Gənclərin qazandığı uğurlar Azərbaycanın işıqlı sabahından xəbər verir

 

 

Gənclər cəmiyyətimizin aparıcı qüvvəsidir. Bu gün onlar ölkə həyatının bütün sahələrində çalışır üzərlərinə düşən tapşırıqları layiqincə yerinə yetirirlər. Harada çalışmalarından asılı olmayaraq həmişə böyük uğurlar qazanırlar. Çox sevindiricidir ki, gənclərimizin səsi, sorağı dünyanın ən aparıcı elm təhsil ocaqlarından gəlir.  Onların qazandığı ürəkaçan uğurlara əsaslanıb deyə bilərik ki, Azərbaycanın sabahı daha işıqlı nurlu olacaq.

Biologiya elminə yeni töhfələr verən, bu sahəyə yeniliklər gətirən gənclərimizdən biri Nərgiz Kamal qızı Bayramovadır. Söhbət zamanı öyrəndik ki, o,

4 avqust 1990-cı ildə Bakı şəhərində anadan olub. Kiçik yaşlarından biologiyaya böyük maraq göstərdiyinə görə ixtisas seçimində çox fikirləşmədən bu sahəyə üstünlük verib. Söhbətimiz zamanı Nərgiz Bayramova  biologiyaya olan dərin maraq sevgisindən söz açdı. Dedi ki, bu sahəni seçməyində 4 il Bakı Slavyan Universitetinin humanitar liseyində təhsil almağının böyük rolu oldu: - Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Biologiya gigiyena" ixtisası üzrə bakalavr, 2014-cü ildə "İnsan heyvan fiziologiyası" ixtisası üzrə magistratura pilləsini bitirmişəm. 2016-cı ildə Elm Təhsil Nazirliyinin Botanika İnstitutunun "Bitki fiziologiyası" ixtisası üzrə doktoranturasına qəbul olmuşam. Tədqiqat işim "GLRaV-3 patogenezi zamanı üzüm bitkisində fizioloji anatomik dəyişikliklərin tədqiqi" mövzusuna həsr olunmuşdu. 2018-ci ildə ETN Molekulyar Biologiya Biotexnologiyalar İnstitutuna köçürülmüşəm. 2017-ci ildən təhsillə paralel olaraq Molekulyar Biologiya Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasında kiçik elmi işçi kimi fəaliyyətə başlamışam. Hazırda həmin laboratoriyada elmi işçi vəzifəsində çalışıram. Akademik İradə Hüseynovanın rəhbərliyi altında 13 noyabr 2023-cü ildə "Bitki fiziologiyası" ixtisasında biologiya elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyim dissertasiya işinin müdafiəsi keçirilmişdir. Ali Attestasiya Komissiyası Kollegiyasının 31 yanvar 2024-cü il tarixli qərarı ilə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşəm. Tədqiqat işimdə ilk dəfə olaraq Azərbaycanda üzüm bitkisinin yarpaqlarında  GLRaV-3  virusu ilə induksiya olunan fizioloji, biokimyəvi, anatomik ultrastruktur cavab reaksiyaları kompleks şəkildə tədqiq edilmiş, həmçinin 2016-2022-ci illər üzrə ölkə ərazisində bu virusun yayılma dinamikası öz əksini geniş şəkildə tapmışdır.

Tədqiqat işimin nəticələri yerli xarici jurnallarda çap olunan 10 məqalədə (o cümlədən Physiological and Molecular Plant Pathology (İF-2.747), Indian Journal of Science and Technology ("Web of Science" elmi məlumat bazasına daxildir) 20 tezisdə öz əksini tapmışdır. Tədqiqatımın nəticələri "Dayanıqlı İnkişaf üçün Fotosintez Tədqiqatları" mövzusunda Beynəlxalq konfransda (Puşino, 2016),  Biofizika Molekulyar biologiya üzrə Gənclərin XVIII Qış Məktəbində (Qatçina, 2017), "Fotosintez Dayanıqlı İnkişaf üçün Hidrogen Enerjisinin Tədqiqi" mövzusunda 10-cu Beynəlxalq konfransda (Sankt-Peterburq, 2019), həmçinin digər beynəlxalq yerli konfranslarda məruzə edilmişdir. 2016-cı ildə elmdə fərqləndiyimə görə AMEA-nın fəxri fərmanına, 12-22 fevral 2018-ci il tarixlərində Pakistanın Karaçi şəhərində keçirilən hematologiya üzrə 5-ci Beynəlxalq təlimdə iştirak etdiyimə görə fərqlənmə sertifikatına layiq görülmüşəm.

Nərgiz Bayramova elmi işlərlə yanaşı, institutun ictimai həyatında da fəal iştirak edir. Molekulyar Biologiya Biotexnologiyalar İnstitutunun Gənc Alim Mütəxəssislər Şurasının sədri, AMEA GAMŞ-nin Biologiya Tibb elmləri bölməsinin elmi katibidir. 2023-cü il 21-24 iyun tarixlərində Rusiya Federasiyasının Nijni Novqorod şəhərində keçirilən Ümumrusiya Gənc alim tələbə elmi cəmiyyətinin "Müasir dövrün gənci" adlı XI qurultayının iştirakçısı olub.

Elm sahəsində qazandığı uğurlara əsaslanıb deyə bilərik ki, bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər elm siyasətinin bacarıqlı bir nümayəndəsi kimi Nərgiz Bayramova bundan sonra da üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək, ona bəslənən  etimadı əməli işləri ilə doğruldacaq.

 

Vahid MƏHƏRRƏMOV,

Azərbaycan.-2024.- 8 mart, № 53.- S.7.