaq olmuş, 44 günlük Vətən müharibəsindəki fədakarlıqları ilə bu gerçəyi bir daha sübuta yetirmişlər".

Bu gün Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsində Azərbaycan qadını tarixdə layiq olduğu böyük zirvəyə yüksəlmişdir.

Mənəvi-insani dəyərlərə xitab, xalqın arzu amallarının gerçək həyata çevrilməsi Prezident İlham Əliyevin işıqlı qayəsidir. Qarşıya qoyduğu, reallaşdırdığı ali məqsədlər yüksək ideallardır. Azərbaycan Prezidenti bu məqsədlərə doğru aparan haqq yolunda ona görə bu qədər uğurludur ki, ən çətin məqamın hər addımında ümumxalq dəstəyindən güc alır. Bu qətiyyətli, möhtəşəm fəaliyyətin daha bir məntiqli səbəbi ölkənin birinci xanımı Mehriban Əliyeva kimi dönməz silahdaşının, məsləkdaşının, etibarlı yol yoldaşının olmasıdır.

Mehriban xanım Əliyeva xalqımızın qürur duyduğu şəxsiyyətdir...

O, millətin tərəqqisi üçün yeniləşən ideyalar sahibidir...

Mehriban xanımın fəaliyyətində məsuliyyət yükü böyükdür...

Ana adı missiyası Mehriban xanım üçün çox əzizdir. Başladığı hər yeni layihəyə ana qəlbinin hərarətini qatır. Bütün çıxışlarından ananın səsi-sorağı gəlir, söhbətlərində ana qayğısı, nəvazişi duyulur.

Azərbaycanın Birinci vitse-prezidentinin hər addımı sosial reallığı dəyişən, daha gözəl, daha sağlam, hər kəs tərəfindən məmnunluqla qarşılanan yaradıcılıq məzmunu daşıyır. Mehriban xanım cəmiyyətin firavanlığına bu proseslərin əsas məqsədi kimi yanaşır, insanı müasir həyatımızın ən qiymətli dəyəri kimi qəbul edir. Çünki onun həyata keçirdiyi yüksək amallardır. Bunlar o amallardır ki, tarixin heç bir dönəmində başqalaşmır, məzmununa xələl gəlmir.

Dünyanı yaşadan, gələcəyə ümidi, inamı sarsılmaz edən belə şəxsiyyətlərin apardıqları qətiyyətli fəaliyyətləri hər addımda ümumxalq sevgisi ilə əhatə olunur. Müstəqil Azərbaycan dövlətinin ötən əsrin 90-cı illərinin ortalarından bəri qazandığı nailiyyətlərdə Mehriban xanım Əliyevanın imzası, misilsiz xidmətləri var.

 

 

 

Böyük dayaq

 

 

 

Ölkəmizdə qadın fəallığı zəngin tarixi ənənələrə malikdir. Müstəqil dövlətimizin sələfi olan Azərbaycan Xalq Cümhuriyyəti qadınların seçib-seçilmək hüququnu tanıyaraq tarixdə böyük bir səhifə açmışdır. Ulu Öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərindən başlayaraq respublikaya rəhbərliyi dövrü isə həyatımızın müxtəlif sahələrində olduğu kimi, cəmiyyətimizdə qadın fəallığı ənənələrinin inkişafı mərhələsidir.

Ulu Öndərin böyüklüyü həm onda idi ki, Azərbaycan qadınına layiq olduğu dəyəri verirdi, qadınlarımızın ictimai fəallığına mühit yaradırdı, onları ümumxalq mübarizəsinə ruhlandırır, böyük işlərə istiqamətləndirir, xanımlarımıza həm ən yüksək vəzifələrdə etimad göstərirdi.

Qadınların ictimai fəallığının ilkin mühüm şərti onlara bərabər imkanlar mühitinin yaradılmasıdır. Belə bir mühit təhsildə, müəyyən sahələrdə çalışıb karyera irəliləyişlərinə nail olmağa, cəmiyyət üçün faydalı işlər yaratmağa, qadınlara qarşı fərqli yanaşmaların ortadan götürülməsinə qədər ən müxtəlif istiqamətləri əhatə edir. Ümummilli Lider fərqində idi ki, bəşəriyyətin yüksəlişi bu nəcib zümrənin inkişafından, rifahından başlanır. Ona görə ki, həyatımızda hər hadisənin təməlində duran tərbiyədir. Fərdlərin tərbiyəsində isə Ana kimi ali bir missiyaya malik qadınların rolu çox böyükdür. Bütün bunları nəzərə alaraq Heydər Əliyev hələ sovetlərin hakim olduğu dövrdən Azərbaycan qadınlarına hər sahədə yol açırdı. Onun rəhbərliyi zamanında müxtəlif istehsal xidmət müəssisələrində, kənd yerlərində çalışıb respublikamıza fayda verən qədər gənc qızımız tələbə adını qazanıb, taleyində böyük bir dönüşə nail oldu. Milli mədəniyyətimizi bütün dünyada layiqincə təmsil edən neçə-neçə qadın alimimiz, sənət xadimimiz, səfir diplomatlarımız yetişdi.

Müstəqilliyimizin ilk illərində cəmiyyətdəki mürəkkəb ictimai-siyasi, sosial-iqtisadi mənəvi problemlərin burulğanına düşən mərd, fədakar, mübariz qadınlarımız 1990-1993-cü illərdə yaşananların sıxıntılarına rəğmən bu gün dünya qadınlarının öncülləri sırasında qərar tutur. Bütün dövrlərdə kişilərlə çiyin-çiyinə dayanan, öz dəstəyini onlardan bir an belə əsirgəməyən Azərbaycan qadını hazırda müstəqil dövlətimizin inkişafı, tərəqqisi istiqamətində görülən ardıcıl işlərdə onlarla birlikdə addımlayır.

44 günlük Vətən müharibəsində ağır yaralara mətanətlə, böyük ləqayətlə dözüm göstərən, ölkəmizin müstəqilliyi, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş oğullarımızın yoxluğu acısını çəkən, 30 il itirilmiş yurdlarımızın, sönmüş ocaqlarımızın həsrəti ilə yaşayan Azərbaycan qadını həmin zamanlarda qarşısındakı məsuliyyətini unutmurdu. Onların dünyaya gətirib tərbiyələndirdiyi övladlar Vətənin ərazi bütövlüyünə nail oldular. Silah götürüb Qarabağ uğrunda vuruşdular, Şərqi Zəngəzur uğrunda canlarından keçdilər. Azərbaycan qadınının taleyinə "şəhid anası", "şəhid xanımı", "şəhid bacısı", "şəhid qızı" olmaq qisməti yazıldı. Neçə-neçə Azərbaycan qadını da kişilərlə bərabər döyüşlərə atıldı, yurdumuzun azadlığı ərazi bütövlüyü uğrunda həyatını fəda etdi.

 

 

 

Qadın siyasəti yüksəliş mərhələsində

 

 

 

Bu gün Azərbaycan qadını yeni dövrdə üzərinə düşən vəzifələri yerinə yetirərək ölkədə gedən çoxşaxəli inkişaf proseslərinə öz töhfələrini verir. Bu siyasətə dəstək olmaqla Prezident İlham Əliyevin Azərbaycana qazandırdığı nailiyyətlərin, qələbələrin məzmununda özünün, ailəsinin, övladlarının gələcəyinə ünvanlanmış arzularının addım-addım reallığa çevrildiyini görür. Cəmiyyətdə əhəmiyyətli bir qüvvə kimi çıxış edən Azərbaycan qadınının Prezident İlham Əliyev şəxsiyyətinə, onun həyata keçirdiyi siyasətə inam etimadının əsasında həm bu həqiqət dayanır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qadın siyasəti yeni yüksəliş mərhələsinə qədəm qoymuş, ölkəmiz bu sahədə dünyanın öncül, nümunəvi dövlətləri sırasında qərarlaşmışdır. Dövlət başçısının həyata keçirdiyi siyasətdə gender bərabərliyi məsələləri xüsusi yer tutur. Qadın hüquqlarının müdafiəsi, xanımlarımız üçün yaradılmış imkanların zaman-zaman daha da genişləndirilməsi Prezidentin həyata keçirdiyi dövlət siyasətinin mühüm istiqamətlərindən olmuşdur. 2006-cı ildə Prezidentin fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması bunun bariz bir nümunəsi olmuşdur. Bu qurumun fəaliyyəti ölkəmizdə qadın fəallığına böyük təkan vermiş, həyata keçirilən sosialyönümlü dövlət siyasətinə uyğun olaraq onların işlə təmin olunması, məşğulluq strategiyasının həyata keçirilməsi, gender bərabərliyinin qorunması, uşaq hüquqlarının müdafiəsi s. istiqamətlər üzrə mühüm nailiyyətlər əldə edilmişdir.

Ötən illər ərzində qadınlarla bağlı hüquqi baza daha da təkmilləşdirilmişdir. Xanımlarımız üçün bərabər hüquqların təmin edilməsi məqsədilə "Gender bərabərliyinin təminatları haqqında", "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunlar qəbul olunmuşdur. Qadın hüquqları məsələsi konkret qanunlarla yanaşı, bir sıra məcəllələrlə (Ailə, Mülki, Cinayət, İnzibati Xətalar s.) təsbit edilmişdir. Eyni zamanda bir çox dövlət proqramında ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılması məsələlərinə xüsusi yer verilmişdir. "Azərbaycan Respublikasında Gender Bərabərliyi üzrə 2022-2025-ci illər Milli Fəaliyyət Planı" hazırlanmışdır. Fəaliyyət planının məqsədi gender bərabərliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsidir. 2018-ci ildə Azərbaycanda qadınlara seçki hüququnun verilməsinin 100 illiyi qeyd edilmişdir. Bununla bağlı Azərbaycan Qadınlarının V Forumu keçirilmişdir. Bu möhtəşəm tədbirdə Azərbaycan qadınlarının xalqın maariflənməsi, mədəniyyətimizin yüksəlişi müasir iqtisadiyyatımızın qurulmasında daim yüksək peşəkarlıq fədakarlıq nümayiş etdirməsi, vətəndaş cəmiyyəti quruculuğunda öz intellektual potensiallarını əsirgəməməsi, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması gənc nəslin vətəndaşlıq vətənpərvərlik istiqamətlərində yetişdirilməsi sahələrindəki xidmətləri yüksək qiymətləndirilmişdir.

Həyata keçirilən bütün bu tədbirlər sayəsində Azərbaycanın qadın fəallığı ənənələri tarixində böyük bir səhifə açılmışdır. Ən mühümü isə insanlarımızın təfəkküründə yeni düşüncə tərzi formalaşmışdır. Cəmiyyətimizdə xanımlarımızın inkişafını əngəlləyən, onların öz potensial imkanlarını reallaşdırmalarına mane olan bir sıra stereotiplər qırılmışdır. Bu gün getdikcə daha çox insan anlamağa başlayır ki, qadın sözünün yaratdığı fərq imkanların qeyri-bərabərliyi deyil, şəxsi həyatda daha çox fədakarlıqdır, məsuliyyətdir, insanlara faydalı olmaq istəyidir. Azərbaycan qadını bunu təkcə sözlə deyil, əməlləri ilə sübuta yetirir. Göstərir ki, zərif cinsin nümayəndələri böyük işlər görə, parlaq nəticələr əldə edə bilərlər.

 

 

 

Dəyərlərimizə həssas münasibət

 

 

 

Prezident İlham Əliyev Azərbaycan qadınlarına müstəqillik ideyası ətrafında sıx birləşərək milli dövlət quruculuğu proseslərinin, ictimai-siyasi hadisələrin fəal iştirakçısı kimi respublikamızın elmi-intellektual potensialının artırılmasına əvəzsiz töhfələr verən əhəmiyyətli qüvvə kimi yanaşır. Onların xüsusən milli-mənəvi dəyərlərin qorunmasında, təhsil, elm, səhiyyə, mədəniyyət sistemlərində dolğun fəaliyyətləri ilə maarifpərvər qadın ziyalılarımızın ideyalarını müvəffəqiyyətlə həyata keçirmələrini çıxışlarında dəfələrlə vurğulayır. "Xalqımıza xas ənənəvi ailə dəyərlərinə sadiq qalan çağdaş Azərbaycan xanımları eyni zamanda güclü müasirlik duyğusuna yenilikçi təbiətə sahibdirlər" deyən dövlətimizin başçısı qadınlarımızın çoxəsrlik milli-mənəvi dəyərlərimizi, müqəddəs ailə ənənələrimizi layiqincə yaşatdıqlarını, ölkəmizin sosial-iqtisadi elmi-mədəni potensialının artırılmasında, multikultural tolerantlıq mühitinin qorunmasında qüvvələrini əsirgəmədiklərini yüksək qiymətləndirir. Azərbaycan dövlətinin qadınlarla bağlı apardığı ardıcıl siyasət ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla onların bərabər hüquq imkanlarının təmin edilməsinə yönəlmişdir.

Hazırda qadınların ictimai həyatda fəal iştirakı məsələsi zaman keçdikcə daha da aktuallaşır. İslam dünyasının elm, təhsil mədəniyyət təşkilatı olan ICESCO 2021-ci ili islam aləmində "Qadın ili" elan etmişdi. Bu, həmin qurumun 2020-2030-cu illərdə strateji planının tərkib hissəsidir. Belə bir qərarda əsas məqsəd isə islam dünyasında sosial, iqtisadi mədəni həyatda qadınların rolunu gücləndirmək, gənc qızların müasir standartlara uyğun daha mükəmməl təhsil almasını təmin etməkdən ibarətdir.

ICESCO-nun bu qərarı Azərbaycan üçün müstəsna əhəmiyyət daşıyır. Çünki Azərbaycan islam aləminin bir hissəsi kimi həmin mütərəqqi məqsədləri hələ ötən əsrin əvvəllərindən həyata keçirərək bütün müsəlman dövlətləri üçün müsbət bir nümunə yaradan ölkələrdəndir.

Azərbaycan möhkəm daxili sabitlik, həmrəylik şəraitində özünün inamlı gələcəyini qurur. Bu, tərəqqinin ardıcıllığını təmin edən Prezident İlham Əliyevin məharətlə həyata keçirdiyi siyasi xətdir. Ölkəmiz artıq 2030-cu ilə qədər öz milli inkişaf prioritetlərini elan edib. Onların sayı beşdir: dayanıqlı şəkildə artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit "yaşıl artım" ölkəsi.

Bu strateji hədəflərə çatmaq üçün qadınlarımız fədakarlıqla çalışır, bütün səylərini səfərbər edirlər. Onlar təkcə insanpərvər layihələrin gerçəkləşməsində deyil, həm sivilizasiyalar arasında mədəni dialoqun qurulmasında, ayrı-ayrı xalqların ortaq mədəni dəyərlərinin aşkara çıxarılmasında, ölkələr arasında elmi-humanitar əməkdaşlığın dərinləşməsində böyük işlər görürlər. Respublikada bərqərar olan demokratik mühit qadınlarımızın zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Bu siyasət daimidir, dönməzdir bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa geniş imkanlar açır. Azərbaycanın uğurları qadın fəallığı ənənələrinə yeni nəfəs verir.

    

İradə ƏLİYEVA,

Azərbaycan.-2024.- 8 mart, № 53.- S.5.