Qadın deyəndə
fikrimizdə, xəyalımızda
ilk olaraq sahilsiz sevgi və məhəbbətin
dəyişməz ünvanı,
canlı nümunəsi,
gerçək bir xeyirxahlıq mələyi
olan Ana obrazı canlanır. Böyük yaradanın cənnəti səxavətlə
ananın ayaqları altına xalça kimi sərməsi çox incə və dəyərli mətləblərdən xəbər
vermirmi? Allahın anaları belə şərəfləndirməsi insanlığa ünvanlanan
bir yaddaş deyilmi?! Dünya var olandan söz,
sənət xiridarları
bu müqəddəs varlığa nə qədər şeirlər
yazıb, nəğmələr
qoşublar. Bu əbədi mövzu dünyaya gələn hər yeni nəsillə
təzələnir. Hər
gəlişi insanlıq
üçün, təbiət
üçün yeni
olan yaz kimi, bahar kimi...
8 Mart Beynəlxalq Qadınlar
Günü dünyanın
hər yerində olduğu kimi, zəngin mədəniyyət,
milli-mənəvi dəyərlər
beşiyi olan ölkəmizdə də təntənə ilə qeyd olunur. Bu
elə bir gündür ki, təbiət qış yuxusundan oyanır, bənövşə, nərgiz
çiçəklərinin ətri ilıq yaz mehinə qarışıb ruhumuzu oxşayır. Bu elə bir məqamdır
ki, canlanan təbiətlə bərabər
könlümüzdə yeni
arzular doğulur, xoş duyğular oyanır. Qadınlar bayramı kimi tarixləşən 8 Martda
insanlar ilk olaraq analarını, ərlər həyat yoldaşlarını, gənclər
sevgililərini bir dəstə çiçəklə,
hədiyyələrlə təbrik
edər, xoş arzularını bildirərlər.
Biz isə təbrik üçün
maraqlı bir ünvan seçdik. Adı özünə, özü adına layiq Etibar xanım
Hüseynova Bərdədə
yaşayıb çalışır.
Rayonun ictimai həyatında fəal iştirak edir. Qarabağ Müharibəsi
Veteranları, Şəhid
Ailələri İctimai
Birliyi Bərdə rayon təşkilatının
rəhbəri, YAP rayon
təşkilatı idarə
heyətinin üzvü
olaraq səmərəli
fəaliyyəti ilə hər kəsin hörmətini qazanıb. Cəmiyyətin
üzvlərini narahat
edən problemlərə
prinsipial müdaxiləsi
ona mübariz qadın obrazı qazandırmışdır. Təsadüfi
deyil ki, onun səmərəli fəaliyyəti dövlət
səviyyəsində yüksək
qiymətləndirilmişdir. Etibar xanım Prezident İlham Əliyevin sərəncamı
ilə "Tərəqqi"
medalına layiq görülmüşdür.
Birinci Qarabağ
müharibəsi başlayanda
Etibar xanımın ömür-gün yoldaşı
Sərhad Zöhrabbəyov
Bərdədə qabaqcıl
kolxozlardan birinə sədrlik edirdi. Müharibə gündən-günə
qızışır, ermənilər
torpaqlarımızı işğal
edirdilər. İşğal
edilən kəndlərdən,
şəhərlərdən doğma yuvasını, rahat ev-eşiyini tərk edən soydaşlarımızın xeyli
hissəsi Bərdəyə
sığınırdı. Bu ağrı-acılı,
üzücü hadisələrə
dözə bilməyən
Sərhad axşam çay süfrəsində
cəbhəyə getmək
qərarını Etibar
xanıma bildirdi. Etibar onu yaxşı
tanıyırdı. Hələ
tələbəlik illərində
özünü əsl
kişi kimi aparmağını, haqsızlıqla
barışa bilmədiyini
yaddaşına həkk
etmişdi. Odur ki, onun qərarına
etiraz etmək fikrindən uzaq idi. Amma bilirdi
ki, Sərhadsız
çətin olacaq. İki körpə uşağı - Zöhrabı
və Reyhanəni böyütmək , zəruri qayğı
ilə əhatə etmək asan deyildi. Yanağından süzülən iki damla göz yaşı süfrəyə
düşəndə Etibar
xəyaldan ayıldı:
- Get, əzizim.
Allaha əmanət ol. Vətənimizin dar günündə
düşmən qabağına kişilər, ərlər
çıxmalıdır. Uşaqlardan bir zərrə nigaran
qalma. Onları sənin arzuladığın kimi adına layiq
tərbiyə edib boya-başa çatdıracam. Əlbəttə,
biz bunu birlikdə edəcəyik.
Sabahı gün
Sərhad ailəsi, dostları ilə görüşüb
könüllü olaraq cəbhəyə yollandı. Axı o,
həm də zabit idi. Bu müqəddəs savaşa
qatılmamağı zabit şərəfinə
sığışdıra bilməzdi. Qarabağ od tutub
yanırdı. Düşmən böyük
üstünlüklə hücuma keçir, kəndləri, şəhərləri
viran qoyurdu. Ağır döyüşlərin birində Sərhad qəhrəmanlıqla həlak
oldu. Canından artıq sevdiyi vətən
torpaqlarının azadlığı uğrunda əbədiyyətə
qovuşdu. Bu gün Bərdədə Sərhad Zöhrabbəyovun adını
daşıyan küçə var.
Etibar
üçün Sərhadsız çətin olsa da, o hər
əzaba qatlaşdı. Azərbaycan qadını
adının şərəfini uca tutaraq onun
yadigarlarını - Zöhrabı və Reyhanəni
qanadları altına alıb qorudu, ana nəvazisi ilə böyütdü. İndi Zöhrab
ali təhsilli mütəxəssis kimi Bərdə Rayon
İcra Hakimiyyəti Aparatında məsul vəzifədə
çalışır. Qızı Reyhanə isə Bakı
Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Bərdə
Rayon Məhkəməsində hakim köməkçisidir.
Adına
yaraşan, valideyinlərinin verdiyi adı hünəri, fədakarlığı
ilə doğruldan Etibar xanımı 8 Mart Beynəlxalq
Qadınlar Günü münasibətilə təbrik edib ən
xoş arzularımızı
çatdırdıq. Təşəkkür etdi, minnətdarlığını
bildirdi.
- Qayğı və
diqqət üçün
sağ olun. Mənim üçün ən dəyərli,
ən qiymətli təbrik Qarabağımızın
işğaldan azad edilməsi, düşməndən layiqli
qisas alınmasıdır. İndi çox məmnunam. Hər
gün təmasda olduğum şəhid ailələri də mənimlə
oxşar ovqatı
yaşayır. Biz xoşbəxtik ki, öz
torpağına sahib çıxan Azərbaycan adlı qüdrətli
bir dövlətin vətəndaşlarıyıq.
Lazım
QULİYEV,
Azərbaycan.-2024.-
8 mart, ¹ 53.- S.7.